fəaliyyəti ilə məşğul olan şəxslər ticarət fəaliyyəti üzrə 6%,
ictimai iaşə fəaliyyəti üzrə 8% sadələşdirilmiş vergi ödəyirlər.
Vergi dərəcələri bütün məbləğə şamil edilir. Sadələşdirilmiş
vergi ödəyən hüquqi şəxs ƏDV, mənfəət vergisi və əmlak
vergisi, fərdi sahibkarlar isə gəlir vergisi və ƏDV ödəməkdən
azaddırlar. Məhz bu amil kiçik bizneslərin böyük əksəriyyətinin
bu vergi rejimini tətbiq etməsinə rəvac verir. Vergi ödəyiciləri
qanunla müəyyən olunmuş müddətdə vergi orqanına
bəyannamələr təqdim etməlidirlər.¹¹
Hüquqi şəxslərin mənfəət vergisi. Azərbaycan
Respublikasında rezident və qeyri-rezident müəssisələr
mənfəət vergisinin ödəyiciləridir. Rezident müəssisə üçün
vergitutma obyekti onun mənfəətidir. Mənfəət isə vergi
ödəyicisinin bütün gəlirləri ilə gəlirdən çıxılan xərclər
arasındakı fərqdir. Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi
ilə vergi tutulur. Mənfəət vergisi zamanı gəlirdən çıxılan xərclər
vergi qanunvericiliyində öz əksini tapmışdır.¹² Bu vergi əsasən
iri bizneslərdə tətbiq olunur. Bunun üçün olduqca peşəkar
mühasibat və maliyyə xidmətlərindən istifadə edilməlidir.
Əlavə dəyər vergisi. Vergi qanunvericiliyinə görə
sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün
istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının
həcmi 200.000 manatdan artıq olan şəxslər ƏDV məqsədləri
üçün məcburi qeydiyyat zamanı ardıcıl 12 aylıq dövrün istənilən
ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000
manatdan artıq olduqda növbəti ayın birinci günündən ƏDV-
nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi
tutulan idxalın dəyərinin 18 faizidir (məs, satılan malın dəyəri
180
Bəyannamə təqdim etməli olan şəxslərin dairəsi və bəyannamələrin təqdim olunma müddətləri ilə buradan tanış ola
bilərsiz:
= ,
h p://www.taxes.gov.az/modul.php?name=beyanname&lang
h p://www.taxes.gov.az/modul.php?name=beyanname&cat=2&lang
= , və buradan bəyannamələrin nümunələri ilə tanış ola
bilərsiz:
=
h p://www.taxes.gov.az/modul.php?name=beyanname&cat=4&lang
IX-X
fəsillər
h p://www.e-qanun.az/code/12
11
12
həmin hallara maddə 165-dən baxa bilərsiniz.
h p://www.e-qanun.az/code/12
- Vergi Məcəlləsi
h p://www.e-qanun.az/code/124
13
14
900 manatdırsa, bu zaman 162 manat ƏDV ödəyəcəksiniz).
Bununla yanaşı vergi qanunvericiliyində ƏDV-nin 0 dərəcə ilə
hesablandığı hallar da müəyyən edilmişdir.¹³ Bu vergi növü də
əsasən dövriyyəsi böyük olan şirkətlər üçün əlverişlidir.
Aksizlər. Aksiz - aksizli malların satış qiymətinə daxil
edilən vergidir. Azərbaycan Respublikası ərazisində aksizli
malların istehsalı və ya idxalı ilə məşğul olan bütün müəssisələr
və fiziki şəxslər aksiz ödəyiciləri hesab olunurlar. Aksizli
malların ixracı sıfır dərəcəsi ilə vergiyə cəlb olunur. Aksizli
mallara bunlar aiddir: içməli spirt, pivə və spirtli içkilərin bütün
növləri, tütün məmulatları, neft məhsulları, minik avtomobilləri
(xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı
avtonəqliyyat vasitələri istisna olmaqla) və s. Bu malların hər biri
üçün tətbiq olunan vergi dərəcəsi Vergi Məcəlləsinin 190-cı
maddəsində öz əksini tapmışdır.¹⁴
Əmlak və torpaq vergisi. Əmlakınız varsa (hüquqi şəxs
yaratmaqla sahibkarlıq fəaliyyəti həyata keçirəcəksinizsə), onun
orta illik dəyərinin müəyyən hissəsi qədər əmlak vergisi
(sadələşdirilmiş vergi ödəyicisi deyilsinizsə) ödəyəcəksiniz.
Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının,
təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq
musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və
qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika
məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac material-
lardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin
sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu
emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.
Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan
hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə
181