Məsələn, Rusiyanın soyuq regionlarının birində belə bir
problem yaranmışdı. Çayın dibində yerə basdırılmış dirəkləri
çıxarmaq lazım idi. İş təcili deyildi. Bu problem İSN texnikasının
köməyilə belə həll edildi. Dirəklərə kəndir bağlayıb uclarını boş
buraxdılar. Qışda suyun üzərində olan kəndirin ucları buza
bərkidilmiş oldu və yazda buz əriyib hərəkət edəndə dirəkləri
də dartıb çıxardı.
Nümunələr:
Problem: Müəllim dərsi maraqlı keçməlidir. İSN: Elə
etmək lazımdır ki, şagirdlər özləri dərsi öyrənməyə səy
göstərsinlər.
Problem: İşçilərə nəzarəti gücləndirmək lazımdır. İSN: Elə
etmək lazımdır ki, işçilər özləri özlərinə nəzarət etsinlər.
Praktiki tapşırıq. Aşağıdakı vəziyyətlərdə fərqli İSN-i
müəyyən edin:
1. Tədbirə KİV nümayəndələrini cəlb etmək lazımdır
(İSN: elə etmək lazımdır ki, KİV özü bu tədbirə can atsın,
məsələn, ölkədəki və ya xaricdəki məşhur insanları açılışa cəlb
etməklə).
2. Köhnə binanı sökmək lazımdır (İSN: sökmək əvəzinə
başqa məqsədlər üçün istifadə etmək olar).
Gələcəkdən müsahibə texnikası
Sakit yerdə oturun, gözlərinizi bağlayın və təsəvvür edin
ki, uzaq məqsədinizə çatmısız. Məqsədinizə çatanda
ürəyinizdən hansı hisslər keçəcəksə, onları yaşamağa çalışın.
İndi isə ciddi şəkildə aşağıdakı 7 sualı yazılı cavablandırın:
1. Məqsədinə çatmağınla (burada real məqsədin adı
göstərilir) əldə etdiyin ən vacib şey nədir?
2. Məqsədə çatmaqda səni motivə edən nə oldu?
3. Məqsədinə çatmaq üçün ilk addımın nə oldu?
4. İlk maneə nədən ibarət olmuşdu?
92
5. Məqsədə çatmaqda sənə kim kömək etdi?
6. Məqsədinə çatmaqda sənə yardımçı olan ən vacib amil
hansı idi?
7. Məqsədlərinə çatmağa yeni başlayanlara nə məsləhət
görərdin?
Vizual assosiasiya texnikası
Hərəniz 2 şəkil seçin və hər şəklin ideyanızla əlaqəsini
yazın. Beləliklə, yaradıcılıq vərdişlərinizi artıraraq ideyanıza
yeni rakursdan baxmağı öyrənəcəksiz.
Verbal assosiasiya texnikası
1. Problemi, məhsulunuzu, məsələnizi müəyyən edin.
2. 1-dən 99-dək bir ədəd deyin. İndi isə aşağıda verilmiş
siyahıdan ona uyğun sözü tapın (fərqli sözlər də ola bilər, siyahı
sadəcə sizin rahatlığınız üçün verilib).
3. Bu sözün “necədir?” sualına cavab verən xüsusiyyət-
lərini sütünda yazın.
4. Xüsusiyyətləri problem, məhsul, məsələnizə tətbiq
edin.
Məsələn, götürək “alma” sözünü. Almanın “necədir?”
sualına cavab verən xüsusiyyətlərini yazırıq: yumru, dadlı,
müxtəlif rəngli, iri, balaca, tumlu, qabıqlı, vitaminli, böyüyən və
s.
İndi isə bu xüsusiyyətləri öz problem, məhsul, məsələnizə
tətbiq etməyə çalışın. Tutaq ki, məqsədiniz yeni növ oturacaq
yaratmaqdır. Fikirlər aşağıda qeyd edildiyi kimi yazılmalıdır.
Hər bir fikrin tətbiq edilə biləcəyi haqqında düşünün və
araşdıraraq işə başlayın.
Ÿ
Oturacaq yumru ola bilər və ya öyrəşdiyimiz
formalardan fərqlənə bilər;
Ÿ
Oturacaq dadlı olmasa da xoş qoxulu ola bilər;
93
94
Ÿ
Oturacaq müxtəlif rəngdə ola bilər;
Ÿ
Oturacaq iri və ya balaca ola bilər (müxtəlif yaş qrupları
üçün);
Ÿ
Almadakı tum kimi oturacağın da içində daxıl və ya
sürprizlər ola bilər;
Ÿ
Oturacaq qabıqlı ola bilər, yəni müştəri örtüyü
çıxarandan sonra rəngi dəyişə bilər;
Ÿ
Oturacaq vitamin kimi xeyirli ola bilər, məsələn,
ortopedik keyfiyyətlərə malik ola bilər;
Ÿ
Oturacaq böyüyən ola bilər, yəni mexanizmi onu
böyüdüb-kiçiltmək imkanı verməlidir və s.
Verbal assosiasiya üçün sözlər:
1. Banka
2. Zərf
3. Pulemyot
4. Radio
5. Sahib
6. Halva
7. Şorba
8. Sabun
9. Pivə
10. Ayaqqabı
11. Şurup
12. Fincan
13. Çətir
14. Qıfıl
15. Qapı
16. Pəncərə
17. Yol
18. Dam
19. Göl
20. Skripka
21. Pirojna
22. Arx
23. Boya
24. Kişi
25. Yapışqan
26. Su
27. Neon
28. İşıq
29. Butılka
30. Bayraq
31. Çanta
32. Zəncir
33. Torpeda
34. Çömçə
35. Həşərat
36. Qızılgül
37. Uçuş
38. Duz
39. Kəndir
40. Neft
41. Yağ
42. Boşluq
43. Qamçı
44. Quş
45. Qılınc
46. Mühərrik
47. Əjdaha
48. İt
49. Meydança
50. Tüfəng
51. Turşu
52. Marka
53. Günəş
54. Yay
55. Buz
56. Toz
57. Nağara
58. Duman
59. Futbol
60. Körpü
61. Su quyusu
62. Meşə
63. Oyuncaq
64. Qadın
65. Bel
66. Uşaq
67. Döşək
68. Kağız
69. Darvaza
70. Saat
71. Yarış
72. Maşın
73. İynə
74. Zoopark
75. Şəkil
76. Qum
77. Menyu
78. Katapulta
79. Nişan
80. Kitab
81. Külqabı
82. Usta
83. İtburnu
84. Siçan
85. Kino
86. Süd
87. At
88. Qabarma
89. Düyün
90. Toxum
91. Alaqotu
92. Dəbilqə
93. Ambar
94. Köynək
95. Cib
96. Təyyarə
97. Süpürgə
98. Jurnal
99. Paraşüt
Provokasiya texnikası
Bu üsul beyni, necə deyərlər, silkələyir və qeyri-adi çıxış
yollarının tapılmasına gətirib çıxarır. Bu üsulun bir sıra növləri
var. Hər birini öz ideyanıza tətbiq edin.
İnkar
Adi hal: taksi sürücüləri yolu tanıyır.
İnkar: taksi sürücüləri yolu tanımır.
İdeya: yolu tanımayan taksiləri xüsusi nişanla qeyd etmək
və xidməti daha ucuz etmək, çünki yolu müştəri göstərəcək.
İnversiya (tərsinə çevirmək)
İnkardan fərqi ondan ibarətdir ki, burada sadəcə inkar
deyil, qeyri-real fikir də var.
Adi hal: maşının təkərləri yumrudur.
İnversiya: maşının təkərləri dördbucaqdır.
İdeya: maşının təkərini müxtəlif formada düzəltmək
(kvadrat, oval, tırtıllı və s.).
Şişirtmə
Adi hal: polislərin 2 gözü var.
Şişirtmə: polislərin 6 gözü var.
İdeya: polisə yardım üçün könüllülərdən ibarət
komandalar yaratmaq.
Təhrif
Prosesin adi ardıcıllığını və ya hissələrin nisbətini
pozuruq.
Adi hal: əvvəl zərfi yapışdırırıq, sonra məktubu yola
salırıq.
Təhrif: əvvəl məktubu göndəririk, sonra zərfi yapışdırırıq.
İdeya: ödənişi göndərən yox, alan edir. Poçtda isə açıq
məktubun içinə bildiriş əlavə edilir.
Fantaziya
Həll edilməli problemi düşünərək təsəvvür edirik “Əgər
belə olsaydı nə yaxşı olardı”.
95
Dostları ilə paylaş: |