Üçüncü söhbət. KƏLƏKİDƏ NƏLƏr oldu?



Yüklə 261,22 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix12.10.2018
ölçüsü261,22 Kb.
#73237
1   2   3   4   5   6   7   8   9

etdiyinə görə ona "zoroastrizm", "zərdüştçülük" və s. ad veriblər. Əslində o, "muğ" dinidir  - 

mən qat’lara baxdım, onlarınsa bəzilərində "mağ", bəzilərində "muğ" gedir.  

Bu "mağ", "muğ" da türkün "bağ", "boğ", "bəy" sözləriylə bağlı deyil? 

Bəli, bəli. "Bağ" da, "boğ" da oradandır. "Mağ"la "bağ"ın eyniliyi maraqlı faktlar ortaya qoyur. 

"Bağdad" adı çıxır meydana. "Muğ"la "buğ"un yadigarı olan "boq"sa Avropaya, daha doğrusu

Bizans və Rusiya imperiyasına keçir.  

Nəysə, bu, çox ağır sistemdir. Bundan da yazdım, amma çox dərinə getməyə vaxtım olmadı. 

Baloğlan Şəfizadənin Zərdüşt haqqında, "Avesta" haqqında kitabına baxmısınız? 

Yox, məndə yoxdu, o kitaba baxa bilmədim. 

Təəssüf,  mən  də  görə  bilməmişəm.  Ancaq  deyirlər  ki,  çox  maraqlı  kitabdır.  Sübut  etməyə 

çalışır ki, "Avesta" sırf türk təfəkkürünün məhsuludur. 

Düz fikirdir. 

Onun farslara heç bir dəxli yoxdur? 

Yox!  Axı "Avesta"  yazılanda, bu  din  meydana  çıxanda həmin  ərazidə  farslar yoxdu.  Fars öz 

tarixini aparır miladdan öncə VIII yüzilliyə (1200-üncü ildən 800-üncü ilədək). Zərdüşt dini axı 

bundan çox-çox qədimdir. 

Bizim bugünkü Novruz bayramı adət-ənənələrinin hamısı oradandı. 

Bu da çox maraqlıdır.  

Bir qədər din tərəfdən, din və tarix baxımından yanaşsaq təsəvvür edin ki, Azərbaycanda 7-8 

peyğəmbər olub, ona görə də yazmışam ki, "peyğəmbərlər yurdu Azərbaycan". 

Türk peyğəmbərlər? 

Onlar sami peyğəmbərləri deyil. Sami peyğəmbərlər sistemi başqadır - o peyğəmbərlərdən bir 

neçəsini çıxmaqla əksəri yəhudidir. Amma Azərbaycan peyğəmbərləri sistemi ora daxil olmur. 

Məsələn, Azər peyğəmbəri götürək. 

İbrahimxəlil peyğəmbərin atasını? 

Bəli. Azər peyğəmbər haradan gedib, haradaydı? İkiçayarasından - Mesopotamiyadan gedib. 

Bu, bu tərəfdən. Qur’an’da deyilir ki, Nuhun gəmisi gəlib Cudi dağında dayanıb (başqa dini 

kitablarda  Ağrı  dağının  adı  çəkilir).  Başqa  qaynaqlarda  da  bildirilir  ki,  gəmi  yerə  enəndən 

sonra Nuh 3 oğlunu ayırdı. Yafəs şərqə, demək, Azərbaycana getdi. 

Bəli,  Yafəs  gəldi  Azərbaycana.  Onun  oğlu  Türk  bu  areala  -  Azərbaycana,  Orta  Asiyanın 

içərisinə düşür. Qırğız mifində onu İssıkgöldə doğulmuş sayırlar.  

Sonra  gəlir  Zərdüşt  peyğəmbər,  Mani  peyğəmbər,  Məzdəkin  özü  peyğəmbərlik  iddiasında 

olub,  İl  peyğəmbər,  Xıdır  İlyas.  Bunların  hamısı  peyğəmbərdir,  ancaq  sami  tipli  deyil. 

Samilərdə peyğəmbərlər doğulurlar, ölürlər.  




Məzdək fars deyil? 

Yox, Məzdək Həmədandandır, özü də farslara qarşı çıxıb. 

Nizamülmülkün "Siyasətnamə"sində onun tarixçəsi çox geniş verilib. 

Nizamülmülk  onların  hamısını  saxtalaşdırılmış  fars  qaynaqlarından  götürməli  olub,  ona  görə 

orada yalanlar istənilən qədərdir.  

