bilər. Əslində belə nümunələr minlərlədir və onları internetdən
rahatca tapa bilərsiz. Burada bəzilərinin verilməsində məqsəd
ondan ibarətdir ki, işə yaradıcı yanaşaraq hər sahədə biznes
üçün imkanların olmasını görəsiz.
Kraudsorsinq (crowdsoursing) öz işinizi asanlaşdırmaq üçün
kənardan insanların cəlb edilməsi yoludur (məhsulun işlənib
hazırlanması, hansısa layihənin və ya işin icrası və s. üçün).
Futbolka şirkəti Threadless kraudsorsinqin populyar
nümunəsidir. 2000-ci ildə 1000 dollarlıq investisiya ilə işə
başlayan şirkət öz müştərilərinə dizayn hazırlamaq imkanı verir
(ən maraqlısı müəyyən tirajla buraxılır).
Kraudfandinq (crowdfunding) müəyyən layihə üçün bir-
birilə əlaqəsi olmayan insanlar tərəfindən pulun yığılması
formasıdır. Öz layihənizi təqdim edirsiz və oxuculardan kimə
maraqlı görünsə bu layihə üçün pul köçürəcək. İnternetdə belə
resurslar çoxdur. Ən məşhuru budur:
. Ən
www.kickstarter.com
uğurlu misallardan biri. Rusiyalı iki qohum korporativ sahədə
təcrübələrinə baxmayaraq öz bizneslərinə başlamaq fikrinə
düşmüşdülər. İlk cəhdləri uğurlu alınmayıb. Təsadüfən xarici
bir şirkətin yeni ixtirası barədə eşidiblər (hər səthə yapışan
elektrikləşmiş kağızabənzər propilen plyonka) və onlarla birgə
şirkət qurmağa qərarlaşıblar. Sərmayələri demək olar ki, yox idi.
2015-ci ildə kickstarter-də məhsulları barədə maraqlı videoçarx
yerləşdirərək 12 000 dollar yığmaq istəyiblər, amma nəticədə 300
000 dollara yaxın vəsait yığılıb. İndi biznes uğurla inkişaf edir.
Mastermaynd qrupu. İki və daha çox insan birləşir ki,
bizneslə bağlı məsləhətləşsinlər, beyin hücumları keçirsinlər,
bir-birinin əlaqələrindən istifadə etsinlər və s. Hamı bir nəfərə
dəstək olmaq üçün də toplaşa bilər. Sinerji yaratmaq məqsədilə
siz də bu üsuldan istifadə edə bilərsiz.
Hava satan şəxs. Peterburqlu Sergey Luçnikov xarici
təcrübə (Paris, Berlin, Tel-Əviv və s.) əsasında müxtəlif
84
şəhərlərin havasını qablaşdıraraq suvenir kimi satır (pərakəndə
satış qiyməti 10 dollardır).
Bonus millərinin istifadəsi üzrə məsləhətçi Harri Leff
Virciniyada maliyyəçidir. Səyahət etməyi xoşlayır və hər il
aviaşirkətlərin loyallıq proqramları əsasında minlərlə bonus
mili qazanır. Top-menecerlərin əksəriyyəti çalışdığı
şirkətlərinin kredit kartlarından ödəniş edərək beləcə bonus
milləri qazanır, amma onları öz məzuniyyət səfərləri üçün
istifadə edə bilmir, çünki mürəkkəb qaydaların öyrənilməsi
üçün vaxt və həvəsləri olmur. Harri, bu problemi görərək öz
xidmətini təklif etməyə başlayır və 250 dollar müqabilində
bonusların hesabına iki nəfər üçün təyyarə bileti alır. İlə 75 000
dollar qazanan Harri, növbəti il bu rəqəmi 100 000 dollara
çatdırmaq niyyətindədir.
Özünün qarşılaşdığı problemi biznesə çevirən insan. İkinci
uşağı dünyaya gələndən sonra Hizer Ollard körpənin bir yerə
aparılması üçün vasitənin azlığından əziyyət çəkdikdə ağlına bu
problemin həlli məqsədilə xüsusi ədyal (slinq tipli) yaratmaq
gəlir. Qısa zamanda populyarlaşan məhsul 200-ə yaxın
mağazada satılırdı. Üçüncü uşağı dünyaya gəldikdə o, biznesini
iri bir şirkətə satır və kiçik biznes vasitəsilə maliyyə müstəqilliyi
qazanmaq istəyən xanımlara kömək edən yeni bir şirkət açır.
İstirahətdə yaranan biznes-ideya. Tanınmış Rusiya
biznesmeni və biznes müəllifi İstanbulda istirahət zamanı masaj
etdirərkən bundan necə qazanmaq yolunu düşünür. Şəhər
böyük, turist çox. Gəzməkdən hamı yorulur. 15 dəqiqəlik ayaq
masajının qiyməti 5 avrodur. Günə orta hesabla 10 müştərin olsa
50, ay ərzində isə 1500 avro alınır. Bundan 500 avro masajçının
maaşı, 300 təşkilati və gözlənilməz xərclər edir, qalır 700 avro
təmiz mənfəət. On otel qarşısında bu işi təşkil edə bilsən aya çox
zəhmət çəkmədən 7000 avro qazanmaq olar.
Menyu biznesi. Food on the table startapı həftəlik menyunu
85

Dostları ilə paylaş: |