artıb və nəticədə bu sahədəki bir internet-portalın gəliri də artıb.
Ÿ
Qanunvericilikdə dəyişikliklər, mövcud məhdudiyyətlər.
Hər dəyişiklik və məhdudiyyətlərlə qarşılaşdıqca
onlardan necə pul qazanmaq üçün istifadə edəcəyiniz barədə
düşünün. İngiliscə buna “monetization” deyilir. Azərbaycanda
bir iri holdinqin ilk uğurlu layihəsi bilirsiz nə olub? 90-cı illərin
əvvəlində Azərbaycan-Rusiya sərhədləri demək olar ki, bağlı
idi. Buna görə də minik maşınlarına böyük ehtiyac olduğuna
baxmayaraq, bazarda qıtlıq vardı. O zamanlar ən populyar
avtomobil “Lada” sayılırdı. Vəziyyət o hala çatmışdı ki,
müştərilər maşını ikiqat qiymətinə də almağa hazır idilər. Bunu
görən həmin tədbirli biznesmenlər Avtovaz-la müqavilə
bağlayaraq maşınları Azərbaycana Türkiyə vasitəsilə gətirməyə
başladılar. Maşınların birinci partiyası heç bura çatmamış
satılmışdı. Ondan sonra neçə il ərzində bu biznes uğurla davam
etdi. Mövcud imperiya məhz o kapital əsasında yarandı. Yox,
səhv etdim. Məhz o sahibkar təfəkkürü əsasında. Çünki əminəm
ki, o fürsət olmasaydı da başqa bir fürsəti dəyərləndirib həyata
keçirəcəkdilər.
Ÿ
Trendlər.
Texnologiyalarda, müştəri ehtiyacları və digər sahələrdə
trendləri izləyin və proqnozlaşdırmağa çalışın. Məsələn, əgər
ümumi trend biznesin internetləşdirilməsi istiqamətindədirsə,
biznesinizi bu sahədə qurun və ya satışınızı burada təşkil edin.
Ÿ
və s.
İdeyanın yaradılma üsulları.
1. Bütün ərkiniz çatan tanışlarınızın siyahısını tutun,
yanında da onların əlaqələrini və qabiliyyətlərini yazın. Baxın
görün ki, bu əlaqə və qabiliyyətlərdən hansı biznesdə və necə
istifadə etmək olar? Tələsməyin, hər şəxs barəsində düşünməyə
heç olmasa 3-5 dəqiqə vaxt ayırın.
76
Ÿ
Dostlarınız;
Ÿ
Dostlarınızın dostları;
Ÿ
Qohumlar;
Ÿ
Qohumların dostları;
Ÿ
Həyat yoldaşınızın dostları;
Ÿ
Hazırkı və keşmiş iş yoldaşlarınız;
Ÿ
Üzv olduğunuz peşəkar və ictimai təşkilatların üzvləri;
Ÿ
Hazırkı və keçmiş müştəriləriniz;
Ÿ
Hazırkı və keçmiş qonşularınız;
Ÿ
Məktəb, tələbə yoldaşlarınız;
Ÿ
Müəllimləriniz;
Ÿ
Hərbi xidmətdəki yoldaşlarınız;
Ÿ
Birgə idmanla məşğul olduğunuz insanlar;
Ÿ
Sizə xidmət göstərən şəxslər və s.
2. Özünüzün və ya tanışlarınızın qarşılaşdıqları
problemləri yazın. Onları həll etmək üçün hansı biznesi
yaratmaq olar? Hər suala maksimal sayda yazılı cavab verin.
3. Öz bacarıqlarınız, müsbət keyfiyyətləriniz və
hobbilərinizin siyahısını yazın. Bu bacarıqlarla hansı biznesi
başlamaq olar? Vərdişlərin transformasiyasını da nəzərə alın.
Məsələn, müəllimlər öyrətməklə yanaşı, həm də ünsiyyət,
qayda-qanunun təmin edilməsi, planlaşdırma və müxtəlif
qrupları koordinasiya etmək qabiliyyətinə də malikdirlər.
4. Bu günədək ürəyinizdə qalan reallaşdırılmamış uşaqlıq
arzularınızı yazın. Onları biznesə necə çevirmək olar?
5. Yenilikləri izləyin. Hər dəyişiklik zamanı (böhran,
inkişaf, qanunvericilik dəyişiklikləri və s.) necə qazanmağın
yollarını fikirləşin (həm biznesi başlayanda, həm də inkişaf
etdirəndə).
6. Hansı sahəyə marağınız var (ola bilər ki, o sahədə hələ
bilikləriniz azdır). Bu marağı hansı biznesə çevirmək olar? Bir
hazırcavabın fikrincə, qazanmağın ən yaxşı yolu sevdiyin işlə
77

Dostları ilə paylaş: |