1. Məhsulunuz üçün bazarın həcmini müəyyən edib yazın.
Ümumi bazar – ideal vəziyyətdə bu məhsulun bütün bazarı
(monopolçu olsanız).
Məhsula hazır olan bazar – mövcud satış kanalı və məkanın
bazarı.
Hədəflənən bazar – real olaraq qazanıla bilinən bazar.
İlk addım – bazarın həcmini qiymətləndirməkdir (ehtiyac
varsa). Burada iki növ yanaşma var. Birincisi, “yuxarıdan
aşağıya” yanaşmadır. Bazar araşdırmaları ilə tanış olun (dövlət
strukturları saytlarından, peşəkarlar tərəfindən hazırlanmış
hesabatlardan). Məsələn, oyuncaq istehsalçıları bunu belə edə
bilərlər. Hər il Azərbaycanda təqribən 84 000 qız
dünyaya gəlir
(ümumi bazar), yarısının imkanı çatar ki, uşağına 20 manatlıq
gəlincik alsın (sadəcə ehtimaldır). Azərbaycan kiçik ölkədir,
hesab edək ki, rayonda yaşayanlar da Bakıdan və ya bir neçə iri
rayon mərkəzindən gəlinciyi ala bilərlər. Beləliklə 6-8 yaşda
olan qızlar üçün (deməli, 3 il ərzində dünyaya gələn qız uşaqları
nəzərə alınmalıdır) məhsula hazır olan bazar belə hesablanır: 84
000*3/2=126 000 (əgər ildə 1 gəlincik alınırsa). Tutaq ki, biz yalnız
internet vasitəsilə satmaq istəyirik. İnternet istifadəçiləri skeptik
108
Ümumi bazar
Məhsula hazır
olan bazar
Hədəflənən
bazar
109
hesablamalara görə əhalinin 40%-nı təşkil edirsə hədəflənən
bazar belə hesablanır: 126 000*0,4≈50 000. Bu çox sadə
hesablamadır. Əslində oyuncağın növü, çatdırılması, rəqiblər
və digər faktorlar da nəzərə alınmalıdır ki, bu da son rəqəmi bir
az da azaldır.
İkinci yanaşma - “aşağıdan yuxarı” yanaşması - daha
realdır. O, alışın həcminə əsaslanır. Google-un pulsuz əlavəsi
olan Google keyword tool-da açar sözlərdən (kew words)
istifadə edərək (kukla, qızlar üçün oyuncaq, gəlincik, yumşaq
oyuncaqlar və s.) görəcəksiz ki, neçə insan bu adda oyuncaq
axtarır. Təkrarları çıxarmaq üçün alınan rəqəmi ən azı yarıya
bölün.
Ümumiyyətlə qeyd etmək lazımdır ki, bazarın araşdırıl-
masında əsasən aşağıdakı üsullardan istifadə edilir (ola bilər ki,
siz də hansılarındansa istifadə edəcəksiz):
1. Sorğular (canlı və ya internetdə). Hər hansı mövzuda
internetdə pulsuz sorğuları, məsələn, Google Forms və ya
SurveyMonkey alətlərindən istifadə edərək keçirə bilərsiz;
2. Fokus-qruplar;
3. Dərin müsahibə (hədəflənən seqmentdən 1 nəfərlə
ətraflı söhbət edilir);
4. Müşahidə;
5. Eksperimentlər;
6. Hədəflənən şirkətin işçilərilə söhbət;
7. Ekspertlərlə söhbət.
Seçilmiş ideya üzrə növbəti mərhələlərə yalnız məhsu-
lunuz üçün qazana biləcəyiniz bazar olanda keçin.
2. Məhsul və onun dəyəri: məhsulun təsviri, onun
üstünlüklərini və mövqeləşdirilməsini müəyyən edib yazın.
Mümkün olduqda MVP-ni (minimal viable product) yaradın.