Üçüncü söhbət. KƏLƏKİDƏ NƏLƏr oldu?



Yüklə 261,22 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix12.10.2018
ölçüsü261,22 Kb.
#73237
1   2   3   4   5   6   7   8   9

Bu  baxımdan  Azərbaycan  pis  deyil.  Əksinə,  Azərbaycanın  yüksək  intellektual səviyyəli  gözəl 

alimləri,  dəqiq  elmlər  sahəsində  çox  güclü  mütəxəssisləri  var.  Hətta  Azərbaycanda  yetişən 

dəqiq  elmlər  üzrə  mütəxəssisləri  Türkiyəyə  çatan  kimi  universitetlərə,  institutlara  işə 

götürürlər,  çünki  bizim  mütəxəssislərin  hazırlığı  çox  yüksək  səviyyədədir.  Amma  indi 

Azərbaycanda maarifə, elmə ögey, yabançı, yırtıcı, dağıdıcı, düşmən münasibət var. Rüşvət, 

pul bunların hamısını dağıdır. Gələcəkdə indiki iqtidarın cinayətlərindən biri də bu sayılacaq.  

Türkiyədə çox güclü bir ziyalı, aydınlar təbəqəsi var; o, imkan verməyəcək geri getməyə. Bu, 

Türkiyənin  xoşbəxtliyidir.  Bu  da  sevindiricidir  ki,  o  aydınlar  təbəqəsi  dağılmır  -  onlar  artıq 

maddi baxımdan da normal səviyyədə təmin olunurlar. Doğrudur, bəzən onların da, məsələn, 

məişət  çatışmazlıqları  olur,  yaxud,  deyək  ki,  hələ  Amerika  alimi,  alman  alimi  kimi  yaşaya 

bilmir, amma Türkiyə bu baxımdan, məsələn, Asiya ölkələrindən çox-çox qabaqdadır. O ziyalı 

aydınlar  təbəqəsi,  məncə,  imkan  verməyəcək  ki,  Türkiyədə  cahillik,  geriçilik  üstünlük  əldə 

etsin, əksinə, Avropaya yaxınlaşmaqçün onlar ölkəni inkişafa aparacaqlar. Sadəcə olaraq, bu 

aydınlar təbəqəsinə dövlət yiyə durmalıdır, siyasətində ona geniş yer verməlidir, milli təhsilə, 

ali  savadlılığa  pul  buraxmalıdır.  Türkiyənin  universitetlər  şəbəkəsi  çox  genişdir,  çoxlu 

tələbələri var. Allah qoysa, Türkiyə geriçilərə təzyiqi artırıb indiki doğru istiqamətdən sapmasa 

5-6 ilə kimi bu gerilikçi böhrandan çıxacaq.  

Türkiyə,  eyni  zamanda,  başqa  türk  cümhuriyyətlərindən  olan  tələbələri  də  toplayır.  Bu  da 

dövlətçün  ağırlıqdır  -  başqa  türk  ölkələrindən  aşağı-yuxarı  on  minlərcə  tələbə  oxuyur  və 

bunların hamısının təhsil xərci Türkiyənin üstünə düşür. Bu qədər insanı oxutmağa, oxuduğu 

müddətdə  yaşatmağa  milyonlarca  dollar  xərc  lazımdır.  Doğrudur,  indi  Türkiyə  bu  nəhəng 

xərci  öz  xalqının  boğazından  kəsərək  çəkməli  olsa  da  türk  dövlətlərinin  gələcəyi  üçün  bu 

xərcdən  qat-qat  artıq  olacaq  mühüm  strateci  qazancın  özülünü  qoyur  -  onun  yetişdirdiyi 

kadrlar türk xalqlarının milli tərəqqisində əvəzsiz xidmət göstərəcəklər. Onlar daha Moskvanın 

yetişdirdiyi,  Tehranın  yetişdirdiyi  manqurd  düşüncəli  uşaqlar  olmayacaqlar.  Bunlar  əsl  türk 

məfkurəsiylə,  türk  əxlaqıyla  böyümüş  aydınlar  olacaqlar,  indiyədək  yalnız  arzularımızda 

mövcud olmuş böyük yeniliyin əsasını qoyacaqlar. Bu, çox sevindirici haldır... 

Bəy,  xatırlatmaq  istəyirəm  ki,  Türkiyəyə  ilk  dəfə  olaraq  məhz  bizim  hakimiyyət  dövründə  2 

mindən artıq tələbə göndərildi. 

Çox düzdür. O zaman rəhmətlik Turqut Özalla söhbət etdik, mənə söz verdi ki, Türkiyə hər il 

Azərbaycandan 2 min tələbə götürəcək və onların bütün təhsil xərclərini ödəyəcək. Əgər biz 

beş  il  hakimiyyətdə  qalsaydıq  bu,  10  min  tələbə  edəcəkdi.  Ancaq  bizdən  sonra  bunun 

üstündə  durmadılar,  hər  şey  pozuldu,  yarımçıq  qaldı.  Bizdən  sonrakıların  siyasətinin  ən 

mənfur  cəhətləridən  birisi  o  oldu  ki,  özümüzdə  neyləmişdi  cəhənnəmə,  gərək  Türkiyənin 

yaratdığı  şəraiti  dağıtmayaydı;  həmin  həqiqətən  qardaşlıq  yardımından  istifadə  etməklə 

gələcək çatışmazlıqları aradan götürməkdən ötrü böyük kadr potensialı, kadr ehtiyatı yarada 

bilərdik. Bu da xəyanətin bir üzüdür. Bu da indikilərin öz siyasətlərini xalqa xidmət üstündə 

yox, ancaq xalqı dağıtmaq üstündə qurduqlarını əyani göstərir.  

