kombinasiyalarının sayı kainatımızdakı atomların sayından
çoxdur (100 milyard üstü 20 000). Hər bir əlaqədənsə bir ideya
yarana bilər.
Beyin fırtınasından (brainstorming) istifadə edin. Günə 20
ideya yaratsaz ilə 5000 ideya alınır (istirahət günləriniz
sayılmayıb). Günə birini tətbiq etsəz 250 həyata keçmiş ideya
alınır. Beyin fırtınası zamanı özünüzü inandırın ki, problemin
həlli mövcuddur (bu barədə daha ətraflı kreativ ideyaların
generasiyası fəslində danışacağıq).
Gözüaçıq olun (fürsətləri görün), cəld tərpənin. Ətrafımız
fürsətlərlə doludu. Bir işgüzar adam Havay adalarında
çimərlikdə istirahət edən zaman daşınmaz əmlak şirkətinin
adından istifadə etmək (françayzinq) təklifini qəzetdə oxuyan
kimi dərhal otelə qayıdır, yığışır və Los-Ancelesə uçaraq həmin
şirkətə yollanır və müqaviləni imzalayır. Nəticədə milyonlar
qazanır. Əvvəl yazmışdım ki, bir milyonçu kitabı necə
oxuyurdu: maraqlı ideya görən kimi kitabı elə oradaca saxlayıb
cumurdu həmin fikri reallaşdırmağa və yalnız ondan sonra
oxumağına davam edirdi.
Britaniya milyardçısı Riçard Brensonun sözlərinə görə
“Biznesdə fürsətlər avtobuslar kimidir – növbəti maşın həmişə
gəlir”.
Bu keyfiyyət yalnız biznesin yaradılması dövründə deyil,
inkişafı dövründə də mütləq lazımdır.
Kreativ ideyaların yaradılması texnikaları barəsində
ayrıca danışacağıq.
Məntiqi tapşırığın cavabı:
60
10. Xasiyyətin vacibliyi, cəsarət və inadkarlığın rolu,
uğursuzluğa münasibət.
Qədim yunan filosofu Aristotelə görə yalnız yaxşı insan
xoşbəxt ola bilər. Xasiyyətiniz, fikirləriniz cazibə qanununa görə
daim özünə uyğun olanları sizə tərəf dartacaq. Ona görə də
dəyişikliyə özünüzdən başlayın.
Yaxşı xasiyyət həm sizi uğura kökləyəcək, həm də
insanlarda sizin haqqınızda müsbət fikir formalaşdıracaq.
Avraam Linkoln cavanlıqda satıcı işləyərkən bir neçə centi
qaytarmaqdan ötrü xeyli yol gedib müştərini tapmışdı. Belə
hərəkətlərinə görə camaat ona “dürüst” ləqəbi vermişdi. Sonralar
o, həm də şəxsi keyfiyyətlərinə görə ABŞ prezidenti seçilmişdi.
Şəxsiyyətin bütövlüyü bərədə danışmışdıq. Xususi halları
nəzərə almasaq insanın fikri, hərəkəti və sözü biri-birinə uyğun
olmalıdır. Olduğu kimi görünəndə, göründüyü kimi olanda,
insana qarşı etibar yaranır. Hə a cəmiyyətdə də müxtəlif qruplar
arasında etibar nə qədər möhkəm olsa, inkişaf da bir o qədər
yüksək olar.
İntizam (buna iradə də demək olar) lazım olan işi, həvəsin
olmasa da, görməkdir. Uğurlu insanlar barədə dörd cildlik kitabın
müəllifi amerikalı Kop Kopmayer 50 il ərzində uğurlu insanların
həyatlarını öyrənərək və oxuduğu 6000 kitaba əsaslanaraq
uğurun 1000 prinsipini müəyyən edib. Ondan ən vacib prinsipi
soruşanda düşünmədən intizam hissini qeyd etmişdi, çünki
onsuz qalan 999 prinsipi həyata keçirmək mümkün deyil.
Məsələn, iradənizi işə salıb sağlam həyat tərzini adətə çevirin:
yeməyinizə fikir verin (xəmir, şəkər, duzdan az, meyvə, tərəvəz,
maye, təzə və mövsümə uyğun məhsullardan isə çox istifadə
edin), çəkinizə diqqət yetirin, idmanla məşğul olun (həftədə azı 3
dəfə), istirahət edin (həftədə azı 1 gün işdən kənarlaşın, ildə bir
dəfə məzuniyyətə çıxın, gündə 7-8 saat yatın), pozitivliyə və
proaktivliyə köklənin (qəbul edin ki, nəticələrə görə cavabdeh
özünüzsüz, xətrinizə toxunanları bağışlayın, kinsiz və qibtəsiz
61
həyat sürün, çünki əks halın nəinki mənası yoxdur, hə a
səhhətinizə və əhval-ruhiyyənizə mənfi təsir göstərir). Güclü
iradənin, gələcək uğurun naminə özünə məhdudiyyətlər
qoymağın vacibliyini ilk dəfə 1960-cı illərdə Stenford uşaq
bağçasında keçirilmiş məşhur zefir testi göstərir. 4-6 yaşlı uşaqları
növbə ilə bir otaqda 15 dəqiqə tək saxlayıblar. Otaqda masa,
oturacaq və uşaqların seçiminə əsasən zefir, peçenye və ya duzlu
çubuqlardan başqa heç nə olmayıb. Eksperimenti aparan otaqdan
çıxanda uşaqlara bildirib ki, onlar, istədiyi vaxt seçdiklərini yeyə
bilərlər, amma 15 dəqiqə dözə bilsələr onlara əlavə biri də
veriləcək. Sonrakı müşahidələr göstərdi ki, dözə bilən uşaqlar
həyatda daha yüksək uğur qazana biliblər.
Başqalarının uğurunu kiçiltməyə çalışmayın, əksinə heyran
olun, ona çatmağa çalışın, çünki onlar bunu bacarıblarsa siz də
bacararsız. Qibtə etməyin, kifayətlilik mentalitetilə yaşayın (uğur
hamıya bəs eləyər).
Reputasiya qazanın. Həm şəxsi, həm də iş fəaliyyətində
müsbət reputasiyanız sizə kömək edəcək, mənfi isə əksinə.
Həyatınızdan narazılıq etməyin, olanları qiymətləndirin və
yeni uğurlara can atın. Bir müəllifin sözlərinə görə xoşbəxt və
bədbəxt insan arasında əsas fərq ondan ibarətdir ki, xoşbəxt insan
nəyə sahib olduğunu düşünür, bədbəxtsə nəyin çatışmadığını.
Cəsarətli və inadkar olun.
Cəsarətli və inadkar olun (tərs yox, məhz inadkar). Ruhdan
düşməyin. Uinston Çörçil cəsarəti yaxşı keyfiyyətlər arasında ən
əhəmiyyətlisi sayırdı. Onun əksi, uğurun qatı düşməni olan
qorxudur (uğursuzluq qorxusu (mən bacarmaram), tənqid
qorxusu (camaat nə deyər, birdən alınmaz tənqid olunaram) və s.).
Qorxu hissini yaşlandıqca əldə edirik (körpə az qorxur).
Pensilvaniya Universitetinin professoru Martin Seliqman belə bir
eksperiment keçirmişdi. Bir otaqda itləri elektrik cərəyanı ilə
vururdular və itlərin bundan canını qurtarmaq imkanı yox idi. Bir
62
müddətdən sonra otağın qapısını açıq saxlasalar da itlər əzab
çəkdiklərinə baxmayaraq canını qurtarmağa çalışmırdı. Alim bu
fenomeni “öyrədilmiş acizlik” adlandırmışdı. Onun qənaətinə
görə insanların 80%-i bu və ya digər şəkildə “öyrədilmiş acizliyə”
düçar olurlar.
Qorxu - ən vacib özünüqoruma instinktlərindən biridir. O,
bizi təhlükələrdən qoruyur. Məsələn, hündürlükdən qorxu kimi.
Amma lazımsız qorxular da mövcuddur. Məsələn, kütlə
qarşısında çıxış etməyi beyin təhlükə kimi görür, çünki bioloji
baxımdan buna nəinki lüzum yoxdur, hə a başqa insanların
hücumuna məruz qalmaq olar. Digər misal. Bəziləri rədd cavabı
alacaqlarından qorxduqlarına görə xahiş etməkdən çəkinirlər. Çin
atalar sözündə deyilir ki, xahiş edən 5 dəqiqə səfeh görünə bilər,
etməyən isə ömrü boyu. Buna görə lazımsız qorxu hissindən azad
olmaq vacibdir.
Biznesə başlamaq qorxusunun bir neçə səbəbi ola bilər:
Ÿ
Şəxsiyyətin zəifliyi (hər şeydən qorxur). Həlli yolu:
Ÿ
autotreninqlə məşğul olun. Məsələn, qorxdu-ğunuz
müəyyən bir addımdan əvvəl ən pis halda
itirəcəyinizi qeyd edin və onunla razılaşın. Əksər
hallarda görəcəksiz ki, ən pis ola biləcək itkiləriniz
belə o qədər də qorxulu deyil;
Ÿ
idmanla məşğul olun (idmançılar adətən daha ürəkli
olurlar);
Ÿ
qorxduğunuz məqamları qəsdən edin və s.;
Ÿ
Biznes biliyinin az olması. Həlli yolu: sadəcə biliyinizi
artırın.
Ÿ
Köməyə, məsləhətə ehtiyac. Həlli yolu: mentor (məsləhət
verən təcrübəli şəxs) tapın.
İnadkar olun. İmkan verməyin ki, qorxu hissi sizi idarə
eləsin. Təbii ki, söhbət yersiz riskdən getmir. Mark Tvenin
sözlərinə görə cəsarət qorxusuzluq deyil, qorxuya hakim
olmaqdır. Əbəs narahatçılığı pozitiv düşüncə ilə əvəz edin.
63
Dostları ilə paylaş: |