86
və ailənizin sevdiyi məhsullar əsasında alış siyahısını yaratmağa
imkan verir. Müştəri əvvəlcə sevdiyi ərzaqları və alış-veriş
etdiyi dükanları saytda qeyd edir. Sonra isə proqram yaxındakı
ərzaq mağazalarının qiymətlərini təhlil edərək ən sərfəlilərini
seçir. Müştəridən soruşulur ki, neçə dəfə yeməyi planlaşdırır və
hansı xüsusi istəkləri var. Bundan sonra sayt istəklərə uyğun
reseptlər seçir, yeməyin qiymətini hesablayır və bunun üçün
tələb olunan ərzağın siyahısını çıxarır.
3-cü fəsil. Kreativ ideyaların generasiyası
və biznes-ideyanın tam formalaşdırılması.
Giriş
Kreativlik, işə yaradıcı yanaşma sizə həm biznesdə, həm
də adi həyatda çox kömək edəcək. Demək olar ki, hər bir insan
kreativliyini aşkar edə və inkişaf etdirə bilər. İndi bunun üçün
bir sıra ən effektiv texnikalarla tanış olacaq, birlikdə sınaqdan
keçirəcəyik. Bu fəsil Faiq Bağırovun treninqi əsasında
hazırlanıb, buna görə də ona təşəkkürümü bildirirəm!
Bəzi vacib məqamlar. Mürəkkəb məntiqi məsələləri niyə
sona kimi həll etməyə çalışırıq və əksər hallarda həll edirik?
Çünki bilirik ki, həlli mövcuddur. Həyatda da hər hansı bir
məsələni həll etməyə başlayanda inanmalıyıq ki, onun həlli var.
Özü də adətən bir yox, bir neçə üsulla. Bununla yanaşı, biz
87

inanmalıyıq ki, çıxış yolunu mütləq tapacağıq.
İnsan yaradıcılığa tuşlandıqda yeni ideyalar hər yerdə və
hər zaman ağlına gələ bilər: yolda, yataqda, işdə və s. Buna görə
də çalışın, qeydlər aparmaq üçün vasitəniz həmişə yanınızda
olsun və ideyaları mütləq aydın şəkildə qeyd edin. Araşdırmalar
göstərir ki, yeni fikirlər əksər hallarda çox qısa zamanda
unudulur. Qeydlərinizi vaxtaşırı oxuyun və uyğun olanları
tətbiq edin.
Mümkün qədər bütün texnikalaları yoldaşlarınızla
birlikdə sınaqdan keçirin. Həm daha məhsuldar alınar, həm də
daha maraqlı olar.
Təsvir edilən hər bir texnikanı imkan daxilində öz biznes-
ideyalarınız əsasında işləyin. Əminəm ki, nəticəsini hiss
edəcəksiz!
Əvvəlcə gəlin beynimizi açmaq üçün bir oyun oynayaq.
Oyun
Əşyalardan müxtəlif məqsədlə istifadə olunması
Bir əşya seçin (məsələn, kağız vərəqi, iynə, oturacaq,
pambıq, boşqab və s.). İndi isə yazın görək bu əşyadan (o
cümlədən onun hissələri və materialından) necə istifadə etmək
olar. Ən ağlagəlməz variantları da yazın. Hərəniz azı 20-30
variant tapın. İndi isə yoldaşlarınızla variantları müqayisə edin.
Məsələn, götürək kağız vərəqinin istifadə imkanlarını:
1. Üzərində yazmaq olar;
2. Müxtəlif növ oyuncaq düzəltmək olar (təyyarə, qurbağa,
gəmi və s.);
3. Xətkeş kimi istifadə etmək olar;
4. Trafaret kəsmək olar;
5. Ocağı yandırmaq üçün istifadə etmək olar;
6. Nəyisə bükmək üçün istifadə etmək olar;
88
7. Üzərində şəkil çəkmək olar;
8. Zərf düzəltmək olar;
9. Tum tökmək üçün qab düzəltmək olar;
10. Panama düzəltmək olar;
11. Sirli məktub üçün istifadə etmək olar (məsələn, üzərində
südlə görünməyən mətn yazılır, sonra isə alovun üstünə
tutduqda mətn görünür);
12. Çərpələng düzəltmək olar;
13. Yelpik düzəltmək olar;
14. Yumrulayaraq müxtəlif oyunlarda istifadə etmək olar;
15. Əlfəcin (kitabın arasına qoyulan kağız) kimi istifadə
etmək olar;
16. Tirdə nişangah kimi istifadə etmək olar;
17. Üzərində printerdən nəyisə çap etmək olar;
18. Qatlayaraq nəyisə tarazlaşdırmaq üçün istifadə etmək
olar (məsələn, masanın ayağının altına qoymaqla);
19. Üzərində müxtəlif oyunlar oynamaq olar;
20. Çirkli əşyaları əlin batmasın deyə onun vasitəsilə
götürmək olar;
21. Sürüşməməkdən ötrü sürüşkən səthin üstünə çıxmaq
üçün onun üzərinə sərmək olar;
22. Boruçuq düzəldib xırda əşyaları üfürərək atmaq üçün
alət kimi istifadə etmək olar;
23. Uzun borucuq düzəldərək göstərici kimi istifadə etmək
olar;
24. Müxtəlif fokuslar göstərmək olar;
25. Qatlayıb bəzən diş çöpü əvəzi kimi istifadə etmək olar;
26. Müxtəlif bəzək əşyaları düzəltmək olar (məsələn, yolka
üçün bəzək və hörük şəkilli naxışlar);
27. Nəyisə silmək olar;
28. Nəyinsə üstü çirklənməsin və ya cızılmasın deyə üzərinə
sərmək olar;
89
Dostları ilə paylaş: |