işçilərlə münasibətlərdə və s.).
Bundan başqa, hamı ədalətdən, düzgünlükdən danışır.
Elə adam tanıyırsızmı ki, özünü ədalətli və düzgün saymasın?
Bəs onda bu qədər problem hardandır? Ya insanlar səmimi
deyillər, ya da müxtəlif insanların ədalət, düzgünlük haqqında
anlayışları müxtəlifdir. Aşağıdakı şəkildəki kimi hərəsi
məsələyə öz prizmasından yanaşır.
Empatik dinləmə
Empatiya özünü başqa insanın və ya canlının yerində hiss
etmə bacarığı, başqasının dərdinə şərik olma hissidir. Empatiya,
eyni zamanda, başqa insanın emosional halını onun
mimikasından və hərəkətlərindən duyma qabiliyyətini ehtiva
edir.
İnsanların əksəriyyəti başa düşmək üçün dinləmir, cavab
vermək üçün dinləyirlər. Həyatınızda olan mübahisələri
yadınıza salın. Hər kəs öz problemindən danışır, qarşı tərəfi isə
demək olar ki, eşitmir, eşidəndə də sadəcə qulp qoymağa çalışır.
Bundan başqa, çox vaxt insanlar həmsöhbətlərinə öz baxışlarını
sırımaq istəyirlər.
Həkim əvvəlcə diaqnoz qoyur, ondan sonra resept yazır.
Peşəkar satıcı da müştərini anlamalı və ona malı yox,
probleminin həllini satmalıdır.
Demək lazımdır ki, insan məlumatı başqasına 3 vasitə ilə
ötürür: söz (dediklərinin mənası), səs (tembri, intonasiyası, səsin
yüksəkliyi) və qeyri-verbal vasitələrlə (mimika, jest, zahiri
54
görünüş, duruş, hərəkət və s.). Əgər sözlə digər məlumatötürmə
vasitələri arasında ziddiyyət yaransa (məsələn, kobud səslə
“Mən səni sevirəm” deyilsə və ya burnunu, saçlarını qaşıyaraq
“Mən heç narahat deyiləm” deyilsə) sözün təsir qüvvəsi 10%,
səsin təsir qüvvəsi – 30%, qeyri-verbal vasitələrin isə – 60% təşkil
edir (İngiltərə psixoloqu Devid Lyuisin qənaətinə görə). Bu təsiri
bəzi alimlər 7-38-55 nisbətində verirlər. Buna ciddi fikir verin.
Praktiki tapşırıqlar:
1. Emosional bank hesabı aşağı olan bir tanışınızı təsəvvür
edin. Bu vəziyyətə onun gözlərilə baxaraq yazılı təsvir edin.
Onunla görüş zamanı empatik dinləmə üsulunu tətbiq edərək
təəssüratlarınızı öz yazılarınızla müqayisə edin.
2. Empatiya barəsində yaxınlarınızdan birinə danışın və
öz empatiyanızı ona göstərin. Onun təəssüratını soruşun.
3. İki nəfər söhbət edəndə qulaqlarınızı bağlayın və qeyri-
verbal siqnallara fikir verin.
Sinerjiyə nail olun.
Sinerji (yunan dilində “əməkdaşlıq”, “dəstək”, “birgə
iştirak” deməkdir ) nəticəsində alınan tamlıq hissələrin
cəmindən çox olur. Elə bilirsiz 1+1=3 ola bilməz? Əslində çox da
ola bilər.
Misallar:
1. Kitabın qiyməti 2 manatdır. Siz də iki nəfərsiz və
hərənizdə 1 manat var. Kitabı almaq vacibdir, başqa yerdən pul
tapmaq imkanı da yoxdur (mağaza 1 dəqiqədən sonra bağlanır).
Birləşib kitabı alsaz hər ikiniz oxuya bilərsiz.
2. Bir vaxtlar Sovet İ ifaqında əmək zərbəçilərinin
Staxanov hərəkatı geniş yayılmışdı. Əvvəllər şaxtaçılar həm
kömürü qırır, həm də dirəkləri quraşdırırdılar. Staxanov yeni
qayda icad etdi. Bir nəfər kömürü qırırdı, iki nəfərsə eyni
55
zamanda dirəkləri bərkidirdilər. Nəticədə plan 28 dəfə artıq
yerinə yetirildi (düzdü, adambaşına düşən artım 9 dəfə idi,
amma bu da az deyildi).
3. Layihə üzrə işçi qrupu yaradılır. Onlar ayrı-ayrılıqda işi
bir aya bitirəcəkdilərsə, qrupda düzgün vəzifə bölgüsü, təcrübə
bölüşməsi nəticəsində sinerji yaradaraq işi on günə də
tamamlaya bilərlər. Sinerji mənbəyi olan fərqləri qiymətlən-
dirmək lazımdır.
Təsəvvür edin, iki nəfərsiz, hərənizdə də bir alma var.
Onları dəyişsəz hərənizdə neçə alma olacaq? Yenə də bir. Amma
hərəniz bir şey bilirsizsə, onda necə? Bəli, hərənizdə artıq 2 bilgi
olacaq. Sinerjinin bir forması da budur.
Mövzuya aid deyil, sadəcə bir məntiqi sual verim beyniniz
açılsın. İki nəfərsiz. Nəyi bölüşsəz heç birinizdə heç nə
qalmayacaq (olduğunuzdan da məhrum olacaqsız)? Cavabını
praktiki tapşırıqların sonunda deyəcəm.
Praktiki tapşırıqlar:
1. Sinerji üçün öz həyatınızda ən azı 1 variant tapın.
2. Sizə lazımlı sahələr üzrə maraqlı insanların siyahısını
tərtib edin. Onlarla tanış olmağa çalışın.
3. Digər insanlara kömək etməyə başlayın.
4. İndiki və ya gələcək fəaliyyətinizə uyğun təşkilatları,
qrupları (canlı, sosial şəbəkələrdə, internetdə) müəyyən edin və
onlara qoşularaq aktiv iştirakçı olun.
5. Tanışlarınıza qarşı diqqətli, pozitiv olun və onlara
yaxşılıq edin.
6. Məntiqi sualın cavabı sirrdir.
8. Maliyyə sahəsində düzgün strategiya.
Bu mövzuda da bir çox müəllif yazıb. Bodo Şeferin “7 ilə
ilk milyon” kitabını xüsusi qeyd etmək istəyirəm. Əsas məsələ
56
bir milyona sahib olmaq deyil (lotereyada da udub pulları
havaya sovurmaq olar), əsas məsələ bir milyonluq insan
olmaqdır (yəni qazanmaq bacarığınız olmalıdır ki, bu pulu
dəfələrlə qazana biləsiz).
Bələdçidə təsvir edilən uğurlu insan keyfiyyətlərinin
hamısı varlı olmaq üçün önəmlidir. Məsələn, əgər pulun əl çirki
olduğunu beyninizdən çıxarmasaz, pul qazana bilməzsiz.
Əslində pul şəxsi rahatlıq və müstəqilliklə yanaşı imkansızlara
yardım etmək, yeni məktəblər və xəstaxanalar tikdirmək üçün
bir vasitədir. Siqaretdən imtina etmək qənaətdir, o pulu yığın.
Baxaq görək günə 3 manatlıq (və ya dollarlıq) siqaret pulunu
illik 12%-lə banka yerləşdirsək nə qədər olacaq (kapitalizasiya
aylıq olsa, yəni faizə faiz aylıq hesablansa). 10 ilə 20 700, 20 ilə 89
000, 30 ilə 315 000, 40 ilə 1 060 000, 50 ilə isə 3 515 000. Düzdü,
depozitə aylıq yerləşdirməni və inflyasiyanı da nəzərə almaq
lazımdır (ayda bir dəfə banka gəlmək yəqin ki, problem deyil,
ikincisinin təsirini azaltmaq üçünsə vəsaiti nisbətən sabit
valyutada saxlamaq olar).
Rəngli fotolar, şəkillər, qrafiklər və s. vasitələrlə hədəfinizi
vizuallaşdırın və tez-tez onlara baxıb özünüzü hədəfə çatmış
kimi təsəvvür edin.
Əvvəlcə özünüzə kömək edin (gəlirinizin 10%-ini, əlavə
gəlirinizin isə 50%-ini yığın və düşünülmüş şəkildə investisiya
edin). Deməyin ki, bu mümkün deyil. Corc Kleysonun sözlərinə
əsasən xərc gəlirə uyğun artır. Doğrudan da maaş və ya gəlir
artdıqda heç bilmirsən bu əlavə pul hara gedir.
Cəmiyyətimizdə əşyalarla özünü göstərmə qüsuru var.
İlkin tələbatını güclə ödəyən insan da bahalı telefon, dəbli geyim
və digər əhəmiyyətsiz əşyalar alır (əksəriyyəti də kreditlə). ABŞ-
da varidatı 3-5 milyon arasında olan insanların yalnız 10%-inin
maşını 45 000 dollardan bahadır. Qalanlarının ən bahalı
kostyumu 400, saatı isə 235 dollardır. Bir milyonçu maşını 2 aylıq
57
Dostları ilə paylaş: |