Mən əsasən Zərdüştün üstündə dayanırdım. O, Urmiyənin yaxınlığında, Şiz şəhərində anadan 

olub. Bir sıra alimlər onun yurdunu zorla Orta Asiyaya çəkirlər, amma elə şey yoxdu. Onlar 

istəyirlər ki, belə böyük şəxsiyyət Azərbaycana aid olmasın.  

Atəşpərəstlikdə, yəni odsevərlikdə od Allah deyil; o təxminən Məkkə rolunu oynayır - Məkkə 

Allahın  evi  olduğu  kimi  od  da  Allaha  bağlayıcı  rəmzdir,  sitayiş  mənbəyidir.  Gedib  Məkkədə, 

pirlərdə, məsciddə Allaha sitayiş edirsən. Onlar məbəddir. Odun da ətrafında fırlanıb Tanrıya 

sitayiş  edirlər,  odun  üstündə  Tanrının  mahnılarını  oxuyurlar.  Allahın  rəmzi  olan  ilk  od, 

müqəddəs  od  Şizə  göndərildi.  Sonra  zaman-zaman  bütün  odlar  oradan  aparılır.  Başlayırlar 

onu parçalamağa.  

Neçə min ildən sonra Xorasanda ikinci od peyda oldu; onu da Allah göndərib. Burada olan od 

bütün xalqın təmsilçisidir. Bu od öncə kəndliləri, sonra ordunu və hakimiyyəti himayə edən, 

qoruyan  oddur.  Xorasandakı  od  sənətkarların  himayəçisi  olur  (axı  əvvəldən  sənətkarların 

himayəçisi yoxdu). Ölkədə doğrudan-doğruya sənətkarlıq inkişaf edir. Sənətkarlar, ticarətçilər 

təbəqəsi  yaranır.  Axı  yarananda  onun  təmsilçisi  də  olmalıdır.  Onu  da  od  təmsil  edir.  Çox 

qəribə  proses  baş  verir  -  farslar  hakimiyyətdə  güclənirlər.  Göydən  üçüncü  od  farsların 

mərkəzinə  -  Parsayaya  düşür  və  əkinçilərin  himayəçisinə  çevrilir.  Bununla  dini  kahinlik 

Parsayaya  keçir.  Nə  qədər  kahin  varsa  Parsayaya  ziyarətə  gəlir  və  o  kahin  ocaqlarında 

dövlətin  və  sülalənin  yaşamasına  uyğun  olaraq  dini  dəyişdirməyə  və  təbliğat  aparmağa 

başlayırlar.  Beləliklə,  dini  hakimiyyət  Azərbaycandan  ayrıldı,  keçdi  farsların  əlinə. 

Azərbaycanda  nə  qaldı  -  yenə  kəndlilər,  ordu,  bir  də  dövlət  hakimiyyəti.  Bu  zaman  çox 

maraqlı  vəziyyət  yaranır  -  kahinlərin  hamısı  Parsayaya  yığılırlar,  amma  hakimiyyətin  başçısı 

(məsələn, Sasanlıların padşahı) taxta çıxmaq mərasimindən qabaq Mədaindən - imperiyanın 

mərkəzindən pay-piyada gəlir Azərbaycana. 

Azərbaycanın konkret olaraq harasına? 

Urmiyədə Şizə. Orada oda sitayiş edərək özünü bildirir ki, mən taxta çıxıram, ey ulu Tanrı, ulu 

Ahuraməzda, məni qoru. Burada bir çox mərasimləri yerinə yetirir, sonra gedib oturur taxtda; 

yoxsa otura bilməzdi.  

Bəli,  mərkəz  Azərbaycandı,  ona  görə  bizanslı  rumlar  -  yunanlar  hücum  edəndə,  İranla 

vuruşanda  birinci  Azərbaycandakı  atəşgahı  dağıdıblar.  Bu  dağıtmadan  sonra  hakimiyyət 

mərkəzi də keçib Parsayaya. Bu, böyük bir tarixi gedişdir.  

Sonra İranın hansısa bir sahəsində dördüncü odu çıxarırlar. O da başqa bir təbəqəni təmsil 

etməyə  başlayır.  Beləliklə,  dörd  müqəddəs  od  məkanı  yaranır  və  parçalanma  gedir.  Ancaq 

Tanrı vahiddirsə, deməli, onun göndərdiyi od da vahid olmalıdır. İslam dinində Tanrının başqa 

evi  yoxdur  -  ancaq  Məkkədir.  Məkkəyə  "Beytullah"  ("Allah  evi")  deyirlər,  dinimizin  mərkəzi 



Yüklə 261,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə