qazanırmış.
Necə deyərlər, öz arzun üçün çalışmasan başqasının
arzusu üçün çalışacaqsan.
Hədəflər müəyyən şərtlərə uyğun olmalıdır. SMART-ın
açıqlanması: specific (aydın), measurable (ölçülə bilən),
achievable (real), relevant (son məqsədə xidmət edən və təsir edə
biləcəyiniz hədəf), time-bound (icra zamanı müəyyən edilən).
Misal üçün yaxın hədəflərdən biri belə yazılıb: mən çox
oxuyacam. Aydın deyil nə oxuyacaqsan (tutaq ki, mikrobiznesə
başlama mövzusunda kitab). Ölçmək mümkün deyil neçə kitab
oxumalısan (tutaq ki, 10). Realdırmı bu hədəf? Tam realdır,
sadəcə müəyyən edimiş vaxtdan asılıdır. Son məqsədə xidmət
edirmi? Əgər tutaq ki, bizneslə məşğul olmaq istəyirsənsə, bəli.
Kitab oxumaq bizim təsir edə biləcəyimiz hədəfdirmi? Bəli,
sadəcə kitabı, məsələn, internetdən tapıb, iradəmi toplayıb
oxumalıyam (əslində son məqsəd səni nə qədər çox
ruhlandırırsa ona çatmaq üçün çəkilən zəhmət bir o qədər az
gözə görünür). Vaxt müəyyən edilməyib (tutaq ki, 1 ay). Deməli,
“mən çox oxuyacam” hədəfi SMART prinsiplərinə uyğun
dəyişdirilsə belə alınacaq: “mən bu gündən etibarən 1 ay ərzində
mikrobiznesə başlama mövzusunda 10 kitab oxuyacam”.
Xoşbəxtliyi necə təsəvvür edirsiz? Dörd aspektdə yazın: iş
və qazanc, şəxsi inkişaf, ailə, sağlamlıq. Onlara çatmaq üçün
SMART-a uyğun olaraq yaxın 12 ay ərzində azı 10 hədəfi qeyd
edin. Bunu etməklə siz dünyanın 3%-ləri sırasına daxil olmuş
olursuz.
Amma diqqətli olun. Əgər nərdivanı yanlış divara
söykəsəz, məqsədinizə çatmayacaqsız, hə a aktiv olsaz belə.
Bununla yanaşı digər hədəflər də ola bilər. İnsan
həyatda
müxtəlif rollar oynayır. Hər bir rol (və ya bir neçə rol) həyatın
müəyyən dövründə əsas olur. Məsələn, həyat yoldaşı, ailə
başçısı, övlad, işçi, dost, müdir, tələbə, şəxsiyyət, vətəndaş və s.
32
Dörd əsas istiqamətə daxil olmayan rollara uyğun əlavə hədəf və
planlar da ola bilər.
Bu planların icrası sizi qorxutmasın. Unutmayın ki, ən
uzun yolun da fəthi ilk addımdan başlayır.
Praktiki tapşırıq:
1. Gələcək xoşbəxt həyatı təsəvvür edərək buna çatmaq
üçün ən azı 4-5 sahə üzrə (iş, şəxsi inkişaf, ailə, sağlamlıq (beşinci
hədəf kimi dostları və ya daha geniş mənada netvorkinq (əlaqə
şəbəkəsinin yaradılması) nəzərdə tutula bilər) uzunmüddətli
hədəflərinizi yazın. Bu hədəfləri SMART-a uyğun olaraq 12
aylıq, aylıq/həftəlik hədəflərə bölün. Bunu etməklə siz dünyanın
3%-ləri sırasına daxil olmuş olursuz.
4. Vaxtınızdan səmərəli istifadə edin, işlərinizi sonraya
saxlamayın.
Amerikalı tarixçi Parkinsonun birinci qanununa əsasən iş
ona ayrılmış bütün vaxta bölünür. Yəni, bir çox hallarda iş üçün
üç gün də ayrılsa, dörd gün də ayrılsa iş ayrılan bütün vaxtımızı
alacaq və onu eyni vaxtda bitirəcəyik. Yadınıza belə hallar
düşürmü: vaxtın qurtarmağına az qaldıqda fikirləşirik ki, əlavə
bir saat da (işdən asılı olaraq bir gün və ya bir həftə) olsaydı
çatdırardım işi:). Tədqiqatlara əsasən Amerikada iş vaxtının
50%-i işə sərf olunmur (söhbətlər, telefon danışıqları, gecikmələr
və s.). Əminəm ki, bu vəziyyət bizdə də aktualdır. Reallıqda işə
saat 10-da başlanılır (əvvəl mütləq çay və ya kofe hazırlanmalı
və içilməli, yeniliklər müzakirə edilməlidir və s.). Vaxtın qalan
50%-i də əslində səmərəli istifadə olunmur. Tələbələr 4-5 il təhsil
alırlar, amma xeyli hissəsi elementar biliklərə malik olmur,
deməli, sərf etdikləri bu vaxt hədər gedib (insan beyninin ən
yaxşı işləyən vaxtı).
Nəticəyə tuşlanma olduqca vacib keyfiyyətdir. Günəş
33