Üçüncü söhbət. KƏLƏKİDƏ NƏLƏr oldu?



Yüklə 261,22 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix12.10.2018
ölçüsü261,22 Kb.
#73237
1   2   3   4   5   6   7   8   9

Yox, Azərbaycandandır, türkdür. Maninin atası Həmədandandır, özü Mədinədə anadan olub. 

Sonra yenə köçüb qayıdıblar Həmədana. Maniyə burada peyğəmbərlik yetişib. Onun əsərləri 

bütün Avropaya və Çinə yayılıb. 

O, manixeyizm dininin banisidir də. 

-Bəli, Mani həmin adamdır. Amma o, bizim ədəbiyyatımızda (xüsusən Nizamidə) rəssam Mani 

kimi tanınıb. Çox böyük rəssammış. 23, ya da 24 yaşında özünü peyğəmbər elan edib. Nəysə, 

bu, başqa məsələdir.  

Sonra  keçdim  "Bütöv  Azərbaycan  Yolunda"  kitabına.  Ümumi  tanışımız  Çingiz  bəy  mənim 

Bütöv  Azərbaycana  aid  çıxışlarımı  toplamışdı.  O,  mənə  dedi  ki,  bunları  bir  kitab  şəklində 

bütövləşdirmək lazımdır. Mən Kələkidə bir neçə yazı da yazdım, oraya əlavə etdik və hamısını 

bir kitab halına saldıq, göndərdik Türkiyədə çap olunmağa. Bundan Sizin geniş məlumatınız 

var, çünki özünüz də iştirak etmisiniz. 

Bəy, oxucularımız həmin kitabın ümumi məzmununu bilmək istəyərlər. 

Elə  düşünürəm  ki,  Siz  bu  kitabı  çap  edincə  o  kitab  çıxacaq.  ("Bütöv  Azərbaycan  Yolunda" 

kitabı 1998-in yayında Türkiyədə nəşr edildi və 24 yanvar 1999-da Bakıdakı "Hyatt Recensy" 

otelində onun təqdimetməsi oldu - Ə.T.). 

İnşallah. 

Hə, məni maraqlandıran bir məsələ də vardı, o da çəkdi məni - Zərdüşt dinini öyrənmək. Bir 

az yazdım. "Bütöv Azərbaycan Yolunda" kitabına həmin hissəni salmışam. İran şovinizminin, 

fars  şovinizminin  zərdüştlüklə  necə  mübarizə  apardığını,  zərdüştlüyün  fars  şovinizminin 

alətinə  necə  çevrildiyini  və  onu  necə  dəyişdirdiklərini,  onu  necə  mifləşdirdiklərini 

aydınlatmağa çalışmışam.  

Yazdım,  yazdım,  amma  yarımçıq  qaldı.  Bu  da  çox  maraqlı  mövzudur,  axı  Zərdüşt  dini 

dünyanın ən ilkin təkallahlı dinidir.  

Necə yəni "təkallahlı"? Bəs Ahuraməzda (Hörmüz) - Anqramanyu (Əhrimən) cütlüyü? 

Yox,  yox.  Onlar  təqribən  Tanrı  -  şeytan  sistemidir.  Zərdüştçülükdə  də  Allah  təkdir  - 

Ahuraməzdadır. Əhrimən şeytandır. 

Bəli, zərdüştçülük təkallahlı dindir. Çox qəribədir ki, avropalılar artıq etiraf və qəbul edib ki, 

təkallahlılığı xristianlıq məhz zərdüştçülükdən götürüb. 

Deməli, xristianlıq yəhudiliyin xələfi deyil? 

Yox,  orada  yazıblar  ki,  xristian  təkallahlılığının  əsas  mayasının  bir  hissəsi  zərdüştçülükdən 

götürülüb. Bu, çox maraqlı faktdır. Bəs nə cür olub ki, islam onu görməyib, götürməyib? 

Əksinə, islam dini zərdüştçüləri müşrik sayaraq, məhv etməyi buyurub. 

Bunun kökü haradan başlayıb? Zərdüşt dini düşür farsların əlinə... 

 



Sasanlıların? 

Sasanlılardan  çox  qabaq  -  Əhəmənlilərin,  Daranın  vaxtında  bu  dini  təzədən  yığışdırıb  yeni 

şəkildə dövlət dini elan edirlər. Bu zaman onun əsl qat’ları itir, amma müəyyən qat’ları qalır. 

Zərdüştçülük  davam  edir.  İsgəndər  indi  "İran"  adlandırılan  yeri  tutanda  "Avesta"nın  öküz 

dərisində yazılmış iki nüsxəsindən biri olub Əhəmənlilərin sarayında, onu götürüb yandırıblar, 

ikinci nüsxəsisə başqa şəhərdə olub, onu aparıblar, yenə indiki terminlə desək, Yunanıstana. 

