1-ci fəsil. Uğura aparan yol.
Əgər bu fəslə Ön sözü oxumadan başlayırsızsa, nəticənin
daha yüksək olması üçün, xahiş edirəm, geri qayıdaraq ən azı
“Kitabça barəsində ümumi məlumat”, “Bələdçinin strukturu və
onu necə oxumalı” və “Biz necə şanslı olduğumuzu dərk
edirikmi?” bəndlərilə tanış olasız.
Uğur nədir?
Biz hamımız uğur qazanmaq istəyirik. Əvvəlcə müəyyən-
ləşdirək görək “uğur”, “xoşbəxtlik” nədir? Bəzi müəlliflər
uğuru, xoşbəxtliyi bir neçə sahədə yüksək nəticənin qazanılması
kimi qəbul edirlər: işdə, maliyyə sahəsində (yüksək qazanc və
sevimli işin olması), ailədə (xoşbəxt ailə), şəxsi inkişafda
(mənəvi və peşəkar biliklərın artırılması), sağlamlıq (sağlam
həyat tərzi nəticəsində özünü sağlam və gümrah hiss etmə).
Bəziləri bu siyahıya dostları da əlavə edirlər (sadiq və maraqlı
dostların olması).
Burada maraqlı bir cəhət var. Bir sahədəki uğur digər
sahələrdəki uğura müsbət təsir edir.
Buna görə də məqsədimiz
biznesin qurulması olsa da digər sahələrdə də uğur qazanmağın
yolları barədə danışacağıq.
Varlı insanlar barəsində miflər.
Əvvəlcə gəlin biznesdə uğur qazanan insanlar haqqın-
16
dakı miflərdən danışaq. Baxaq görək onlar haqqında
stereotiplər nə dərəcədə düzdür. Bir məqamı xüsusi qeyd edim,
mən “uğurlu”, “varlı” deyəndə yalnız qanuni yolla qazanan
insanları nəzərdə tuturam. Sıralama vacibliyi əks eləmir.
1-ci mif. Varlı insanların bəxti gətirib və ya taleləri belə
yazılıb.
Belə bir məsəl var, bəxt güclülərin tərəfindədir. Uğur
həmişə gərgin əməyin nəticəsidir, təsadüf olmur. Sahibkarlıq
ruhu ən vacib amildir. Buraya cəsarət, proaktivlik,
zəhmətkeşlik, ruhdan düşməmək, fürsəti görmək və ondan
istifadə etmək qabiliyyəti və digər keyfiyyətlər daxildir.
Hərəkətlərin keyfiyyəti və sayı əvvəl-axır müsbət nəticəyə
gətirib çıxaracaq. Məsələn, tutaq ki, satıcının 10 satış cəhdindən
orta hesabla 1-i uğurlu alınır. Deməli, əgər o, 3 cəhddən sonra
sata bilməyib ruhdan düşsə, nəticə əldə etməyəcək.
Ümumiyyətlə bizdə bəxt, tale anlayışlarını fatallıq kimi qəbul
edirlər (bütün hərəkətlərin insanın əvəzinə müəyyən edilərək
alın yazısında əks olunması), hərçənd ki, dinimizdə də belə
deyil. Əks halda insan öz hərəkətlərinə görə cavabdeh olmazdı.
Tərslikdən, digər dillərdən fərqli olaraq, bizdə “xoşbəxt”
sözünün etimologiyası aydın görünür. Əvvəllər xoş güzaran
keçirən, həyatından məmnun olan insan yaxşı bəxti olan adam
hesab edilib. Fikir verin, məsələn, ingilis və bir çox digər dillərdə
“xoşbəxt” sözü bu kimi iki sözdən əmələ gəlmir (hərçənd
etimologiyası oxşardır). Bizdə “happy” sözündə də “lucky”
sözündə də “bəxt” hissəsi var (xoşbəxt və bəxtəvər). Sanki,
bəxtsiz heç nə mümkün deyil. Əslindəsə insan öz addımlarını
özü atır və məsuliyyətini də özü daşıyır. Təsadüf və bəxtin rolu
var, amma həyatınızı onların üzərində qurmamalısız.
Uğurlu insanlar talelərinin əksər hissəsini özləri yazırlar
(yəni, səndən hərəkət, məndən bərəkət). Bu barədə ətraflı
17