onlara və müəllimlərinə bildirmişdilər ki, bu gənclər potensial
dahidirlər (əslindəsə onlar təsadüfən seçilmiş tələbələr idilər).
Müəllimlər təəccübləniblər, çünki bu tələbələrdə heç bir qeyri-
adilik hiss etməmişdilər. Bir müddətdən sonra məlum olub ki,
seçilmiş tələbələrin nəticələri doğrudan da xeyli yaxşılaşıb
(çünki müəllimlərin onlara və onların öz-özlərinə münasibəti
dəyişmişdi).
Əmin olun ki, bu kitabdan öyrəndiklərinizi düzgün tətbiq
etsəz mütləq uğur qazanacaqsız! Yeni düşüncə tərzilə növbəti
mərhələyə keçək!
Növbəti mərhələyə keçməzdən əvvəl istərdim ki, müxtəlif
sahələrdə uğur qazanan bəzi həmvətənlərimizin uğur
hekayələrini çox qısa şəkildə danışım. Əslində yüzlərlə beləcə
köməksiz yaxşı nəticələrə nail olan insanlar barəsində danışmaq
olar.
Fuad Məmmədov. Sadə ziyalı ailəsindəndir. Məktəbdə
oxuyarkən şəxsi maddi ehtiyaclarını ödəmək üçün yay
aylarında kənddə təsərrüfat işlərində köməkçilik edib. Məktəbi
qızıl medalla bitirib. ABŞ-da oxumaq üçün seçilən ilk
tələbələrmizin sıralarına daxil olub. O zamanlar ingilis dilini heç
bilmirdi. İlk aylar oxumağa ciddi yanaşmayıb deyə
universitetdən kənarlaşdırılmaq təhlükəsilə üzləşib. Nəticədə 6
ay ərzində dili öyrənib və riyaziyyat üzrə birincilər sırasına daxil
olub. Təhsilini bitirdikdən sonra Türkiyədə neft şirkətində
işləyib, sonra isə Azərbaycanda bir neçə tanınmış markanın
distribütoru olan avtomobil şirkətinə rəhbərlik edib, aparıcı
banklarda rəhbər vəzifələrdə çalışıb, hal-hazırda beynəlxalq
holdinqlərin birində İdarə Heyətinin üzvü, maliyyə
qurumunun Müşahidə Şurasının sədridir.
68
Faiq Bağırov. Sadə ziyalı ailəsindəndir. Aparıcı sığorta
şirkətlərinin birində satış üzrə İdarə Heyəti sədrinin müavini
olub. O zamanlardan özü biznes qurmaq haqqında düşünməyə
başlayıb. Robin Şarmanın kitabındakı “Limanda duran gəmilər
heç vaxt batmaz. Lakin onlar limanda durmaq üçün
yaranmayıb” fikri onun təsəvvüründə bir çevriliş yaradaraq
hərəkətə sövq edib. Bir çox tanınmış biznes və motivasiya
trenerlərinin təlimlərində iştirak etdikdən sonra Successful
Strategies treninq şirkətini yaradıb. Sonradan bir sıra maraqlı
layihələrin müəllifi olub: Bayraq Meydanının yaradılması,
“Hədəf Bakıdır” filminin çəkilişi və s. Marafonçudur, Sidney
Olimpiadasının iştirakçısıdır. Əsas şüarı belədir: şikayətlən-
məkdənsə fəaliyyətə başla!
Tural Bədirxanlı. Türk Liseyinin məzunudur. Türkiyənin
Boğaziçi Universitetində oxuyarkən öyrənib ki, ABŞ universitet-
lərində imkansız tələbələr üçün təqaüd proqramları
mövcuddur. Nəticədə informasiya texnologiyaları sahəsində
dünyanın aparıcı ali məktəbi olan MİT-ə daxil olub. Sonralar
Google şirkətində çalışıb, tərəfdaşları ilə birlikdə Silikon
Vadisində Namo Media şirkətini yaradıb və bir müddət sonra
onu Twi er şirkətinə satıb (hal-hazırda orada da çalışır).
Natalya Qolumb. Sadə ziyalı ailəsindəndir. Yaradıcı insan
olmağı həm incəsənətlə məşğul olmağında, həm həyata baxışda,
həm də biznesdə özünü göstərir. Nüfuzlu bir bankda çalışdığı
dövrdə mətbəx biznesinin sirrlərini öyrənməyə başlayıb. Maddi
maraq güdmədən gözəl çeşidli yeməklər barəsində bloq açıb və
bu sahədə fəaliyyətə başlayıb. Bu iş onu o qədər cəlb edib ki,
hə a bankçılıqdan uzaqlaşaraq özünü bu sahəyə həsr edib. Bir
müddət sonra kiçik restoranlardan beş ulduzlu otelədək
restoran sahəsində məsləhət xidmətləri göstərməyə başlayıb.
69
“Mətbəx Couture” kitabının müəllifi, “Buffetique” kafesinin
həmsahibidir.
Rafael Əzizov. Ziyalı, kifayət qədər imkanlı ailədəndir,
amma bu amilin onun karyerasına o qədər də təsiri olmayıb. Bir
sıra dövlət qurumlarında çalışdıqdan sonra sığorta şirkətlərində
satış üzrə sədr müavini, iri holdinqlərdən birinin Moskva
nümayəndəliyinin rəhbəri işləyib. Elə bu zamanlar internet
biznesində fürsətləri görüb, bu sahəyə marağı yaranıb və bir
neçə uğurlu layihələrə başlayıb: auto.az, friday.az, amigo.az,
COOL Agency, Admatika və s. Hal-hazırda bütün layihələr
Raphael Group adı altında fəaliyyət göstərir.
70
2-ci fəsil. Biznes-ideyanın tapılması.
Əgər birbaşa bu fəsildən başlayırsızsa, nəticənin daha
yüksək olması üçün geriyə qayıdıb Ön söz və “Uğura aparan
yol” fəsli ilə tanış olduqdan sonra bura qayıdın.
Əgər bizneslə məşğul olmaq qərarına gəlmisizsə və yaxşı
nəticə əldə etmək istəyirsizsə, növbəti mərhələlərin icrasına bir
iş kimi baxın. Əgər işləmirsizsə bu prosesə səhər 9:00-da
başlayıb ən tezi 18:00-dək gərgin işləməlisiz. Əgər təhsil alırsızsa
hər gün növbəti mərhələlərin icrasına özünüz üçün konkret vaxt
ayırın və bu vaxtda yalnız bu işlə məşğul olun. Bu məsələlərdə
şəxsi intizam olduqca vacibdir.
Bu hissədə biz biznes ideyasının tapılması alqoritmləri
barədə danışacağıq. Hər bir alqoritmi tələsmədən diqqətlə
işləyin. Əgər gözləyirsizsə ki, bu kitabçada sizə hazır ideyalar
veriləcək, yanılırsız. İdeya bankım var, amma onların bir çoxu
hələ araşdırılmayıb. Bundan başqa, bu gün aktual olan ideya bir
ildən sonra artıq aktual olmaya da bilər. Əsas odur ki, siz
yanaşma tərzini, tapılma mənbə və yollarını biləsiz. Belə olan
halda siz istənilən zaman yeni ideya yarada biləcəksiz.
Mənəviyyata və qanuna zidd olmayan bütün sahələrdə
71
Dostları ilə paylaş: |