həyat sürün, çünki əks halın nəinki mənası yoxdur, hə a
səhhətinizə və əhval-ruhiyyənizə mənfi təsir göstərir). Güclü
iradənin, gələcək uğurun naminə özünə məhdudiyyətlər
qoymağın vacibliyini ilk dəfə 1960-cı illərdə Stenford uşaq
bağçasında keçirilmiş məşhur zefir testi göstərir. 4-6 yaşlı uşaqları
növbə ilə bir otaqda 15 dəqiqə tək saxlayıblar. Otaqda masa,
oturacaq və uşaqların seçiminə əsasən zefir, peçenye və ya duzlu
çubuqlardan başqa heç nə olmayıb. Eksperimenti aparan otaqdan
çıxanda uşaqlara bildirib ki, onlar, istədiyi vaxt seçdiklərini yeyə
bilərlər, amma 15 dəqiqə dözə bilsələr onlara əlavə biri də
veriləcək. Sonrakı müşahidələr göstərdi ki, dözə bilən uşaqlar
həyatda daha yüksək uğur qazana biliblər.
Başqalarının uğurunu kiçiltməyə çalışmayın, əksinə heyran
olun, ona çatmağa çalışın, çünki onlar bunu bacarıblarsa siz də
bacararsız. Qibtə etməyin, kifayətlilik mentalitetilə yaşayın (uğur
hamıya bəs eləyər).
Reputasiya qazanın. Həm şəxsi, həm də iş fəaliyyətində
müsbət reputasiyanız sizə kömək edəcək, mənfi isə əksinə.
Həyatınızdan narazılıq etməyin, olanları qiymətləndirin və
yeni uğurlara can atın. Bir müəllifin sözlərinə görə xoşbəxt və
bədbəxt insan arasında əsas fərq ondan ibarətdir ki, xoşbəxt insan
nəyə sahib olduğunu düşünür, bədbəxtsə nəyin çatışmadığını.
Cəsarətli və inadkar olun.
Cəsarətli və inadkar olun (tərs yox, məhz inadkar). Ruhdan
düşməyin. Uinston Çörçil cəsarəti yaxşı keyfiyyətlər arasında ən
əhəmiyyətlisi sayırdı. Onun əksi, uğurun qatı düşməni olan
qorxudur (uğursuzluq qorxusu (mən bacarmaram), tənqid
qorxusu (camaat nə deyər, birdən alınmaz tənqid olunaram) və s.).
Qorxu hissini yaşlandıqca əldə edirik (körpə az qorxur).
Pensilvaniya Universitetinin professoru Martin Seliqman belə bir
eksperiment keçirmişdi. Bir otaqda itləri elektrik cərəyanı ilə
vururdular və itlərin bundan canını qurtarmaq imkanı yox idi. Bir
62
müddətdən sonra otağın qapısını açıq saxlasalar da itlər əzab
çəkdiklərinə baxmayaraq canını qurtarmağa çalışmırdı. Alim bu
fenomeni “öyrədilmiş acizlik” adlandırmışdı. Onun qənaətinə
görə insanların 80%-i bu və ya digər şəkildə “öyrədilmiş acizliyə”
düçar olurlar.
Qorxu - ən vacib özünüqoruma instinktlərindən biridir. O,
bizi təhlükələrdən qoruyur. Məsələn, hündürlükdən qorxu kimi.
Amma lazımsız qorxular da mövcuddur. Məsələn, kütlə
qarşısında çıxış etməyi beyin təhlükə kimi görür, çünki bioloji
baxımdan buna nəinki lüzum yoxdur, hə a başqa insanların
hücumuna məruz qalmaq olar. Digər misal. Bəziləri rədd cavabı
alacaqlarından qorxduqlarına görə xahiş etməkdən çəkinirlər. Çin
atalar sözündə deyilir ki, xahiş edən 5 dəqiqə səfeh görünə bilər,
etməyən isə ömrü boyu. Buna görə lazımsız qorxu hissindən azad
olmaq vacibdir.
Biznesə başlamaq qorxusunun bir neçə səbəbi ola bilər:
Ÿ
Şəxsiyyətin zəifliyi (hər şeydən qorxur). Həlli yolu:
Ÿ
autotreninqlə məşğul olun. Məsələn, qorxdu-ğunuz
müəyyən bir addımdan əvvəl ən pis halda
itirəcəyinizi qeyd edin və onunla razılaşın. Əksər
hallarda görəcəksiz ki, ən pis ola biləcək itkiləriniz
belə o qədər də qorxulu deyil;
Ÿ
idmanla məşğul olun (idmançılar adətən daha ürəkli
olurlar);
Ÿ
qorxduğunuz məqamları qəsdən edin və s.;
Ÿ
Biznes biliyinin az olması. Həlli yolu: sadəcə biliyinizi
artırın.
Ÿ
Köməyə, məsləhətə ehtiyac. Həlli yolu: mentor (məsləhət
verən təcrübəli şəxs) tapın.
İnadkar olun. İmkan verməyin ki, qorxu hissi sizi idarə
eləsin. Təbii ki, söhbət yersiz riskdən getmir. Mark Tvenin
sözlərinə görə cəsarət qorxusuzluq deyil, qorxuya hakim
olmaqdır. Əbəs narahatçılığı pozitiv düşüncə ilə əvəz edin.
63
Çətinliklərə hazır olun. Tomas Edison deyirdi ki, mən 10 min dəfə
uğursuzluğa düçar olmamışam, sadəcə 10 min özünü
doğrultmayan üsul tapmışam.
Mənimlə universitetdə təhsil alan bir tələbə yoldaşım
haqqında danışmaq istəyirəm. Çox imkansız ailədən idi. Atası və
bir neçə qardaşı ali təhsil almamışdılar, sürücü və fəhlə idilər. O
isə başqa yol seçdi. O vaxtlar fəhlələrə imkan verilirdi ki, bir il
hazırlıq kursu keçdikdən sonra ali məktəbə qəbul olunsunlar. O
da bu yolla tarix fakültəsinə daxil olmuşdu. Orta məktəbdə
azərbaycan dilində təhsil almasına baxmayaraq universitetdə rus
dilində oxumağı qərara almışdı (sovet məkanında rus bölməsinin
imkanları daha geniş idi, ədəbiyyatın əksəriyyəti məhz rus dilində
idi və s.), rus dilini zəif bilsə də. Danışığı gülüş doğursa da o,
nəinki ruhdan düşürdü, hə a bütün tədbirlərin aktiv iştirakçısı
olurdu. Biz idmanın bir növü ilə vaxtaşırı məşğul olanda, o,
müntəzəm olaraq 3 növlə məşğul olurdu. İnadkar, ünsiyyətcil,
dərslərdə aktiv, daim pozitiv əhval-ruhiyyədə olan bu tələbə
ictimai sahədə də fəal idi. Əvvəl fakültənin, sonra isə universitetin
komsomol katibi oldu. Sonralar elmlər namizədi və elmlər
doktoru, müxtəlif universitetlərdə müəllim və dekan işlədi.
Ailədə xoşbəxtdir. Bir övladı İsveçrədə təhsil alır, digəri isə
Almaniyada. Necə düşünürsüz, bu insanın sadəcə bəxtimi
gətirdi? Xeyr! Böyüdüyü mühitdən kənara çıxaraq əsl mənada
özü-özünü yaratmış insan nümunəsidir.
Harland Sanders 1955-ci ildə 65 yaşında sahib olduğu
restoranda müştərilərinə xüsusi sousla hazırlanmış toyuq təklif
edirdi. Restoranın vəziyyəti ağır idi. Sanders özünü itirmədi və bu
vəziyyətdən çıxış yolunu öz reseptilə digər restoranları
maraqlandıraraq françayz yaratmaqda gördü. İlk 1008 (!) restoran
onun təklifini rədd etdi və yalnız 1009-cu dəfə cəhdi nəticə verdi.
1963-cü ildə artıq 600 restoran bu reseptlə hazırlanmış toyuq
satırdı. Beləliklə, sizcə hansı şirkətin sürətli inkişafı başladı? Gəlin
şəkilə baxaq. Bəli, söhbət KFC-dən gedir.
64
Uğursuzluqdan nəticə.
Uğursuzluğun səbəblərini 3 qrupa ayırmaq olar:
1. Bizim səhlənkarlığımız ucbatından baş verən (məsələn,
biznesi başlamazdan əvvəl təhlil aparmamısan, vergiyə hesabatı
vaxtında verməmisən və s.).
2. Bizim hərəkətlərimizdən qaynaqlanan, lakin
səhlənkarlıq nəticəsində olmayan və qabaqcadan görülməsi
çətin olan (məsələn, strategiya, ilkin hipoteza özünü
doğrultmayıb).
3. Bizimlə əlaqəli olmayan səbəblər (qəflətən baş verən
devalvasiya və ya qanunvericilikdə dəyişikliklər).
Birincisi olmamalıdır, ikinci və üçüncüsü üzrə riskləri
azaltmağa çalışmalıyıq. Amma səhvlərdən tamam yaxa
qurtarmaq mümkün deyil. Həyat dalğavarı inkişaf edir. Yapon
atalar sözündə deyildiyi kimi, çarpayıda uzanan heç vaxt
büdrəməz. Ən çox uğursuzluğa düçar olanlar bəlkə də elə ən
uğurlu insanlardır. NBA statistikasına əsasən atışda ən çox səhv
edən oyunçu basketbol tarixində ən uğurlu idmançı sayılan
Maykl Cordan olub. Uğurlu insanlar çalışırlar ki, səhvlərdən
nəticə çıxarsınlar, həm də mümkün qədər başqalarının
səhvlərindən. Uinston Çörçilə görə hamı səhv edir, amma
65
Dostları ilə paylaş: |