Reallığı özünüz yaradırsız. Menecment sahəsində qúru
sayılan Piter Druker yazırdı ki, gələcəyi qabaqcadan görməyin
ən yaxşı yolu onu öz tərəfindən müəyyənləşdirilməsidir.
Eleonora Ruzvelt və Mahatma Qandi müxtəlif vaxtlarda
təxminən eyni fikrə gəlmişdilər (mübahisəli görünsə də, onda
həqiqət var): “Biz istəməsək heç kim bizə əzab verə bilməz”
(hamısı seçimimizin nəticəsidir). İşlədiyiniz yer xoşunuza
gəlmir, dözməyə məcbursuz? Elə peşəkar olun ki, sizi hər bir
aparıcı şirkətdə məmnuniyyətlə qəbul etsinlər.
2014-cü ildə dünyada 155 yeni milyardçı əmələ gəlib ki,
bunların da əksəriyyəti bu nəticəni özü əldə edib (tədqiqatlar
əsasında müəyyən edilib). Hər il 100 min amerikalı milyonçu
olur (orta hesabla hər 5 dəqiqədən bir). Milyonçuların artım
tempinə görə dünyada liderlərdən biri Çindir (2013-cü ildə belə
insanların sayı 62%, 2014-cü ildə isə 42% artmışdır).
Bu şüarı özünüz üçün rəhbər tutun: heç kim mənə heç nə
borclu deyil. Əgər mənə nəsə edilibsə, bu sadəcə bir mükafatdır.
Məqsədinizin niyə mümkün olmadığına yox, nələri etsək
mümkün olacağına fokuslanın.
Uğurlu gələcəyin açarı qarşıya qoyduğunuz məqsədin
reallaşması ehtimalını artıran addımları atmaqdır. Müxtəlif
istiqamətlərdə çalışqanlıq dərəcəsilə uğur qazanmaq ehtimalı
arasında birbaşa əlaqə mövcuddur. Uğur qazanacağınıza qərar
verin!
Proaktiv insanın keyfiyyətləri
Uğurlu insan proaktiv olmalıdır. Proaktivlik nədir?
Proaktivlik qabaqlayıcı addım atmaq və bu addıma görə
məsuliyyət daşımaq deməkdir. Məsələn, proaktiv insan
gələcəyini planlaşdırır və hazırlığa başlayır (tutaq ki, ingilis
dilini öyrənir).
Bunun tərsi reaktivlikdir. Məsələn, reaktiv insan ingilis
28
dilini yalnız işə qəbul üçün bu tələbin olmasını biləndən sonra
öyrənməyə başlayır. Belə adam yağış yağanda özünü pis hiss
edir. Proaktiv insan isə yaxşı havanı öz daxilində yarada bilir.
Proaktiv insanlar təşəbbüskardılar. Onlar problem
haqqında danışmır, onu həll edirlər; daha çox təsir edir, nəinki
təsir altına düşürlər.
Proaktiv insan üçün məhəbbət sadəcə hiss deyil, sevdiyin
insan üçün etdiyin hərəkətlərdir.
Proaktiv insan səhvini dərhal etiraf edir, ondan nəticə
çıxarır və çalışır ki, bir daha təkrarlamasın.
Öz danışığınıza fikir verin. Tez-tezmi məsuliyyəti
başqalarının üstünə atırsız? Siz daha çox “məcburam”, “başqa
əlacım yoxdur” deyirsiz, yoxsa “başqa yol tapacam”, “səy
göstərməsəm vəziyyət düzələn deyil”? Siz daha çox “əgər
pulum, vəzifəli qohumlarım çox olsaydı” deyirsiz, yoxsa “mən
zəngin olacam”, “mən necə uğurlu ola bilərəm”?
Qayğı və təsir dairələri
Stiven Kovi dünyanın 73 ölkəsində çapdan çıxan “Yüksək
effektiv insanların 7 vərdişi” kitabında hər şeyi iki hissəyə bölür:
qayğı və ya təsir dairəsində olanlara. Qayğı dairəsində olanlar –
ciddi təsir edə bilməyəcəklərimiz, təsir dairəsində olanlarsa -
təsir edə biləcəklərimizdir.
Belə bir deyim də var: “İlahi, bizə güc ver ki, həll edə bilə-
cəklərimizi həll edək, səbr ver ki, həll edə bilməyəcəklərimizə
tab gətirə bilək və müdriklik ver ki, birini digərindən ayıra
bilək”.
Təsir dairənizi genişləndirin. Proaktiv insanın təsir dairəsi
daha böyük, qayğı dairəsi daha kiçik olur.
