xərcləmirdi, amma müştərisi daim bol olurdu. Sirri ondan
ibarət idi ki, hər dəfə yeni restoran açılanda biznesin sahibi
həmin şəhərin bütün bərbərlərini təmtaraqlı ziyafətə
dəvət edirdi. İşə qayıtdıqda isə bərbərlər restoranın
özünəməxsus reklam agentlərinə çevrilirdilər.
Ÿ
Stikerlərin istifadə edilməsi də geniş yayılmış üsullar-
dandır. Məsələn, bir pizza şirkəti stikerlərdən belə istifadə
etmişdi:
Ÿ
Avtomobil şüşəsi istehsalçısı maşınların üzərinə sınmış
şüşəyə bənzəyən stiker yapışdıraraq maşın sahiblərini
şoka salsa da öz məhsulunu reklam etmiş oldu. Vizit
kartındakı yazıda deyilir :”Hər gün açığıq, hə a aprelin
birində də”:
168
Ÿ
Hərdən hazırladığınız adi əşyalar belə uğurlu marketinq
nümunəsi ola bilər. Toxumun satışı ilə məşğul olan bir
şirkətin vizit kartı paket şəklində düzəldilib, içində də
məhsulun nümunəsi.
Ÿ
Birbaşa məktub (direct mail) da effektiv vasitə ola bilər
(həm fiziki məktub, həm də virtual). ABŞ-da bir şirkət
özünə tərəfdaş axtarırdı. O zaman tanınmış kaliforniya
lotereyasında cek-pot 20 milyon dollar idi. Şirkətin
nümayəndələri bir neçə yüz lotereya alaraq onları
məktubla birlikdə potensial tərəfdaşlarına göndərdilər.
Məktubda deyilirdi: “Siz ya lotereyada udaraq milyonçu
ola bilərsiz, ya da bizimlə əməkdaşlıq edərək”. Beləliklə,
cəmi 300 dollara başa gələn marketinq kampaniyası şirkəti
xeyli tanıtdırdı.
Gördüyünüz kimi partizan marketinqinin imkanları demək
olar ki, sonsuzdu. İnternetdə yüzlərlə digər nümunələrlə tanış
ola bilərsiz. Əsası budur ki, işinizə kreativ yanaşasız.
169

2-ci əlavə. Hüquqi məsələlər.
Bu Əlavə “MedLex” hüquq şirkətinin direktoru Qorxmaz
Ağayev tərəfindən tərtib edilib. Təşəkkür edirəm! Burada siz
biznesə başlayanda lazım ola bilən əsas hüquqi suallara cavab
tapacaqsız. Aydın məsələdir ki, bir sənəddə bütün sualları əhatə
etmək mümkün deyil. Digər məlumatları internetdən, müvafiq
dövlət qurumlarının sorğu mərkəzlərindən və s. mənbələrdən
əldə edə bilərsiz.
I.
Hüquqi şəxslərin təşkilati-hüquqi formaları.
Sahibkarlıq fəaliyyəti ilə iki formada məşğul olmaq olar: 1)
hüquqi şəxs yaratmaqla; 2) hüquqi şəxs yaratmadan. AR Mülki
Məcəlləsinə (bundan sonra MM adlanacaq) görə hüquqi şəxslər
qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatından
keçməlidirlər, mülkiyyətində ayrıca əmlakı olmalıdır,
öhdəliklərinə şirkətin həmin əmlakı ilə cavabdehdirlər. Fərdi
sahibkarlıq isə hüquqi şəxs yaratmadan fiziki şəxslərin gəlir əldə
etmək məqsədilə yaratdıqları sahibkarlıq fəaliyyətinin bir
növüdür. Bu cür fəaliyyətdə həmin şəxslər mülkiyyətlərinə
əsaslanır, risk və məsuliyyəti öz üzərilərinə götürür və bütün
şəxsi əmlakları ilə öhdəlikləri üçün cavabdehlik daşıyırlar.
Kommersiya hüquqi şəxslərinin (gəlir əldə etmək
məqsədilə yaradılan və əldə etdiyi gəlirləri üzvləri arasında
bölüşdürən hüquqi şəxslər kommersiya hüquqi şəxslərdir)
təsərrüfat cəmiyyətləri və təsərrüfat ortaqlıqları kimi iki forması
var. Bunlar da öz növbəsində bir neçə yerə ayrılır. Belə ki,
təsərrüfat ortaqlıqları tam ortaqlıq və kommandit ortaqlıq
formasında (aşağıda izahı verilir), təsərrüfat cəmiyyətləri isə
məhdud məsuliyyətli cəmiyyət (MMC), əlavə məsuliyyətli
cəmiyyət və səhmdar cəmiyyəti formasında yaradıla bilər.
Səhmdar cəmiyyətləri də öz növbəsində açıq səhmdar cəmiyyəti
170
(ASC) və qapalı səhmdar cəmiyyətlərinə (QSC) ayrılır. Lakin
bunlardan təsərrüfat ortaqlıqları və səhmdar cəmiyyətlərinin
yaradılmasında daha çox makrobiznes sahələrində məşğul olan
şəxslər maraqlı olurlar. Hər bir formanın çox qısa şəkildə
izahatını verək.
1.1. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri
Tam ortaqlıq.
AR MM-nin 69-cu maddəsinə görə ortaqlıq o zaman tam
ortaqlıq hesab olunur ki, onun iştirakçıları (tam ortaqları)
nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq
fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara
mənsub şəxsi əmlakla məsuliyyət daşıyırlar.
Kommandit ortaqlıq. Bu elə bir ortaqlıqdır ki, burada
həm tam ortaqlar var, həm də ortaqlığın fəaliyyəti ilə bağlı
zərərə görə qoyduqları mayaların məbləği həddində risk
daşıyan maya qoyan var. Lakin həmin maya qoyanlar ortaqlıq
adından sahibkarlıq fəaliyyəti ilə məşğul olmurlar.
Məhdud məsuliyyətli cəmiyyət (bundan sonra MMC).
Respublikamızda sahibkarlıqla məşğul olan şəxslərin ən çox
müraciət etdikləri hüquqi şəxs forması məhz məhdud
məsuliyyətli cəmiyyətdir. Bir və ya bir neçə şəxs (fiziki və (və ya)
hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı
nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən
cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. MMC-lərin
üstün cəhəti ondan ibarətdir ki, onun iştirakçıları cəmiyyətin
öhdəlikləri üzrə öz əmlakları ilə məsuliyyət daşımırlar və
cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün sadəcə qoyduqları
mayaların dəyəri həddində risk daşıyırlar. Məsələn, “A” adlı
fiziki şəxs “XXXX” MMC-nin iştirakçısıdırsa və onun
nizamnamə kapitalına qoyduğu maya 50 AZN-dirsə, MMC-nin
fəaliyyəti zamanı zərər yarandıqda, “A” yalnız 50 AZN
171
Dostları ilə paylaş: |