31
İslam dini rəhbərliyi baxımından da Tayfa dini təsirindən
uzaqlaşa bilməmiş və varislik əsasında xilafətin ötürülməsini təmin
etmişdir. Məhəmməd ərəb icmasının (dövlətinin) inzibati (dünyəvi)
başçısı idi.
Dedik ki, dində dərin idrakçılıq işləmir. Əslində Qurandan sonra
ruhani kitabın, Məhəmməddən sonra peyğəmbərin olmayacağını
iddia eləmək də idraksızlığın əlamətidir. Bu iddia bəşəriyyətin ruhani
axtarışlarına yasaq qoymaqla yanaşı, həm də təhlükəli tendensiyanın
əsasını qoyur. Min ildən artıqdır islamın olmasına baxmayaraq
həyatda heç bir insani tərəqqi baş vermir. Əksinə, insani gerilik
gündən-günə qabarır. Bu isə dinə tapınan toplumda bir fikir forma-
laşdırır – “yəqin Qiyamət günü yaxınlaşır, dünya məhv olacaq”. Bu
fikir ara-sıra mətbuatda da səsləndirilir. Bununla da insanın həyata
ümidi qırılır. Din pozucu davranışlara bir növ təkan vermiş olur.
“Onsuz da dünya dağılacaq, hamı – yaxşı da, pis də qırılacaq. Nə
vətən, nə gələcək, nə insanlıq…”
III. Daxilində xurafat bəsləyib həqiqətə inanmaq olmaz
Din belə əhvalları mühitə çevirir. Allahın dərk olunmazlığı ideya-
sı bu mühitin xurafatçılığını böyüdür və normaya salır. Qurandan
sonra ruhani kitabın, Məhəmməddən sonra peyğəmbərin olmayaca-
ğını irəli sürmək də xurafatçılıq mühitinə bağlıdır. Məhəmməd
Allahı dərk eləməyə icazə vermir və dediklərini, elədiklərini Allahın
adından həyata keçirir. Təbiidir ki, Məhəmmədin təqdimatı ilə Allahı
dərk eləmək mümkün deyil. Çünki Allahla bağlı təqdim olunan
keyfiyyətlər adamı qeyri-müəyyənliklər dolaşığına salır. Allah həm
fövqəltəbii qüvvə kimi sunulur, həm də danışan, görən, düşünən,
qəzəblənən adam keyfiyyətlərinin daşıyıcısı kimi. Onun sifətləri həm
metafizik, həm də antropomorfik xüsusiyyətlərə aid edilir. Allah
nisbiləşir, ötəri, keçici xassələrə malik olur. Məhəmməd onu
Bütpərəstliyin yaratdığı psixoloji təsəvvürlərə uyğunlaşdırır. Allahı
fövqəltəbii (təbiətüstü, dünyaüstü) qüvvə kimi təsəvvür eləmək
32
mümkün deyil. Əlbəttə, təsəvvür olunmayan qüvvə, hadisə idrak
üçün məntiqini, mahiyyətini itirir. İdrakın məntiq tapıb daxil ola
bilmədiyi nə varsa fantastikadır. Adamabənzər xassələrlə də Allahı
dərk eləmək müşküldür, çünki həmin xasələrlə canlı insanın
anatomiyasına gəlib çıxmaq olar. Bu xasələrlə fövqəltəbii xassələri
birləşdirəndə isə mənasız bir Allah obrazı alınır. (Bunun Hürufilərin
“İnsan Allahdır” ideyasına dəxli yoxdur). Bir sözlə, əgər anlayış,
hadisə dərk olunmursa, deməli, mənası yoxdur. Əgər mənası varsa, o
mütləq dərk olunandır. Yalan dərk olunmur, həqiqət dərk olunur.
İnsan din vasitəsiylə Yalanı özünə sırıyır və imkanlarını məhdud-
laşdırır. Bu mənada Qurandan sonra ruhani kitabın yazılamaycağı da
bir növ təlqindir. Bu təlqinetmələr ən primitiv üsullar və dəlillərlə
həyata keçirilir. Diqqət yetirin, deyilir ki, “İslamdan sonra ona qarşı
yeni din yaranmadı. Çünki bu din güclüdür, Allah yenisinə ehtiyac
görmür”. Məgər Buddizmə qarşı, xristianlığa qarşı yeni din yarandı?!
Əvvəlkinə qarşı yaranır o deməkdir ki, yeni yaranan əvəz kimi gəlir,
əvvəlki ləğv olunur. İslam yarandı, xristianlıq ləğv olmadı ki. Nəinki
ləğv oldu, bu gün xristianlığa tapınanların sayı islama tapınanlardan
çoxdur. Hələ üstəlik xristianlıq yoxsulların sevgisi ilə yayıldı, islam
isə amansız qılınc döyüşləri ilə. Həm də bu döyüşlər işğalçılıqla
nəticələnirdi. Bununla bağlı tarixi faktlar bəs qədərdir. Hətta
Quranda məlum “Qənimət” surəsi də qarət olunmuş sərvətlərin
bölgüsü ilə bağlıdır. İnam və hərb, müharibə, işğal, zorakılıq –
əcayib təzaddır. İnam böyük mənada nizamı dəyişir, siyasət isə
gedişatı. Ancaq inam, yəni din nizamı deyil, gedişatı dəyişdi. Əslində
siyasətin gördüyü işi gördü. Məhəmməd siyasi gedişatın hakimi oldu.
“Qənimət” surəsində onun sosial-hüquqi məsələlərdə özünə yararlı
variantları əsas götürməsi aşkar görünür. Özünə imtiyazlar əldə
edərək ədalət prinsipləri müəyyənləşdirmək özünü axıra qədər
doğrulda bilməz. Peyğəmbər tərəfindən nisbi ədalətin təsbit olunması
onun saflığını şübhə altına alır.
Qurandan sonra kitabın olmayacağı fikrini möhkəmlətmək üçün
onun (Quranın) Allah kəlamı olduğu surələrdə tez-tez vurğulanır.
33
Təbii ki, Quranı Allahın kəlamı saydırmaqla ona adi kitablardan
fərqli münasibət aşıladı Məhəmməd. Öz kitabı kimi təqdim eləsəydi,
ona dərin münasibət olmayacaqdı. Kitabını bütə çevirdi. Kitaba
münasibətin müqəddəslik səviyyəsinə qalxmasının əleyhinə deyilik.
Bunun üçün kitab məzmunu etibarilə əvvəldən axıra qədər müqəd-
dəslik çağırmalıdır. Kitabın Allah kəlamı olduğunu deməklə insanları
qorxutmaq, hədələmək müqəddəsliyə zidd əməllərdir. Kitabın o cür
təqdimatı təəssüf ki, zaman-zaman onu dua, cadu qaynağına çevirdi.
Quran Allahın kəlamıdır deməklə Allahlıq məzmununa ciddi
zərərlər yetirilir. Birincisi, Allahın kəlamının olması nə deməkdir?!
Tutalım ki, bu belədir. Bəs Allah bu qədərmi yaddaşsızdır ki, bir
yerdə dediyi kəlamı başqa bir yerdə təkzib edir, niyə bu qədər
ziddiyyətli “vəhy”lər göndərir?! Əgər bu dəyişiklikləri şəraitə uyğun
edirsə, deməli, “Allahın kəlamı” nisbidir.
Əslində isə Məhəmməd dövrünün ictimai-siyasi durumunu
vaxtından əvvəl dəyərləndirə bilmədiyi üçün bir-birini təkzib edən
ayələr söyləmişdir. Allahın adından danışmaq taktika idi.
Qurandan göründüyü kimi ilkin dövrdə Məhəmməd ərəbləri
aldadıcı ideyalarla (Tövhid, alın yazısı, Axirət dünyası, Qiyamət
günü) tabeçiliyə çağırır. İkinci dövrdə ayələr əsasən müharibələrdən
bəhs edir. Daha doğrusu, ayələrdə Məhəmmədin müharibə ilə bağlı
buyruqları əks olunur.
Bütçülük cəhalətindən səmavi cəhalətə çağrılan ərəblər köhnə
vərdişlərindən çıxmaq istəmədikləri üçün Məhəmməd onlara qarşı
müharibə cəbhəsi açmışdır. Eyni halda Allahın adından öz buyruq-
larını ayələşdirmişdir.
Müsəlmanlığın əsas şərtlərindən biri “Allah tərəfindən göndərilən
səmavi kitablara (Tövrat, İncil, Quran)” inanmaqdır. İnanmaq əslində
qəbul etməkdir. Bəllidir ki, Tövratın əsas ideyalarından biri
Qisasçılıqdır – “Bir gözünü çıxartdı, ikisini çıxart, bir dişini sındırdı,
ikisini sındır”. Qılınc götürən, müharibə aparan Peyğəmbərin bu
ideyanı qəbul etməsi adi hal idi. Hətta Məhəmmədin əmisi Əbu-
Dostları ilə paylaş: |