Kovi istedadlı, amma avtoritar rəhbərin əhvalatını belə
nəql eləyir. Orta menecmentin hamısı rəhbərdən şikayətlənirdi,
bir nəfərdən başqa. Şikayətlənmək əvəzinə o, gözləndiyindən
29
də çox çalışırdı. Bir dəfə rəhbər ona hesabatın hazırlanmasını
tapşıranda, o, əlavə olaraq həm təhlili, həm də tövsiyyələri
təqdim etdi. Müdiri bunu gözləmədiyindən və əlavə işin də
olduqca keyfiyyətli görüldüyündən yaxşı mənada şoka
düşmüşdü. Növbəti ümumi yığıncaqda rəhbər həmişə olduğu
kimi hamıya tapşırıq verərkən yalnız bu işçinin fikrini öyrəndi
və bu şəxsin inkişafı barədə düşündü. Necə hesab edirsiz, bu
insanın bəxti gətirdi?:). Hərçənd ki, iş yoldaşlarının əksəriyyəti
məhz belə düşündü.
Öz taleyinə təsir imkanı insanları həm də ruhlandırır,
həyat eşqi yaradır. Pensilvaniya Universitetinin professoru
Martin Seliqman qocalar evində belə bir eksperiment
keçirmişdi. İkinci mərtəbədə yaşayan sakinlərə deyilmişdi ki,
sizin otağınızı bəzəyəcəyik, hərənizə bir güldan bağışlayacağıq,
sizə heç nə etmək lazım deyil, həkimlər güllərə qulluq edəcəklər.
Dördüncü mərtəbənin sakinlərinə isə deyilmişdi ki, sizin
otağınızı bəzəmək istərdik, sizdən təkliflər gözləyirik, bir neçə
formada güldanımız var, hərəniz istədiyinizi seçin və o güllərə
qulluq edin. İkinci mərtəbədəkilər öz həyatlarına təsir edə
bilmirdilər, dördüncü mərtbədəkilərə isə bu imkan verilmişdi. 3
həftədən sonra onlardan soruşdular ki, pansionatdakı
həyatlarından razıdılarmı? Cavab variantları belə idi: 0 – orta, -1
– çox bədbəxtəm, +1 – kifayət qədər xoşbəxtəm. İkinci mərtəbədə
ortalama nəticə -0,12, dördüncü mərtəbədə isə +0,28 oldu. Yarım
ildən sonra psixoloqlar həmin qocalar evinə gələndə məlum
oldu ki, ikinci mərtəbədəki sakinlərin 30%-i dünyasını dəyişib,
dördüncü mərtəbədən isə 15%-i.
Keçmişinizi, ibrət dərsi alaraq, unudun. Üzünü keçmişə
çevirən gələcəyə arxasını çevirmiş olur. Keçmişi daha dəyişmək
mümkün deyil, təsir edə biləcəyinizə tuşlanın, yəni
gələcəyinizə. Haradan gəldiyiniz vacib deyil, hara getdiyiniz
vacibdir.
30
Praktiki tapşırıq:
1. Başqalarının danışığına diqqət yetirin. “Əgər”, “əlacım
yoxdur” ifadələrindən çoxmu istifadə edilir?
2. Həyatınızdan reaktiv davrandığınız bir hadisəni
yadınıza salın (və ya təsəvvür edin). Proaktiv olsaydız necə
hərəkət edərdiz?
3. 30 günlük proaktivlik testini keçin. Bir ay ərzində təsir
dairənizi genişləndirin, öhdəlikdən qaçmayın, tənqid etmək
əvəzinə nümunə olun, problem haqqında danışmaq əvəzinə
onu həll etməyə çalışın. Səhv etdikdə dərhal onu etiraf edin,
nəticə çıxarın və çalışın ki, bu səhvi gələcəkdə bir daha
təkrarlamayasız.
3. Həyatda hədəfləriniz və onlara çatmaq üçün planınız
olmalıdır.
Belə bir deyim var: “İstiqamətinizi bilmirsizsə hansı
sürətlə qaçmağınızın fərqi yoxdur”.
Luis Kerrollun “Alisa möcüzələr ölkəsində” kitabının
pişik qəhrəmanı maraqlı bir fikir demişdi: “Hara gedəcəyini
bilmirsənsə, hansı yolu seçməyinin (istiqamətin) heç bir fərqi
yoxdur”.
Hər adamın həyatda uğur qazanmaq üçün hədəfləri
olmalıdır.
1979-cu ildə Harvard Universitetində maraqlı bir
eksperiment keçirilmişdi. Tələbələrdən soruşmuşdular ki,
həyatdakı hədəflərinizi müəyyən etmisizmi və onları
yazmısızmı? Məlum olmuşdu ki, 84%-inin heç bir sistemli
hədəfləri yox imiş, 13%-inin hədəfləri olub, amma yazılı yox,
yalnız 3%-inin yazılı hədəfləri var imiş. 10 il sonra həmin
insanlar arasında təkrar sorğu keçiriləndə aydın oldu ki, 13%-ə
daxil olanlar 84%-ə daxil olanlardan 2 dəfə çox qazanırmış, 3%-ə
daxil olanlar isə qalan 97%-in qazancından 10 dəfə çox
31
Dostları ilə paylaş: |