Baxaq görək Google, YouTube və ya Facebook-un biznes-
modelləri necə işləyir. Onlar istifadəçilər üçün pulsuzdur,
amma digər vasitələrlə milyardlar qazanırlar. Siz də belə
yanaşmanın tətbiqini gözdən keçirin.
Marketinq kontentinizə cəlbedici ad verin. Bəzi uğurlu
variantları qeyd edirəm:
Ÿ
Hər bir it sahibinin vandalizm haqqında bilməli olduğu
7 fakt;
Ÿ
Bel ağrıları barədə həkimlərin gizlətdiyi 5 sirr;
Ÿ
Xüsusi buraxılış: borclardan yaxa qurtarmaq üçün
addımbaaddım təlimat;
Ÿ
Arzuladığınız işə doğru 8 effektiv addım.
Kontentin paylaşması strategiyası. Paylaşmanı tezləşdirmək
və avtomatlaşdırmaq üçün müxtəlif köməkçi proqramlar
m ö v c u d d u r . B e l ə p r o q r a m l a r d a i m ye n i l ə n i r d e y ə
www.jimcockrum.com
saytından ən son imkanlar və
strategiyalarla tanış ola bilərsiz. Rusdilli istifadəçilər bu
məlumatı internetdə digər müvafiq resurslardan tapa bilərlər.
İstifadə etdiyiniz servislərdə müsbət rəylərinizi yerləşdirin. Bir
biznesmenin e-mailların avtomatik göndərilməsində istifadə
etdiyi
–da peşəkar köməyə görə yerləşdirdiyi
www.aweber.com
müsbət rəyi (öz saytına linklə birlikdə) bir neçə il ərzində saytda
qalmışdı. Nəticədə yalnız bu link ona bir neçə min yeni müştəri
gətirmişdi. Maraqlı məqalələri oxuduqda onlara müsbət rəy
verməyi unutmayın. Sizdən gedən bir şey olmayacaq, amma
xeyri çox dəyə bilər.
Marketinqdə yumor hissiniz köməyinizə çatacaq. Özünüzə
gülməyi də unutmayın.
İmkan verməyin ki, sizi unutsunlar. Xüsusi təkliflərlə keçmiş
müştərilərinizi də yenidən qaytarmağa çalışın. Müxtəlif maraqlı
müsabiqələr keçirin.
160
Sualların verilməsi əla marketinq strategiyasıdır.
Müzakirə edilən məsələ barədə öz mövqeyinizi bildirin. Səmimi
olmağa çalışın.
Tövsiyələri təşviq edin. Dildən-dilə reklam (word of mouth)
az investisiya hesabına yaranan şirkətlərin əsas resurslarından
biridir. Buna görə də müştərilərinizi sövq edin ki, haqqınızda
başqalarına danışsınlar. Sizdən razı qalanlara bu xahişi birbaşa
edin (facebook-da paylaşmanı, tanışları sırasından 3 potensial
müştəri adının bildirilməsini, səhifənizin “like” edilməsini,
internetdən kənar tövsiyələrin olunmasını və s.).
Sorğuların keçirilməsi də marketinq vasitəsidir. Nəticədə
müştərilər özünə qarşı diqqəti hiss edəcək, siz də öyrənəcəksiz
ki, onların ürəklərindən əlavə nə keçir, nəyi dəyişmək istərdilər,
yeni təklif və ya qiymət onlar üçün maraqlıdırmı və s. İnternetdə
pulsuz sorğuları SurveyMonkey və ya Google Forms vasitəsilə
keçirmək olar. Suallara videocavab təsiri bir az da gücləndirir.
Ekrandakı görüntüləri vebkamera və ya skrinşot vasitəsilə
yazmaq üçün Jing yardımçı proqramdan istifadə edə bilərsiz
(
). Cəmi bir neçə dəqiqə ərzində belə
www.techsmith.com/jing
videocavabı hazırlayıb, internetə yükləyərək linkini Jing
serverində yerləşdirə bilərsiz.
Partizan marketinqi.
Bu termini ötən əsrin 80-ci illərində kovboy Marlboro
obrazının müəllifi amerika reklamçısı Cey Konrad Levinson
yaradıb. Partizan marketinqi az büdcə tələb edən yaradıcı və
effektiv marketinq üsullarına deyilir. Niyə belə adlanır?