Bütün  bu  olub-keçənləri  düşündükcə  elmlə  məşğul  olmaq  həvəsim  də  ölürdü.  Bəzən 

istəyirdim ki, bir elmi işi yazım. 2-3 gün yazırdım, sonra öz-özümə deyirdim ki, mən oturub 

burada elmi kitab yazıram və oradasa cəmiyyət aşılanır; gərək daha çox mübarizəyə üstünlük 

verəm. 



Yəni siyasi fəaliyyəti elmi fəaliyyətdən daha faydalı sayırdınız? 

Bəli.  Ona  görə  də  çalışırdım  müsahibələr  verim,  radiolarda  çıxış  edim,  xaricə  məlumatlar 

çatdırım  ki,  Azərbaycanın  taleyi  dünyanın  siyasi  gündəmindən  düşməsin,  daha  çox  marağı 

bura çəksin. Türkiyə qəzetlərinə, televiziyalarına tez-tez müsahibələr verirdim ki, Azərbaycan 

problemi Türkiyənin də diqqətindən qaçmasın. Buna çox vaxt sərf edirdim. Elmi məsələlərə 

gəlincə, məni çox maraqlandıran bir problem üzərində müəyyən qədər işlədim, sonra gördüm 

ki, ədəbiyyat çatışmır. Bilirsiniz, kəndə sifarişlə 5-6 kitabı gətirtməklə özünü tam razı salacaq 

əsər  yaratmaq  olmaz.  Bununçün  gərək  mərkəzdə  yaşayıb  böyük  kitabxanalarda  aylarla 

oturasan ki, ortaya sanballı əsər qoya biləsən.  

Mən  uzun  müddət  -  20  il  apardığım  araşdırmalar  nəticəsində  belə  qəti  qənaətə  gəldim  ki, 

dünya  mədəniyyətinin  mərkəzi  Şumer  deyil.  Çoxları,  məsələn,  Kramer  yazır  ki,  "Tarix 

Şumerdən başlayır", yəni yazılı tarix oradan başlayır.  

Uzun müddət "tarix nədir?" sualı üstündə baş sındırdım. Mənimçün açıldı ki, tarixi 2 halla və 

bir neçə xətdə izah etmək olar. Mən 2 xətdə izah etməyi üstün tutdum. Birincisi, tarixə bir 

dinçi kimi baxırsan. 

Allah-taala filan vaxt yeri yaratdı, filan vaxt göyü yaratdı, filan vaxt insanları yaratdı... 

Bəli, çünki tarix zamandır. Tanrı yaradandan zaman başlayır. Zaman başlayırsa, deməli, tarix 

başlayır. Yerin neçə min il yaşı var - bu, Yerin tarixidir. Daşın, suyun da öz tarixi var. Bax, 

tarix  oradan  başlayır.  Biz  tarixin  başlanğıcını  oradan  götürməliyik.  Amma  biz  birdən-birə 

keçirik  cəmiyyətin  tarixinə.  Yerin,  fəzanın,  ulduzların  tarixini  astronomlar  müəyyənləşdirir  - 

artıq bu tarix milyon illərə gedib çıxır. Coğrafiyaçılar, geoloqlar daşın tarixini, əlvan metalların 

tarixini öyrənirlər. Deməli, dünya alimlərinin böyük bir hissəsi mövcudatın, mühüm hissəsi də 

cəmiyyətin tarixini öyrənməklə məşğul olur. 

Adəmlə Həvvadan bu tərəfə... 

Bəli. Ancaq elə buradaca bildirim ki, biz türklər tarix yazmaq məsələsində çox geridə qalmışıq. 

Ona görə də dünya tarixi yazılanda türkün tarixini hərə öz istədiyi kimi, əksəriyyəti, təbii ki, 

düşmən mövqeyindən yazır. Çünki orta əsrlərdə türklər Avropaya böyük təzyiqlər ediblər və 

Avropa  400-500  il  türkə  düşmən  olub.  Deməli,  türklərlə  bağlı  nə  varsa  400-500  il 

düşmənçiliklə qələmə alıblar, buna görə də onların yazdıqları doğru sayıla bilməz. Sonra da 

meydana  məqsədi türk dünyasını məhv  etmək, parçalamaq  olan,  "türk" adı  gələndə canına 

üşütmə  düşən,  gecə-gündüz  onu  necə  yox  etməyi  düşünən  rus  imperiyası  çıxdı.  Bu 

imperiyanın alimləri də türk tarixini saxtalaşdırmaqçün az iş görmədilər. Bunu izah etməkçün 

həmin məsələlərə ekskurs etdim. Bu kitabıma onlardan müəyyən qədər saldım. 

Hansı kitabı nəzərdə tutursunuz? 

"Bütöv  Azərbaycan  Yolunda"  kitabını.  O  kitabda  Sizin  mənə  göndərdiyiniz  fars  şovinizmi 

məsələsinə aid sənəddən də istifadə etdim. Elə orada da yazdım ki, Ədalət bəy mənə kömək 

etdiyinə görə ona öz təşəkkürümü bildirirəm. Bu sənədləri mənə o göndərib. Siz dilimizə aid 

qəzet məqalənizi də göndərmişdiniz, amma onu salmadım kitaba. Başladım yazmağa - nə cür 

oldu  ki,  dilimiz  "Azərbaycan  dili"  adlandırıldı?  Bunun  tarixini  ortaya  qoydum.  Rus 

imperiyasının türkləri parçalamaqda terminlərdən necə istifadə etdiyini açıqladım.  




Yüklə 261,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə