162
Hal-hazırda bəzən bir çox oxşar marketinq üsullarını elə bu ad
altında birləşdirilir: virus marketinqi, gizli marketinq, ambient
marketinq, ambush marketinq, life placement və s.
Az vəsaitlə yaranan kiçik biznesdə partizan marketinqi
demək olar ki, sizi, məhsulunuzu, şirkətinizi tanıtmaq üçün
yeganə yoldur. İndi isə çalışacam ki, partizan marketinqinin
əsas xüsusiyyətlərini və növlərini qeyd etməklə hərəsinə dair
uğurlu nümunələr verim.
Əslində partizan marketinqi üsulları bu terminin
yaranmasından xeyli əvvəl tətbiq edilməyə başlayıb. Məsələn,
17-ci əsrdə Britaniyaya çay idxal edən Ost-Hind şirkətinin cəlb
etdiyi kübar cəmiyyətə mənsub xanımlar çay ziyafətləri təşkil
edərək bu yeni içkini tərifləyirdilər. Başqa misal. 20-ci əsrin
əvvəllərində Rusiyanın məşhur spirtli içki istehsalçısı Şustov
belə bir addıma əl atmışdı. Onun cəlb etdiyi tələbələr kabak və
restoranlara gedərək Şustovun spirtli içkilərini tələb edir,
olmadıqda isə dava salırdılar. Bu hadisələr barədə məlumatlar
mətbuatda çıxaraq istehsalçını məhşurlaşdırdı. Digər tərəfdən
də kabak və restoran sahibləri davakar tələbələrdən qorxaraq
kütləvi surətdə Şustovun istehsal etdiyi içkiləri almağa
başladılar.
Partizan marketinqinin xüsusiyyətləri:
1. Virus effektlidir.
2. Az büdcə tələb edir.
3. Qeyri-adidir, yaradıcı yanaşma tələb edir.
4. Gizli ola bilər.
5. Effekti tez hiss olunur.
6. Çevikdir, yeniliklərdən istifadə oluna bilər.
Partizan marketinqinin əsas növləri:
163
1. Virus marketinqi.
Bu növün xüsusiyyəti ondan ibarətdir ki, istədiyiniz
məlumatın sonrakı paylaşmasını siz yox, alıcılar özləri edirlər.
Bunun üçün ilk paylaşdığınız məlumat auditoriya üçün maraqlı
olmalıdır. Məsələn, internet marketinqi bölməsində videoların
əhəmiyyəti barədə danışanda virus videoların xüsusiyyətlərini
sadalamışdım.
Ən uğurlu virus marketinqi nümunələrindən biri nisbətən
yaxınlarda “İce Bucket Challenge” kampaniyası oldu. Məqsədi
müəyyən skleroz növünə dair tədqiqatların maliyyələşdirilməsi
üçün vəsaitin yığılması idi. Yəqin yadınızdadır. İştirakçı üstünə
buzlu su tökür, bu xəstəliklə məşğul olan fondun hesabına 10
dollar köçürür və estafeti 3 tanışına ötürürdü. Aksiyanın
şərtlərinə əsasən imtina edənlər fonda 100 dollar köçürməli
olurdular. Bill Qeyts kimi bir çox tanınmış şəxslər kampaniyının
iştirakçısı oldu. Nəticədə 2014-cü ildə fonda köçürülən
məbləğın həcmi ötən ilki göstəricidən 3500% çox olmaqla 100
milyon dolları ötdü.
2. Gizli marketinq.
Bu növün xüsusiyyəti ondan ibarətdir ki, potensial
müştəri məhsulunuzun reklam olunduğunu heç təsəvvür belə
etmir.
2002-ci ildə Sony Ericsson şirkəti belə marketinq
kampaniyasına əl atdı. Cəlb olunmuş 60 insan 2 və 3 nəfərlik
qruplara bölünərək Nyu-York və Sietlin ən gur yerlərində
gəzişir, özlərini turist kimi göstərir və ətrafdakılardan xahiş
edirdilər ki, Sony Ericsson telefonu ilə onların şəkillərini
çəksinlər və sözarası bu telefonun üstünlükləri barədə
danışırdılar.
3. Ambient marketinq.
164
Tərcüməsi “ətraf mühit”dir. Bu növün xüsusiyyəti ondan
ibarətdir ki, reklam yeri kimi ətraf mühitdən istifadə olunur,
əksər halda gözlənilməz şəkildə.
Məsələn, bir kofe istehsalçısı reklamında kanalizasiya
lüklarından istifadə etmişdi:
Bu da təmizləyici vasitənin reklamıdır:
Bu isə pilotlar üçün nəzərdə tutulan İsveçrə
saatlarının reklamıdır:
Yəqin aydın oldu ki, bu bərbərin reklamıdır:):
Audi-dən Ambush marketinq nümunəsi:
4. Ambush marketinq.
Tərcüməsi “pusqu”dur. Bu növün xüsusiyyəti reklam
olunan obyektlə heç bir əlaqəsi olmayan brend və ya tədbirlə
assosiativ əlaqənin yaradılmasından ibarətdir.
2014-cü ildə Rusiyada keçirilən qış Olimpiya oyunlarının
açılış mərasimində 5-ci halqa yanmadı. Baxın görək Audi şirkəti
bundan necə yararlandı. Mətni təxminən belədir: “Bəzən dörd
halqa da kifayətdir”.
5. Life placement.
Bu növün xüsusiyyəti ondan ibarətdir ki, məhsul barədə
məlumat potensial müştərilərə cəlb etdiyiniz insanların
“xoşbəxt alıcı” qismində çıxış etməsilə çatdırılır.
Bir yeni məişət texnikası istehsalçısı insanları cəlb etmişdir
ki, bu texnikanın qutuları ilə şəhərin hər yerində gəzərək
özlərini bəxtəvər kimi göstərsinlər və yeri düşdükdə
165

Dostları ilə paylaş: |