tutulmuşdur. Belə yoxlanışlar zamanı şirkətlərin maliyyə
sənədləri və s. yoxlanılır. Bu yoxlanışlar zamanı ortaya çıxacaq
uyğunsuzluqlar şirkət üçün ciddi nəticələrə səbəb ola bilər.
Qeyd edək ki, mikrobiznes üçün ən münasib forma fərdi
sahibkarlıq və məhdud məsuliyyətli cəmiyyət hesab
etdiyimiz üçün bundan sonra da əsas diqqəti bu iki forma
üzərində cəmləyəcəyik. Fərdi sahibkarlıq qaydasında və ya
MMC yaratmaqla sahibkarlıq fəaliyyəti həyata keçirərkən,
nəzərə alınmalı əsas məqamlardan biri də nağd pul
hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə apar-
maqdır. Əks halda ciddi maliyyə öhdəlikləri yarana bilər.
Nəzarət-kassa aparatlarının satışını hüquqi şəxslər həyata
keçirirlər. Siz bu istiqamətdə fəaliyyət göstərən hüquqi şəxslərin
hər hansı birindən nəzarət-kassa aparatını əldə edə bilərsiniz.
Daha sonra onu vergi orqanında qeydiyyatdan keçirməlisiniz.
Bunun üçün siz Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş
formada ərizə ilə fəaliyyət göstərdiyiniz yer üzrə vergi
orqanlarına müraciət etməlisiniz. Vergi orqanı ərizənin verildiyi
vaxtdan 5 gündən gec olmayaraq təqdim edəcəyiniz
məlumatları yoxlayıb nəzarət-kassa aparatını qeydiyyatdan
keçirir. Əgər müraciət etsəniz, nəzarət-kassa aparatının
qeydiyyatdan keçməsi barədə sizə Vergilər Nazirliyi tərəfindən
təsdiq olunmuş qeydiyyat vərəqəsi verəcəklər.¹ Nəzarət-kassa
aparatlarını online qaydada da qeydiyyata aldıra bilərsiniz.²
Aşağıdakı fəaliyyət növləri istisna olmaqla, hüquqi şəxslər
və fərdi sahibkarlar nağd pul hesablaşmalarını nəzarət-kassa
aparatları vasitəsilə həyata keçirməlidirlər. Onu da qeyd edək ki,
aşağıda sadəcə az vəsaitlə başlanıla biləcək sahibkarlıq fəaliyyət
növlərini qeyd etmişik, belə ki vergi qanunvericiliyində siyahı
bir qədər daha genişdir:
174
h p://www.taxes.gov.az/modul.php?name=e-xidmetler
buradan nəzarət kassa aparatlarının online qeydiyyata alınması
başlığına basırsınız, Vergi orqanı tərəfindən sizə verilən istifadəçi adı, parol, şifrəni qeyd edərək xidmətə girişi təmin edə bilərsiniz.
1
2
h p://www.e-qanun.az/framework/12920
- buradan daha ətraflı məlumat ala bilərsiniz.
1. lotereya biletlərinin satışı, idman mərc oyunları üzrə
operator və satıcı tərəfindən həyata keçirilən fəaliyyət,
2.sərnişin və yük daşıma (dəmir yolu, hava, su və avtomobil
nəqliyyatı vasitəsilə) fəaliyyəti (oturacaq yerlərinin sayı 6-dan az
olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli
taksilərdən başqa),
3. Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmar-
kalarda və səyyar qaydada satışı,
4. şüşə qablar və dəmir tullantılarının qəbul məntəqələrinin
fəaliyyəti,
5. rabitə xidməti (internet klubların fəaliyyəti istisna
olmaqla)
6. reklam xidməti,
7. yaşayış və qeyri-yaşayış obyektlərinin kirayəyə verilməsi,
8. mehmanxana, motel, kempinq və yataqxana xidmətləri,
9. lift və təhlükəsizlik xidməti,
10. kanalizasiya və sanitar təmizləmə xidməti,
11. bədən tərbiyəsi və idman xidməti,
12. təhsil müəssisələrinin təhsillə bağlı olan fəaliyyəti və
tədris kurslarının fəaliyyəti,
13. avtomobil dayanacaqlarının fəaliyyəti,
14. paltarların kimyəvi təmizlənməsi və boyanması,
yuyulması,
15. stasionar olmayan məntəqələrdə mərasim xidmətləri və
bununla əlaqədar kirayə,
16. cildləmə xidməti,
17. səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində
piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə
satış fəaliyyəti və s.
18. İşçilərin sayı iki nəfərdən çox olmayaraq həyata keçirilən
mebellərin təmiri və hazırlanması, foto, audio-video xidməti,
ayaqqabıların, paltarların, trikotaj və gön-dəri məmulatlarının
175
təmiri və fərdi tikilişi, saatların, televizor, soyuducu və digər
məişət cihazlarının təmiri, nəqliyyat vasitələrinə texniki və digər
xidmətlər, bərbər xidməti, zərgərlik və metal məmulatlarının
təmiri və hazırlanması, nəqqaşlıq və rəssamlıq emalatxanaları
və təmiri məntəqələrinin fəaliyyəti.
176
ərizənin forması üçün klikləyə bilərsiz:
h p://www.taxes.gov.az/modul.php?name=birpencere&lang=&bolme=legal&bolme2=erize
3
II. Hüquqi şəxslərin və fərdi sahibkarların qeydiyyat
qaydası.
Hüquqi şəxslərin yaradılması onların dövlət qeydiyyatına
alınması ilə yekunlaşır. Bunun üçün qanunvericilikdə müəyyən
tələblər nəzərdə tutulmuşdur. Belə ki, “Hüquqi şəxslərin dövlət
qeydiyyatı və reyestri” haqqında Azərbaycan Respublikası
Qanununa əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun
dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının
vergi orqanlarına ərizə ilə müraciət edilməlidir. Ərizə təsisçi (bir
neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların)
müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və
notariat qaydasında təsdiqlənir. Ərizədə aşağıdakılar göstərilir:
- təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı,
soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən
sənədin nömrəsi və verilmə tarixi;
- ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda habelə
onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq
edən sənədin nömrəsi və verilmə tarixi və vəkalətnamə
haqqında məlumatlar.
- və Vergilər Nazirliyi tərəfindən təsdiq edilən ərizə
formasında olan digər məlumatlar.³
Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
- təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən
qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli
nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi, həmin
qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və
idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar (təsis
sənədləri Mülki Məcəllədə nəzərdə tutulmuş, habelə təsisçilər
tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və
bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri)
177
Dostları ilə paylaş: |