Üçüncü söhbət. KƏLƏKİDƏ NƏLƏr oldu?



Yüklə 261,22 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix12.10.2018
ölçüsü261,22 Kb.
#73237
1   2   3   4   5   6   7   8   9

odur.  İstədilər  ki,  Mədinəni  də  mərkəz  etsinlər,  alınmadı.  Dedilər  Mədinə  peyğəmbərin 

şəhəridir,  Allaha  aid  deyil.  Yəni  mərkəziyyət  pozulmadı,  dağılmadı.  İrandasa  vahid  din 

sistemini  etdilər  4  parça,  ondan  sonra  başladı  ölkə  daxilində  ruhanilik  bir  tərəfdən,  obirisi 

başqa tərəfdən təfriqəyə. Həm dövlətdə, həm dində parçalanma getdi, həm də hərə başladı 

öz  oduna  dastanlar,  nağıllar  qoşmağa.  Hərə  öz  odunun  müqəddəs  olduğunu  sübut  etməyə 

çalışdı. Din məhv oldu, mifləşdi.  

Bütün dinlərin tarixində çox maraqlı bir epizod var. İnsanlar uzun müddət - bəlkə də 10 min il 

mifin  içində yaşayıblar, onları miflər idarə  edib və yaşadıb.  Bu  miflər inkişaf  edə-edə gedir. 

Sonra  cəmiyyətin  şüuru  artır,  onun  içindən  böyük  şəxsiyyətlər  çıxır,  yenidən  mifdən  dinə 

keçilir. Hər bir dində mif var və o, inanc qaynağına çevrilib. Məsələn, Yerin öküzün üstündə 

durmasını götürək. Bu, bir mifdir. Dinə keçəndə o, bunu rədd edə bilmir, o da deyir ki, Yer 

öküzün üstündə durubdur. 

Tövratın özündə nə qədər Şumer əfsanəsi var. 

Bəli,  bax,  o  cürdür.  Mif o  qədər  güclüdür  ki,  hətta  dinin  də  onu  qırması  çətin  olur.  Mifdən 

dinə  belə  keçidin  özü  bəşəriyyətin  inkişafı  deməkdir.  Sonra  zaman-zaman  dinlər  güclənib, 

miflər  azalıb.  İslamda  xüsusən  azdır,  çünki  o,  sonuncu  dindir,  halbuki  əvvəlki  dinlərin 

əksəriyyətinin  yarısını,  bəlkə  də  çoxunu  miflər  təşkil  edir.  Amma  islam  da  ondan  tam  qaça 

bilməyib,  mifin  müəyyən  şərtlərini özündə  saxlayıb.  İslamda  mifləri kimlər yaradıb  -  farslar. 

M.F.Axundzadə  deyir  ki,  farslar  qədər  əfsanəyə  inanan  xalq  yoxdur;  onlar  əfsanəçi  xalqdır. 

"Şahnamə"  əfsanə  üstündə  yazılıb.  Bunların  başqa  dastanlarının  bir  dənəsi  də  düz  deyil, 

hamısı nağıl, əfsanədir. Firdovsi, farslar həm dini, həm də tarixi mifləşdiriblər. 

Reallığı mifləşdiriblər. 

Mifləşdiriblər  və  gerçəklikdən  uzaqlaşdırıblar.  Nə  cür  olub  bu?  Zaman-zaman  islam  dininə 

mifləri kütləyə xoş gəlməkçün saldılar. Məsələn, deyək ki, İmam Hüseyn 3 yaşında əjdahanın 

ağzını cırdı. Məkkədə, yaxud Mədinədə əjdaha nə gəzirdi ki, İmam Hüseyn də bağda oturub 

onun  ağzını cırsın?!  Bax,  bu, mifdir.  Yaxud  həzrət  Əli barmağını saldı,  Xeybərin  darvazasını 

tulladı, bir tayı məğribə düşdü, bir tayı məşriqə, hələ də tapa bilmirlər. Bu da başqa mifdir. 

Bəli, Xeybər qalasının darvazasını həzrət Əli öz adamlarıyla çıxarıb. Qalanın divarlarını sökmək 

mümkün  deyildi,  ona  görə  dəmir  qapıları  çıxarıblar.  Güc  verib  yerindən  çıxararaq  qırağa 

qoyublar. Sonra mifdə deyilir ki, həzrət Əli qapı tayını aldı əlinə, onunla vurdu düşmənlərin 

hamısını, sonra tulladı. Elə deyil. Həzrət Əlini Xeybər davasında vurublar, zirehi parçalanaraq 

düşüb.  Bundan  sonra  döyüşə-döyüşə  geri  çəkilib;  divarda  dəmir  lövhə  vurublarmış  ki,  bu, 

Xeybər  qalasıdır.  O  lövhəni  sökərək  özünə  zireh  edib  və  vuruşub.  Bu  əhvalatı  farslar 

mifləşdirirlər, çünki savadsız, cahil kütləni ancaq belə miflərlə idarə etmək olar - gerçək din 

ona çox da xeyir etmir. "Gerçək din" deyəndə savadsız kütləyə bir az qəribə gəlir; gərək elə 

edəsən  ki,  din  mifli  olsun  -  sevsin,  dəlicəsinə  vurulsun,  xəyalpərvər olsun,  ancaq  dinpərvər 

olmasın. Bu oyunu islam dininin də başına gətiriblər.  

Bəşəriyyət  dindən  sonra,  açığı  budur,  inkişaf  edərək  yavaş-yavaş  gerçək  elmə  və  fəlsəfəyə 

gedir. Fəlsəfənin, yəni məntiqin gücü bəşəriyyətə daha artıq təsir edir. 

Yəni məsələ nədədir? Mifi öyrənmək lazımdır, mif bizim tariximizin bir hissəciyidir. Amma mən 

Qumilyovun bu fikrinin tam tərəfindəyəm: "Mif özünə yer tapan yerdə elm yoxa çıxır". Burası 



da var ki, elmi hamının öyrənməsi üçün onu müəyyən dərəcədə mifləşdirmək lazımdır. Bizdə, 

məsələn,  fantastika  ədəbiyyatı  yaranıb.  Fantastika  özü  mifin  yeni  şəklidir.  Demək,  elmi 

fantastikləşdirirlər.  Orada  hər  şey  də  maraqlıdır.  Amma  bu  marağın  özü  elmin  üstünə 

gətirilsə,  yəni  elmi  mifə  tərəf  eləsən  elmə  marağı  artıracaqsan.  Yox,  mif  elə  nağılların, 

əfsanələrin üstündə dayansa cəmiyyətin inkişafını geri çəkəcək. 

Bəy,  Sizin  bu  danışdıqlarınıza  qulaq  asdıqca  hədsiz  təəssüflənirəm  ki,  siyasət  gözəl  bir 

tarixşünas, dinşünas, filosof alimimizi elmimizdən qoparıb aldı. Bu dediklərinizin hər cümləsi 

bir tezisdir. Nə gözəl olardı ki, onları sanballı elmi monoqrafiyalara çevirəydiniz! 

 

Bunu  mənə  bir  neçə  adam  deyib.  Ayrı-ayrı  vaxtlarda  iki  yəhudi  alimi  də  bildirib  ki,  heyf, 



Azərbaycan yaxşı bir alimdən məhrum olur. Mən bilmirəm nə qədər doğru düşünürəm, ancaq 

istəyirəm ki, azad, xoşbəxt cəmiyyət quraq, onda elmdən, alimlikdən qətiyyən uzaqlaşmaram. 

Amma indi görürəm ki, bu mümkün deyil - xalqa mənim siyasətçiliyim alimliyimdən daha çox 

xeyirlidir.  Düzdür,  gələcəyə  özümdən  sonra  çoxlu  elmi  kitablar  qoya  bilərəm,  ancaq  gözüm 

baxa-baxa  xalq  aclıq,  dilənçilik,  zülm  altında  yaşayırsa  yazdıqlarımdan  nə  fayda?!  Öncə 

cəmiyyəti sağlamlaşdıraq, sonra sağlam cəmiyyətə sağlam elm, sağlam ədəbiyyat verərik... 

Allah  Sizə  qismət  etsin  ki,  arzuladığınız  o  sağlam  cəmiyyətin  başında  durasınız  və  eyni 

zamanda,  beyninizdəki  bu  elmi  düşüncələri  də  istədiyiniz  səviyyədəki  əsərlərə  çevirəsiniz. 

İndisə yenə qayıdaq Sizin Kələki dövrünüzə. 

"Yadıma tez-tez Yaşar Türkazər düşürdü" 

Kənddə olduğunuz müddətdə dostlarınızı və düşmənlərinizi saf-çürük edə bildinizmi? 

Mən dostlarımı saf-çürük etmirəm. Cəmiyyətdə də yeni bir şey yaratmıram. Bilirsiniz ki, mən 

Mustafa  Kamalı  çox  sevir  və  onun  dahiliyini  də  qəbul  edirəm.  Mustafa  Kamaldan  ingilislər 

soruşublar ki, nə cür oldu ki, bu azadlığa nail oldunuz, bu mücadilədə qələbə çaldınız? Cavab 

verib  ki,  mən  gördüm  ki,  tarix  buna  gedir,  xalq  da  buna  gedir;  sadəcə  olaraq  mən  onların 

qabağındakı əngəlləri götürməklə məşğul oldum. Yəni Azərbaycan xalqı azadlığa gedir  - yol 

da  ora  gedir,  zaman  da  onu  tələb  edir;  sadəcə  olaraq  yolumuzdakı  əngəlləri  götürməyə 

çalışıram. Dostlarıma münasibətdə də eləyəm.  

Mən dostluqdan fayda güdmürəm; sadəcə, dostluğa mane olanlardan uzaq dururam. Keçmiş 

dostum mənə düşmənçilik edəndə ona düşmən olmuram - əngəl kimi özümdən aralayıram ki, 

qabağımda durma, qoy öz yolumla gedim.  

Yaxın  dostlarım  çoxlu  sınaqlardan  çıxdılar,  mənimçün  əziz  oldular.  Özü  də,  təkcə  dostlarım 

yox - xeyli insan mərdliyi, əqidəsi, məsləkiylə mənə dayaq oldular. İnandım ki, xalqımız hələ 

hər şeyi itirməyib, onun çox güclü, sağlam qüvvəsi var. Hətta hakimiyyətimiz dövründə mənə 

qarşı  olan  bir  çoxları  hakimiyyətdən  gedəndən  sonra  mənimlə  mehribanlaşdılar.  Amma 

hakimiyyət dövründə mənə yaltaqlananların da içərisində mənə düşmən olanlar tapıldı. 

 



Yüklə 261,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə