təmiri və fərdi tikilişi, saatların, televizor, soyuducu və digər
məişət cihazlarının təmiri, nəqliyyat vasitələrinə texniki və digər
xidmətlər, bərbər xidməti, zərgərlik və metal məmulatlarının
təmiri və hazırlanması, nəqqaşlıq və rəssamlıq emalatxanaları
və təmiri məntəqələrinin fəaliyyəti.
176
ərizənin forması üçün klikləyə bilərsiz:
h p://www.taxes.gov.az/modul.php?name=birpencere&lang=&bolme=legal&bolme2=erize
3
II. Hüquqi şəxslərin və fərdi sahibkarların qeydiyyat
qaydası.
Hüquqi şəxslərin yaradılması onların dövlət qeydiyyatına
alınması ilə yekunlaşır. Bunun üçün qanunvericilikdə müəyyən
tələblər nəzərdə tutulmuşdur. Belə ki, “Hüquqi şəxslərin dövlət
qeydiyyatı və reyestri” haqqında Azərbaycan Respublikası
Qanununa əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun
dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının
vergi orqanlarına ərizə ilə müraciət edilməlidir. Ərizə təsisçi (bir
neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların)
müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və
notariat qaydasında təsdiqlənir. Ərizədə aşağıdakılar göstərilir:
- təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı,
soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən
sənədin nömrəsi və verilmə tarixi;
- ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda habelə
onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq
edən sənədin nömrəsi və verilmə tarixi və vəkalətnamə
haqqında məlumatlar.
- və Vergilər Nazirliyi tərəfindən təsdiq edilən ərizə
formasında olan digər məlumatlar.³
Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
- təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən
qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli
nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi, həmin
qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və
idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar (təsis
sənədləri Mülki Məcəllədə nəzərdə tutulmuş, habelə təsisçilər
tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və
bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri)
177
tərəfindən imzalanmalıdır);⁴
- dövlət rüsumunun ödənilməsi haqqında sənəd;⁵
- təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən
sənədin surəti;
- qanuni təmsilçinin təyin edildiyi halda, onun
şəxsiyyətini təsdiq edən sənədin surəti
Ərizə surəti ilə birlikdə təqdim edilir.⁶ Ərizənin əsli
Vergilər Nazirliyində saxlanılır, surəti isə müraciət etmiş şəxsə
qaytarılır. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin
elektron dövlət qeydiyyatı xidməti mövcuddur. Bunun üçün
Vergilər Nazirliyinin elektron informasiya saytı bazasında
yerləşdirilmiş ərizə forması doldurulmalıdır.⁷ Dövlət qeydiy-
yatına alınmış hüquqi şəxsə Vergilər Nazirliyi tərəfindən onun
dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd - dövlət
qeydiyyatı haqqında şəhadətnamə verilir. Hüquqi şəxsin dövlət
qeydiyyatı haqqında şəhadətnamə və dövlət reyestrindən
çıxarışı hüquqi şəxsin, onun filial və nümayəndəliyinin
fərdiləşdirilməsi üçün əsasdır.
Əgər sahibkarlıq fəaliyyəti ilə hüquqi şəxs yaratmadan
məşğul olmaq istəyirsinizsə, o zaman yuxarıdakı sənədlərlə
məşğul olmağa ehtiyac yoxdur. Şəxsiyyət vəsiqənizin əsli ilə
daimi yaşadığınız yerin vergi orqanına müraciət edirsiniz, ərizə
forması doldurursunuz və 2 gün ərzində sizə fiziki şəxsin
sahibkarlıq uçotu haqqında şəhadətnamə təqdim olunacaqdır.
Bununla da fəaliyyətinizə başlaya bilərsiz. Fiziki şəxslərin vergi
uçotu elektron qaydada da həyata keçirilə bilər.⁸ Bunun üçün
elektron imza və ya asan imza almaq lazımdır.⁹
178
təsis sənədləri nümunələri ilə tanış olmaq üçün klikləyin:
h p://www.taxes.gov.az/modul.php?name=birpencere&lang=&bolme=legal&bolme2=nizamla
rüsumların məbləği ilə tanış olmaq üçün
-də maddə 20-yə baxa bilərsiniz.
h p://www.e-qanun.az/framework/2860
ərizənin doldurulma qaydası ilə tanış olmaq üçün klikləyin:
h p://www.taxes.gov.az/modul.php?name=birpencere&lang=&bolme=legal&bolme2=sened
ərizənin forması üçün klikləyin:
h p://www.taxes.gov.az/modul.php?name=birpencere&lang=&bolme=legal&bolme2=erize
h p://vn.taxes.gov.az/reqlament/7.4.pdf
fərdi sahibkarların elektron qaydada qeydiyyata alınması qaydası ilə bağlı
reqlamentlə buradan tanış ola bilərsiz.
h ps://www.e-gov.az/az/login/index
keçid vasitəsilə elektron imza və ya asan imza almaq qaydası ilə tanış ola bilərsiz.
4
5
6
7
8
9
h p://www.asan.gov.az/az/content/tree/235/kommersiya_huquqi_sexslerin_ve_vergi_odeyicilerinin_qeydiyyati
lazım olan
sənədlərin siyahısı ilə tanış ola bilərsiz.
10
Vergi ödəyicilərin və hüquqi şəxslərin qeydiyyata
alınması ASAN Xidmət mərkəzlərində də həyata keçirilir. ¹⁰
III. Vergi dərəcələri, ödəmə qaydası, hesabatlıq.
Əgər sahibkarlıq fəaliyyəti ilə hüquqi şəxs yaradaraq
məşğul olmaq istəyirsinizsə, o zaman fəaliyyət istiqamətinizdən
və dövriyyənizin həcmindən asılı olaraq vergi qanunvericiliyi
ilə nəzərdə tutulmuş mənfəət vergisi, əlavə dəyər vergisi,
aksizlər, torpaq vergisi və ya sadələşdirilmiş vergi ödəyicisi
olacaqsınız. Lakin, bu o demək deyil ki, hər hansı formada vergi
ödəyicisi kimi qeydiyyata alınmısızsa, digər vergilərdən
azadsınız (sadələşdirilmiş vergi ilə bağlı hal istisna olmaqla).
Belə ki, fəaliyyətinizin istiqamətinə və dövriyyənizin
həcmindən asılı olaraq eyni zamanda bir neçə vergi ödəyicisi ola
bilərsiniz.
Sadələşdirilmiş vergi. Əgər şəxs ƏDV ödəyicisi kimi
qeydiyyata alınmayıbsa və 12 aylıq dövrün istənilən ayında
gəliri 200.000 manat və ondan azdırsa bu zaman o
sadələşdirilimiş vergi ödəyicisi olmaq hüququna malikdir.
Həmçinin, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq
dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan
ticarət və (və ya) ictimai iaşə (yəni, kafe, restoran, yeməkxana,
çayxana, qəlyanaltı və s.) fəaliyyəti ilə məşğul olan şəxslər
sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.
Əgər şəxs mal satılmasından, iş görülməsindən və xidmət
göstərilməsindən vəsait əldə edirsə, bu zaman Bakı şəhərində
həmin vəsaitin 4%-i, digər regionlarda isə 2%-i miqdarında
sadələşdirilmiş vergi ödəyəcəkdir. Vergi tutulan əməliyyat-
larının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında)
200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə
179
Dostları ilə paylaş: |