sonra siz artıq araşdırmaq üçün biznes-ideyanızı seçə bilərsiz.
Yekunda seçilmiş 3 ideya qalsın ki, növbəti fəsildə izah edilən
tərzdə onları araşdıranda bəzilərində mənfi nəticə alındıqda heç
olmasa biri uyğun olsun. Aşağıda biznes-ideyaların
qiymətləndirilməsi üçün bir neçə üsul verilib. Birinci üsul əvvəl
çətin görünsə də, əslində elə deyil və bəlkə də ən effektivlisidir.
İdeyaların qiymətləndirilməsi üçün meyarlar üsulu
Meyarların açıqlanması əvvəlki fəsildə verilib. Çəki bu
meyarın digərlərinə nisbətdə qərarın qəbul edilməsində
əhəmiyyətini əks etdirməlidir. Hər ideyanı hər meyar üzrə 5
ballıq sistemlə qiymətləndirin: 1 - meyar üzrə cavab sizin üçün
çox pisdir, 2 - pisdir, 3 - ortadır, 4 - yaxşıdır, 5 -əladır. Məsələn, 7-
ci meyar üzrə bu balların mənası belədir: 1 - investisiya
həddindən çox tələb olunur (tapmaq imkanınızdan xaricdir), 2 -
çox tələb olunur (çox çətinliklə tapa bilərsiz), 3 - ortadır (çətindir,
amma çox güman ki, tapmaq olar), 4 - vəsait az tələb olunur
(nisbətən rahat tapmaq olar), 5 - investisiya çox az tələb olunur
və ya heç tələb olunmur (rahatlıqla təmin edə bilərsiz). Nəticədə
çəkilər nəzərə alınmaqla daha yüksək xal toplayan biznes-ideya
həyata keçirilməsi üçün seçilir. Müəyyən meyarlar üzrə aşağı
bal ideyanın üzərindən xə çəkə bilər. Misal üçün, əgər 1-ci və 2-
ci meyar üzrə cavab 3-dən azdırsa bu işlə məşğul olmağa
dəyməz (hə a başqa meyarlar üzrə nəticə əla olsa belə).
Eyniliklə əgər 4-cü meyar üzrə cavab 1-dirsə (elə maneə var ki,
bu sahədə bizneslə məşğul olmağın qarşısını alır), daha uyğun
biznes növünü seçin. Mən bir nümunə kimi çəkiləri, virtual 3
ideya üzrə balları və hesablamanı aşağıdakı cədvəldə verirəm,
amma çəkiləri mütləq nümunə kimi istifadə etməyin, özünüz də
üzərində düşünün. Sadəcə nəzərə alın ki, bütün çəkilərin cəmi 1-
ə bərabər olmalıdır. Hesablama qaydası belədir: çəki*ideya
balı=çəkili ideya balı. İdeyanın hər bir meyarı üzrə çəkili ideya
102
ballarının cəmi həmin ideya üzrə yekun çəkili balı göstərir.
Hansı ideyada həmin yekun çəkili bal daha yüksəkdirsə,
deməli, o ideya daha münasibdir (yuxarıda qeyd etdiyim kimi,
misal üçün 1,2 və 4-cü meyarların hərəsinin balı minimal
məğbul olan baldan yuxarıdırsa).
Nəticədə göründüyü kimi, ən münasib biznes-ideya 3-
cüdür. Baxmayaraq ki, çəkisiz balların cəmi üzrə qalib 2-ci
ideyadır, çəkilər nəzərə alınanda məhz 3-cü ideya 3,76 balla
qalib oldu və məhz bu ideya ilk növbədə araşdırılmalıdır.
103

Səsvermə üsulu
Burada gərək qiymətləndiricilərin sayı 3-dən az olmasın.
İdeyalar lövhəyə vurulur. İştirakçılara ideyaların sayının yarısı
qədər rəngli yapışqan-kağız verilir (səsvermə qutular və şarlar
vasitəsilə də keçirilə bilər). Bir iştirakçı hər layihəyə 2 səsdən çox
verə bilməz. Ən çox səs toplamış ideyalar TOP-ideya, ortalar –
OK-ideya, qalanları OUT-ideya qruplarına bölünür. TOP-
ideyalar növbəti mərhələlərdə təhlil edilir, OK-ideyalara tələb
olunduqda gələcəkdə baxılır, OUT-ideyalar kənara atılır.
6 şlyapa üsulu
Seçilmiş ideyaların qiymətləndirilməsi üsuludur. 6 nəfər
iştitak etməlidir. Öz real fikirlərinizi gizlətməli və sizin üçün
müəyyən edilən rolu oynamalısız. Münasib bilsəniz rollarınızı
dəyişə də bilərsiz. Çıxışların ardıcıllığı müxtəlif ola bilər,
məsələn, aşağıdakı kimi:
Göy şlyapa – moderatordur. İdeyanı açıqlayır.
Ağ şlyapa – neytrallıq və obyektivliyi təcəssüm etdirir.
Fikrini bildirmədən bütün məlumatı və faktları toplayır və
təqdim edir.
Sarı şlyapa – ideyanın bütün pozitiv, müsbət tərəflərini
bildirir.
Qara şlyapa – ideyanın bütün neqativ, zəif tərəflərini
bildirir.
Qırmızı şlyapa – ideya ilə bağlı emosiya və duyğularını
bildirir.
Yaşıl şlyapa – kreativliyi təcəssüm etdirir. Yeni kreativ
əlavələr edir.
Göy şlyapa – fikirləri yekunlaşdırır və nəticə çıxarır.
104
4-cü fəsil. Biznesə başlayırıq.
Əgər birbaşa bu fəsildən başlayırsızsa, nəticənin daha
yüksək olması üçün, xahiş edirəm, geriyə qayıdaraq, Ön söz və
bütün digər fəsillərlə tanış olduqdan, tapşırıqları yerinə
yetirdikdən sonra bura qayıdasız.
Əvvəlki mərhələlərdə üzərində işləyəcək biznes-
ideyalarımızı müəyyən etdik və ardıcıllıqla düzdük. Bu fəsildə
onları ən yaxşısından başlayaraq araşdıracaq, uyğun olanı
sınaqdan keçirəcək və bunun nəticəsində özünü doğruldanı
tətbiq edəcəyik.
“Startapperin masaüstü kitabı”nın müəllifləri Stiv Blank
və Bob Dorfun fikrincə kiçik biznes iri biznesin kiçildilmiş
forması deyil. Burada tamamilə fərqli yanaşma tələb olunur.
Bazarda yeni biznesin inkişaf etdirilməsi mövcud biznesin
inkişafından ciddi surətdə fərqlənir.
1997-ci ildə ABŞ-da qida məhsullarının internet satışı ilə
məşğul olan Webvan startapı qurulmağa başladı. 800 milyon
vəsait cəlb olundu və cəmi 2 il sonra müflis oldu. Niyə? Çünki
bazarda mövcud olan iri bizneslərin ssenarisilə hərəkət edildi.
105
Dostları ilə paylaş: |