çoxaldıqca, onların içərisində tələb olunan resurslara malik olan
şəxslərin olması ehtimalı bir o qədər artır. İlk baxışdan
mənəviyyatdan uzaq görünsə də, əgər siz əlaqələrinizi insanlara
kömək edərək, onlardan da kömək almaq məqsədilə qurursuzsa
burada mənfi heç nə yoxdur. Axı onlar sizin yaxınlarınız
deyillər. Əsas odur ki, məqsəd birtərəfli xeyir güdmək olmasın.
Ətrafınızı özünüz formalaşdırın. Uğurlu, bacarıqlı və
pozitiv insanlarla əlaqələrinizi genişləndirin. Yaxşı olar ki,
müdiriniz də məhz belə olsun. Harvard universitetində Devid
MakKlelland tərəfindən 25 il ərzində keçirilən eksperiment
göstərdi ki, insanın “nüfuz qrupu”nun uğurun qazanılmasında
rolu olduqca böyükdür. Əlaqə şəbəkəsi yaradın və ondan
istifadə edin. Hər birimizin orta hesabla -da 200 dostumuz var.
Deməli, dostların dostları ilə birlikdə 40 000 nəfər olur.
Doğrudanmı bu insanların arasında tanışlıqda qarşılıqlı marağı
olanları tapmaq çətindir? Ceyms Lafferti 1986-cə ildə P&G
şirkətinin rəhbər işçiləri üçün fitnes üzrə təlimatçı işləyirdi. O,
ən uğurlu insanlarla ünsiyyətdə olarkən onlardan çox şey
öyrəndi. Hansısa bir məqamda o, qərara gəldi ki, biznesdə
inkişaf etmək istəyir, bunu şirkətdəki fitnes tələbələrinə bildirdi
və marketinq sahəsində özünü sınamaq şansı qazandı. Uğurla
inkişaf edərək, o, əvvəlcə P&G-in Filippin bölməsinin rəhbəri,
sonra Qərbi Afrikada Coca-Cola-nın və axırda dünyada ikinci
siqaret istehsalçısı olan British American Tobacco-nun rəhbəri
oldu.
Məqsəd qoysaz istədiyiniz insanla tanış ola bilərsiz. Elə
bilirsiz bu mümkün deyil? 6 əl nəzəriyyəsinə görə hər birimiz
dünyada bütün insanlarla ən çoxu 5 insan vasitəsilə tanışıq.
Misal üçün, mən Barak Obama ilə 2 insan vasitəsilə tanışam:).
Mənim bir maraqlı biznesmen tanışım var. İlk iri layihəsi üçün
ona ölkəmizin ən nüfuzlu qərar verən şəxslərinə yol taparaq
onlarla layihəsini müzakirə etməli idi. Bu prosesin necə etdiyini
44
Ÿ
M ü r a c i ə t , x a h i ş e t m ə k d ə n , t a n ı ş o l m a q d a n
çəkinməyin. Alınmasa da ruhdan düşməyin. Keytin
fəhlə atası şəxsən tanımadığı rəhbərinə müraciət
edərək oğlunu ən yaxşı məktəblərdən birinə düzəltdi.
Bir biznes müəllifi yazırdı ki, “hələ ömrümdə bir nəfər
də olsun utancaq uğurlu biznesmen görməmişəm”.
Ÿ
Ta n ı ş o l m a ğ ı , d a n ı ş m a ğ ı ö y r ə n i n . S t e n f o r d
universitetinin biznes məktəbinin araşdırmalarına
görə uğurlu məzunları birləşdirin keyfiyyət yaxşı
danışıq qabiliyyəti olmuşdu. Keyt məktəbdə
oxuyarkən qolf məktəbində varlılara qulluq edirdi. İşə
can yandırdığına görə ən yaxşı işçi adını qazanmışdı və
hörmətli müştərilərə xidmət ona həvalə olunmuşdu.
Keyt onlara kömək edirdi, onlar da Keytə.
Ÿ
Başqalarına təmənnasız kömək edin. Keytə iş
tapmaqda məktəb direktoru kömək etdi (bütün
məzunlara etdiyi kimi). Məzunlar da illər keçəndən
sonra məktəbi çətin vəziyyətdən qurtardılar. Bankların
birində əməkdaşların qiymətləndirilməsi prosesinə
psixoloqları cəlb etmək istəyirdim. Bir çox tanınmış
45
mənə danışmışdı. Etdikləri indi gülüş doğursa da fərasətinə
heyranam. Xırdalıqları açıqlamayaraq deyim ki, lazım olan
şəxslərin iştirak edəcəkləri toy və digər tədbirlərə min bir yolla
dəvət alaraq, oxuduqları KİV-lər vasitəsilə məlumatları
paylaşaraq və s. yollarla əlaqələr qurdu və layihəsini həyata
keçirdi.
Netvorkinq barəsində ən populyar kitablardan birinin
müəllifi Keyt Ferratsi “Heç vaxt tək yeməyin” kitabında belə
deyir: “Qolf klubunda gördüm ki, imkanlı insanlar bir-birinə hər
sahədə köməklik edirlər. Bu dünya əlaqə dünyasıdır... Bir
müəllifin araşdırmasına görə insanların 56%-i işi tanışlıq
əsasında tapır”. Mövzuya aid digər maraqlı məlumatlar:
psixoloqla söhbət etdim, amma nəticəsi olmadı. O
zamanlar o qədər də tanınmayan bir peşəkarla
layihəmiz alındı. Əvvəlcədən ona bildirmişdim ki, bu
layihə üçün büdcəmiz məhduddur və simvolik bir
məbləğə razılaşdıq. Sonradan hə a mən bu bankdan
çıxandan sonra yeni analoji layihəyə sizcə kimi dəvət
etdilər? Elədir, həmin mütəxəssisi. Mən başqa şirkətdə
Treninq Mərkəzinin təşkili üçün də artıq normal
məbləğlə yenə bu adamı cəlb etdim və nəticəsi çox yaxşı
oldu. Məncə hər iki tərəf belə münasibətdən qazanmış
oldu. Burada Robert Çaldininin “Təsir psixologiyası”
bestsellerində yazdığı kimi “qarşılıqlı mübadilə”
effektinin təsiri də özünü göstərir. Bir nəfər kiməsə
yaxşılıq edibsə qarşı tərəf adətən eynilə cavab verməyə
çalışır. Deyiləni təsdiq edən çoxsaylı eksperi-
mentlərdən biri haqqında danışım. Dəvət edən şəxs (bu
rolu eksperimenti keçirənlərin nümayəndəsi oynayır)
cəlb olunan sənətşünasların bir qismini (ayrılıqda)
fasilə zamanı öz hesabına aldığı kolaya qonaq edir,
digərlərini isə etmir. Ekspert işini bitirdikdən sonra
cəlb edən şəxs ona bildirir ki, eyni zamanda lotereya
satışı ilə də məşğuldur və bir neçəsini almağı xahiş edir.
Nəticədə kolaya qonaq edilən ekspertlər digərlərindən
2 dəfə çox lotereya alırlar. Hə a kolanın qiymətindən
artıq ödəyərək. İndi isə imkanınız varsa 2-3 nəfərlik
qruplara bölünün. Biri digərlərinə öz problemini
danışsın. digərləri real köməkliklərini təklif etsin.
Bundan sonra verdiyiniz sözə əməl edin!
Ÿ
Uğurlu netvorkinq üçün siz gərək qarşı tərəf üçün
maraqlı olasız: onlarda maraq doğuran təkliflər edin,
onları səmimicəsinə tərifləyin, öz intellektual
səviyyənizi daim artırın, maraqlı bacarığınız və ya
46
hobbiniz olsun.
Ÿ
Əlaqələrin yaradılması vaxt tələb edir. Netvorkinq, bir
şey lazım olanda təcili surətdə kimisə tapıb problemləri
həll etmək yolu deyil, insanlarla münasibətlərin
qurulması istiqamətində sistemli işdir. Bir dəfə -də
bir nəfərdən dostluq təklifi aldım. Onun iş yerinə
baxdıqda yazdım ki, əgər söhbət reklamdan gedirsə
bunun üçün dostluqda olmağa ehtiyac yoxdur. Cavab
verdi ki, səbəbi bu deyil. Bir neçə gündən sonra isə,
mənim ad günümdə, o, mənə konfransa dəvət
göndərdi. Təbriksiz, filansız. Sizcə mən nə etdim? Onu
dostluqdan çıxardım. Düzmü etdim? Bilmirəm.
İnsanların əksəriyyəti kimi mən də sevmirəm ki,
məndən istifadə etsinlər.
Ÿ
Münasibətlərdə səmimiliyi də unutmaq olmaz. Mən
rəhbər vəzifələrdə işləyəndə çoxlu təbrik və hədiyyələr
alıram. Bir dəfə işsiz qaldığım dövrdə hədiyyə və
təbriklərin sayı xeyli azaldı, nəhayət hədiyyə göndərən
bir nəfər qaldı. Aydındır ki, söhbət hədiyyənin
özündən yox, müxtəlif vəziyyətlərdə göstərilən
diqqətin fərqindən gedir. İnsanın yaddaşında bunlar
qalır.
Ÿ
Mümkün qədər körpüləri yandırmayın. Necə deyərlər,
insanlar həyatda iki dəfə görüşür. Tale belə gətirib ki,
çalışdığım 2 quruma yenidən qayıtmışam. Əvvəl iri bir
holdinqin bankında çalışdıqdan bir neçə il sonra həmin
holdinqdə digər şirkətin rəhbərlərindən olmuşam,
bundan başqa əvvəl işlədiyim bankların birində
sonralar maraqlı bir layihəyə dəvət olundum.
Ayrılarkən insanlarla yaxşı münasibəti qoruyun. Mənfi
nümunəm də təəssüf ki, var. Bir nəfərlə mənasız yerdə
münasibətim elə korlandı ki, bunun mənfi təsirini
47
Dostları ilə paylaş: |