Partizan müharibəsində olduğu kimi partizan marketinqinin də
məqsədi əhali arasında təbliğat aparmaq, böyük döyüşlərin
əvəzinə kiçik, gözlənilməz və effektiv addımlar atmaq,
hərəkətlərini gizlətmək, rəqibləri taqətdən salmaqdan ibarətdir.
161
162
Hal-hazırda bəzən bir çox oxşar marketinq üsullarını elə bu ad
altında birləşdirilir: virus marketinqi, gizli marketinq, ambient
marketinq, ambush marketinq, life placement və s.
Az vəsaitlə yaranan kiçik biznesdə partizan marketinqi
demək olar ki, sizi, məhsulunuzu, şirkətinizi tanıtmaq üçün
yeganə yoldur. İndi isə çalışacam ki, partizan marketinqinin
əsas xüsusiyyətlərini və növlərini qeyd etməklə hərəsinə dair
uğurlu nümunələr verim.
Əslində partizan marketinqi üsulları bu terminin
yaranmasından xeyli əvvəl tətbiq edilməyə başlayıb. Məsələn,
17-ci əsrdə Britaniyaya çay idxal edən Ost-Hind şirkətinin cəlb
etdiyi kübar cəmiyyətə mənsub xanımlar çay ziyafətləri təşkil
edərək bu yeni içkini tərifləyirdilər. Başqa misal. 20-ci əsrin
əvvəllərində Rusiyanın məşhur spirtli içki istehsalçısı Şustov
belə bir addıma əl atmışdı. Onun cəlb etdiyi tələbələr kabak və
restoranlara gedərək Şustovun spirtli içkilərini tələb edir,
olmadıqda isə dava salırdılar. Bu hadisələr barədə məlumatlar
mətbuatda çıxaraq istehsalçını məhşurlaşdırdı. Digər tərəfdən
də kabak və restoran sahibləri davakar tələbələrdən qorxaraq
kütləvi surətdə Şustovun istehsal etdiyi içkiləri almağa
başladılar.
Partizan marketinqinin xüsusiyyətləri:
1. Virus effektlidir.
2. Az büdcə tələb edir.
3. Qeyri-adidir, yaradıcı yanaşma tələb edir.
4. Gizli ola bilər.
5. Effekti tez hiss olunur.
6. Çevikdir, yeniliklərdən istifadə oluna bilər.
Partizan marketinqinin əsas növləri:
163
1. Virus marketinqi.
Bu növün xüsusiyyəti ondan ibarətdir ki, istədiyiniz
məlumatın sonrakı paylaşmasını siz yox, alıcılar özləri edirlər.
Bunun üçün ilk paylaşdığınız məlumat auditoriya üçün maraqlı
olmalıdır. Məsələn, internet marketinqi bölməsində videoların
əhəmiyyəti barədə danışanda virus videoların xüsusiyyətlərini
sadalamışdım.
Ən uğurlu virus marketinqi nümunələrindən biri nisbətən
yaxınlarda “İce Bucket Challenge” kampaniyası oldu. Məqsədi
müəyyən skleroz növünə dair tədqiqatların maliyyələşdirilməsi
üçün vəsaitin yığılması idi. Yəqin yadınızdadır. İştirakçı üstünə
buzlu su tökür, bu xəstəliklə məşğul olan fondun hesabına 10
dollar köçürür və estafeti 3 tanışına ötürürdü. Aksiyanın
şərtlərinə əsasən imtina edənlər fonda 100 dollar köçürməli
olurdular. Bill Qeyts kimi bir çox tanınmış şəxslər kampaniyının
iştirakçısı oldu. Nəticədə 2014-cü ildə fonda köçürülən
məbləğın həcmi ötən ilki göstəricidən 3500% çox olmaqla 100
milyon dolları ötdü.
2. Gizli marketinq.
Bu növün xüsusiyyəti ondan ibarətdir ki, potensial
müştəri məhsulunuzun reklam olunduğunu heç təsəvvür belə
etmir.
2002-ci ildə Sony Ericsson şirkəti belə marketinq
kampaniyasına əl atdı. Cəlb olunmuş 60 insan 2 və 3 nəfərlik
qruplara bölünərək Nyu-York və Sietlin ən gur yerlərində
gəzişir, özlərini turist kimi göstərir və ətrafdakılardan xahiş
edirdilər ki, Sony Ericsson telefonu ilə onların şəkillərini
çəksinlər və sözarası bu telefonun üstünlükləri barədə
danışırdılar.
3. Ambient marketinq.
Dostları ilə paylaş: |