Çox  qəribə  bir mənzərə  yaranır  -  dünyanı  dərketmənin  Yunanıstanda dəyişdirilməsinin  əsas 

şərtlərindən biri də zərdüştçülükdür. 

Bu yəqin ki, "Avesta"nın yunancaya tərcümə edilməsinin nəticəsidir. 

Yox. Əvvəldən də varmış. "Avesta"dan təbiətə aid hissələri götürərək dinə aid hissələri rədd 

ediblər.  Sonra  bu  itib.  Daha  sonra  iranlılar  Orta  Asiyada  dövlətlər  yaradırlar:  Parfiya  və  s. 

Bundan bir qədər keçmiş, Sasanlılar yenidən hakimiyyətə gələndə göstəriş verirlər ki, həmin 

kitablardan  tapıb  yığsınlar.  Hətta  Yunanıstana  da  adam  göndərirlər  ki,  qalan  nə  varsa 

gətirsinlər.  Beləliklə,  "Avesta"nı  təzədən  tərtib  ediblər;  bu  edilənsə  "Avesta"nın  özü  deyil. 

Onun əsl qat’larını əlavələr etməklə saxlayıblar, qalanlarını bütöv dəyişdiriblər.  

"Avesta"nın adı əslində "Zənd Avesta"dır. Bu, "Avesta"nın özü deyil, onun şərhidir. Bununla 

da kifayətlənməyərək  "Pa  Zənd  Avesta"  ("Avesta"  şərhinin  şərhi)  da yaradıblar.  Bizdə buna 

"haşiyə" deyirlər. Bütün Orta Asiyada qədimdən mövcud fars miflərini doldururlar bu kitaba. 

"Avesta"  kitabını  din  əsəri  olmaqdan  çıxarıb  mifləşdirir,  öz  istəklərinə  uyğun  şəklə  salırlar. 

İslam bu əsərlə tanış olanda görür ki, tamamilə miflərdən ibarətdir. Çox qəribədir ki, "Xuday-

namak"a  -  "Avesta"nın  sistemini davam  etdirən bir əsərə  farslar götürüb  öz  hökmdarlarının 

adlarını  saldılar:  "Tanrı  Hörmüz  Qubada  belə  dedi",  "Keyqubad  saray  tikdirdi"  və  b.  Belə 

şeylərlə  doldurdular  dini  kitabları,  onlardan  din  adına  istifadə  etdilər.  "Xuday-namak"ı 

ərəbcəyə çevirib  verdilər həzrəti-Ömərə.  O da oxuyub dedi ki,  nağıldır, yığışdırın  -  belə  din 

olmaz.  "Onların  inancı  budur"  deyildiyində  həzrəti-Ömər  göstəriş  verdi  ki,  orada  yazılanlar 

allahsızlıqdır, onların kitabı Tanrıdan gəlmə deyil. 

Buna görə də zərdüştçüləri müsəlmanlar əhli-kitab saymadılar. 

Saymadılar və onlara qarşı mübarizəni gücləndirdilər. Nəticəsini də bilirik.  

Bir də, əlbəttə, Xosrov Pərvizin peyğəmbərimizin (s.ə.s.) məktubunu cırıb atması artıq tamam 

düşmənçilikdi. O, Yəmən valisinə göstəriş vermişdi ki, peyğəmbəri tut, gətir. Bir adam gəlir 

ki, onu tutub aparsın. Ona Məkkədə müqavimət göstərilir. Elə bu vaxt Xosrov Pərviz ölür və 

həmin  adam  yenidən  qayıdır  Yəmənə.  Bir  müddət  sonra  onun  özü  peyğəmbərə  iman 

gətirərək islam dinini qəbul edir. Yəni burada düşmənçilik pozuldu.  

Deməli,  ərəblər  Zərdüştün  özünü  də,  ideyasını  da  qəbul  etmədilər  və  bununla  da  qurtardı. 

Ancaq o dinin adı "Zərdüşt dini" deyil - "mağ" da gedir, "muğ" da gedir. Mən indi düzgününü 

axtarıram. Ola bilsin ki, "mağ" ilkin, "muğ" sonrakı variantdır və hər ikisi bu dinin adıdır. Onun 

təbliğatçısı  Zərdüşt  olduğuna  görə  dinə  "zərdüştçülük"  deyirlər.  Əslində  bu,  düzgün  deyil. 

Məsələn,  peyğəmbərlərin  adıyla  islam  dininə  "Məhəmmədiyyə",  xristian  dininə  "İsaviyyə", 

yəhudi  dininə  "Musaviyyə"  deyirlər,  halbuki  dinin  adı  belə  deyil.  Zərdüşt  bu  görüşləri təbliğ 



Yüklə 261,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə