Ön söz
Salam! Hamınızı təbrik etmək istəyirəm! Səbəbini bir
qədər sonra izah edəcəyəm. İcazə verin, əvvəlcə bəzi məqamları
açıqlayım.
Kitabça barəsində ümumi məlumat.
Bu kitabça mikrobiznesə başlamaq üçün əvvəldən
sonadək bütün prosesləri əhatə edən bələdçinizdir. O, dünyada
ən məşhur iş adamları, motivasiya trenerləri, biznes müəllifləri
və mövzu üçün maraqlı olan digər sahələrə aid müəlliflər
tərəfindən yazılmış kitab və məqalələr əsasında tərtib edilib və
fikrimcə, olduqca maraqlı və xeyirli alınıb. Misal üçün, Stiven
Kovi, Brayan Treysi, Riçard Brenson, Bodo Şefer, Kavasaki,
Robert Kiyosaki, Deyl Karnegi, Stiv Blank, Çan Kim, Napoleon
Hill, Toni Byuzen, Erik Ris, Karl Syuel, Donald Tramp, Set
Qodin, Keyt Ferratsi və onlarla digər müəllifin, o cümlədən, bir
sıra keçmiş sovet məkanının biznes müəllifi və iş adamının
kitablarını qeyd etmək istərdim. Mən yüzlərlə kitab və
məqalədəki məlumatlardan, necə deyərlər, “qaymaqları”
yığaraq sistemləşdirmişəm və öz təcrübəmdən də misallar əlavə
etmişəm. Bu o demək deyil ki, gələcəkdə bu sahə üzrə kitab
oxumağınıza ehtiyac yoxdur. Sadəcə, ola bilər ki, mən sizin bir
neçə ay və ya ilinizə qənaət edərək imkan yaratmışam ki,
yığcam yazılmış bu bələdçi vasitəsilə qısa zaman ərzində xırda
biznesinizə başlayaraq həm biznes vərdişləri qazanasız, həm də
maddi qazanc əldə edəsiz. Sonradan öyrəndiyiniz bu vərdişlər
və digər biliklər əsasında biznesinizi inkişaf etdirərək kiçik, orta
və ola bilsin ki, iri biznesə çevirə biləcəksiz.
Fikirlərimi rahat oxuna biləcək dildə yazmışam.
Korrektorlar mətni ədəbi dil çərçivəsinə salmaq istəsələr də
4
“dır”, “dir”-lərdən qaçmağa çalışmışam :).
Əlbə ə, biznes elə bir sahədir ki, yarana biləcək bütün
halları, bütün biznes sahələrini bir kitabçada əhatə etmək
mümkün deyil. Amma bələdçiniz sizə təfəkkürünüzü dəyişərək
biznesə başlama yollarını sistemli şəkildə göstərəcək və bir çox
praktiki biliklər verəcək. Nəticədə siz özünüz özünüzü yaratmış
olacaq və öz gücünüz hesabına uğur qazanacaqsız! Bu şəklə
diqqətlə baxın (özü özünü yaradan insanın heykəli). Onu
bələdçimizin rəmzi hesab etmək olar. Bu sizsiz!
Bələdçinin strukturu və onu necə oxumalı.
Birinci hissə uğura aparan yola həsr olunub və həyatda
məna tapmağa, yeni nailiyyətlərə çatmaq üçün daxili güc
tapmağa çalışan bütün insanlara ünvanlanıb. Burada uğur
qazanmış insanların timsalında məqsədə çatmaq üçün tələb
olunan keyfiyyətlər, zamanın idarə edilməsi, məqsədlərin
qoyulması, qorxunun dəf olunması və digər məqamlar
barəsində danışacaq, bir çox insanın uğur hekayələrilə tanış
olacağıq. Bu hissəni “beynin transformasiyası” da adlandırmaq
olar. Bu mərhələni keçmədən yüksək nəticələr əldə etmək
çətindir, çünki dəyişikliklər şüurdan başlanır.
İkinci hissə biznes-ideyanın tapılması yolları barəsindədir
5
və ilk növbədə biznesə başlamaq istəyənlər üçün nəzərdə
tutulub.
Üçüncü hissə kreativ ideyaların formalaşdırılmasına həsr
olunub və zehni qabiliyyətini genişləndirmək, işə yaradıcı
yanaşmaq istəyən bütün insanlara faydalı olacaq.
Dördüncü hissə mikrobiznesə başlamaq üçün ilk
addımlarını atanlara həsr olunub və əminəm ki, biznesə yeni
başlamaq istəyən gənclər üçün maraqlı və xeyirli olacaq. Burada
biznes-modelin qurulması, bazarın araşdırılması, məhsulun
mövqeləşdirilməsi, sosial şəbəkə marketinqi, müştəri qazanmaq
yolları və bir çox digər məqamlar barədə qısa və aydın danışılır.
Əlavələrdə biznesin qurulması və inkişafı ilə bağlı bir sıra
maraqlı mövzulara toxunulur (internet, partizan marketinqi və
hüquqi məsələlər).
Sizi təəccübləndirməsin ki, hazırlıq prosesinə həsr
olunmuş hissələrin həcmi təxmini biznesin başlanmasına həsr
olunmuş hissənin və əlavələrin həcminə bərabərdir. Ən
ö n ə m l i s i m ə h z i l k i n m ə r h ə l ə d i r . Ə s l i n d ə i n s a n i l k
mərhələlərdəki keyfiyyətlərə malik olsa biznesə başlamaq o
qədər də çətin deyil.
Kitabçanı aşağıdakı qaydada oxusanız təsiri daha çox olar:
Ÿ
Bu, bədii ədəbiyyat deyil. Yalnız bütün fikriniz
oxuduğunuza yönəlsə nəticəsi olacaq.
Ÿ
Hər bir tapşırığı məsuliyyətlə, sonadək yerinə yetirin.
Bunlar artıq sınaqdan çıxıb, onlara ciddi yanaşın.
Ÿ
Ardıcıllıqla oxuyun, əvvəlki məqamların üstündən
keçərək birbaşa biznes hissəsindən başlasanız effekti az
olacaq.
Ÿ
Oxuyanda tələsməyin, aydın olmayanları yenidən
oxuyub aydınlaşdırın.
6
Bu kitabçanı hazırlamaq qərarına niyə gəldim?
Ölkəmizdə yaranan vəziyyət hamıya bəllidir. Geniş
iqtisadi təhlillərlə sizi yormaq istəmirəm. Neft hasilatı və
qiymətinin aşağı düşməsi nəticəsində ölkəmizin gəlirləri xeyli
aşağı düşüb və bu proses davam edə bilər. Belə vəziyyətdə
Azərbaycanın iqtisadi yüksəlişini yalnız azad sahibkarlıq təmin
edə bilər. Bunu sıravi vətəndaşlardan tutmuş dövlət
başçımızadək hamı etiraf edir. Buna görə də ölkəmizdə azad
sahibkarlıq mühiti, kiçik biznes daha da inkişaf etdirilməlidir.
İnkişaf etmiş ölkələrin ÜDM-in 50%-dən çoxu kiçik biznesin
payına düşür. Bizdə isə kiçik biznesin 2014-cü ildə yaratdığı
əlavə dəyər yalnız 2,6% təşkil edib. Halbuki iqtisadiyyatda kiçik
biznesin rolu böyükdür (əsasları aşağıda sadalanıb):
Ÿ
İqtisadi konyuktura dəyişməsini yumşaldır;
Ÿ
Rəqabətli mühitın yaranmasına xidmət edir;
Ÿ
Yeni ehtiyacların qısa zamanda ödənilməsini təmin
edir;
Ÿ
Yeni iş yerlərinin formalaşmasına şərait yaradır;
Ÿ
Dövlətin böhrana qarşı əsas müdafiə üsullarından
biridir;
Ÿ
Az investisiya müqabilində gəlirlilik olduqca yüksək
olur;
Ÿ
Sosial sabitliyin qorunmasına xidmət edir (o cümlədən
orta təbəqənin artması hesabına);
Ÿ
Dövlət büdcəsinin gəlirini artırır və s.
Qeyd edilən məqsəd uğrunda fəaliyyətin əsas yükü təbii
ki, dövlətin üzərinə düşür. Amma cəmiyyətimiz də, mütərəqqi
biznes qurumları da sosial məsuliyyət fəaliyyəti çərçivəsində bu
prosesə ciddi dəstək ola bilər. Məsələn, ABŞ-da yerləşən
dünyanın ən iri biznes-inkubator assosiasiyasına (Milli biznes-
inkubatorlar assosiasiyası) daxil olan ən qabaqcıl biznes-
inkubatorlarının, həmçinin Avropa biznes-inkubatorlarının iki
7
Dostları ilə paylaş: |