“Mətbəx Couture” kitabının müəllifi, “Buffetique” kafesinin
həmsahibidir.
Rafael Əzizov. Ziyalı, kifayət qədər imkanlı ailədəndir,
amma bu amilin onun karyerasına o qədər də təsiri olmayıb. Bir
sıra dövlət qurumlarında çalışdıqdan sonra sığorta şirkətlərində
satış üzrə sədr müavini, iri holdinqlərdən birinin Moskva
nümayəndəliyinin rəhbəri işləyib. Elə bu zamanlar internet
biznesində fürsətləri görüb, bu sahəyə marağı yaranıb və bir
neçə uğurlu layihələrə başlayıb: auto.az, friday.az, amigo.az,
COOL Agency, Admatika və s. Hal-hazırda bütün layihələr
Raphael Group adı altında fəaliyyət göstərir.
70
2-ci fəsil. Biznes-ideyanın tapılması.
Əgər birbaşa bu fəsildən başlayırsızsa, nəticənin daha
yüksək olması üçün geriyə qayıdıb Ön söz və “Uğura aparan
yol” fəsli ilə tanış olduqdan sonra bura qayıdın.
Əgər bizneslə məşğul olmaq qərarına gəlmisizsə və yaxşı
nəticə
əldə etmək istəyirsizsə, növbəti mərhələlərin icrasına bir
iş kimi baxın. Əgər işləmirsizsə bu prosesə səhər 9:00-da
başlayıb ən tezi 18:00-dək gərgin işləməlisiz. Əgər təhsil alırsızsa
hər gün növbəti mərhələlərin icrasına özünüz üçün konkret vaxt
ayırın və bu vaxtda yalnız bu işlə məşğul olun. Bu məsələlərdə
şəxsi intizam olduqca vacibdir.
Bu hissədə biz biznes ideyasının tapılması alqoritmləri
barədə danışacağıq. Hər bir alqoritmi tələsmədən diqqətlə
işləyin. Əgər gözləyirsizsə ki, bu kitabçada sizə hazır ideyalar
veriləcək, yanılırsız. İdeya bankım var, amma onların bir çoxu
hələ araşdırılmayıb. Bundan başqa, bu gün aktual olan ideya bir
ildən sonra artıq aktual olmaya da bilər. Əsas odur ki, siz
yanaşma tərzini, tapılma mənbə və yollarını biləsiz. Belə olan
halda siz istənilən zaman yeni ideya yarada biləcəksiz.
Mənəviyyata və qanuna zidd olmayan bütün sahələrdə
71