29. Tez sınan əşyaları (məsələn, şüşəni) daşıyarkən qatlayıb
arasına qoymaq olar;
30. Qışda ayaq donmasın deyə ayaqqabı içliyinin altına
yerləşdirmək olar (bir neçə qat);
31. Qıf düzəltmək olar və s.
Məqsədlərin qoyulması, ideya axtarışı
Sözlərin əvəz edilməsi texnikası
Məqsədlərinizi sual şəklində bir neçə variantda başqa
sözlərlə ifadə edin. Görəcəksiz ki, məqsədinizin yeni tərəfləri
üzə çıxır. Məsələn, məqsəd satışların artırılmasıdır. Bu məqsədi
başqa sözlərlə necə ifadə etmək olar?
Ÿ
Müştərilərin sayını necə artıra bilərik?
Ÿ
Hər müştəriyə daha çox məbləğdə məhsulu necə sata
bilərik?
Ÿ
Hər müştəriyə daha çox sayda malı necə sata bilərik?
Ÿ
Satıcıların sayını necə artıra bilərik?
Ÿ
Məhsulun qiymətini necə qaldıra bilərik?
Ÿ
Satış nöqtələrinin sayını necə artıra bilərik?
Ÿ
Məhsulumuzun, şirkətimizin cəlbediciliyini necə artıra
bilərik?
Praktiki tapşırıq. Hərəniz bir məqsəd yazın və onu başqa
sözlərlə müxtəlif varianlarda ifadə edin.
Alternativin tapılması texnikası
Məsələn, tıxaclar sizi bezdirib. Bu baş verməsin deyə
alternativlər:
1. Maşından imtina və ictimai nəqliyyata, velosipedə,
motosikletə keçmək və ya ayaqla getmək;
2. Maşında hərəkətin vaxtını dəyişmək;
3. Ümumiyyətlə hərəkətdən imtina edərək evdə işləmək;
90
4. Evə yaxın iş yeri tapmaq və ya işə yaxın ünvana köçmək;
5. Tıxacda audiokitablara qulaq asmaqla vaxt itkisinə yol
verməmək və s.
Praktiki tapşırıq. Probleminizi yazın və onun sizə mane
olmaması üçün fikirləşib alternativlər tapın.
Məsələn, iş axtarmaq prosesində müxtəlif yanaşmalar ola
bilər:
1. Harda axtarmalı:
Ÿ
İnternetdə;
Ÿ
Qəzetlərdə;
Ÿ
Tanışlardan;
Ÿ
Əmək birjasında;
Ÿ
Şirkətlərlə əlaqə vasitəsilə və s.
2. Münasib iş tapmaq üçün nə etməli:
Ÿ
Yeni bilik və vərdişlər əldə etməli;
Ÿ
Yaxşı CV tərtib etməli;
Ÿ
Müsahibəyə yaxşı hazırlaşmalı;
Ÿ
Şirkət haqqında məlumat toplamalı və s.
3. Mənə uyğun işi necə tapmalı:
Ÿ
Bacarıq və keyfiyyətlərimin hansı şirkətlərdə tələb
olunduğunu müəyyən etmək;
Ÿ
Rəhbərlərlə görüş təyin etmək və onları inandırmaq;
Ÿ
Bacarıq və keyfiyyətlərimə uyğun özəl biznes açmaq
və s.
İdeal son nəticə (İSN) texnikası
İdeal son nəticə məqsədlərimizə böyük səy göstərmədən,
resurs xərcləmədən çatmaqdır. Çox vaxt bu mümkün olmur,
amma bu barədə düşünmək yeni imkanlara yol açır. İSN 2
variantda ola bilər:
Ÿ
Tələb olunan iş özbaşına görülür;
Ÿ
Əslində iş heç lazım deyilmiş.
91
Məsələn, Rusiyanın soyuq regionlarının birində belə bir
problem yaranmışdı. Çayın dibində yerə basdırılmış dirəkləri
çıxarmaq lazım idi. İş təcili deyildi. Bu problem İSN texnikasının
köməyilə belə həll edildi. Dirəklərə kəndir bağlayıb uclarını boş
buraxdılar. Qışda suyun üzərində olan kəndirin ucları buza
bərkidilmiş oldu və yazda buz əriyib hərəkət edəndə dirəkləri
də dartıb çıxardı.
Nümunələr:
Problem: Müəllim dərsi maraqlı keçməlidir. İSN: Elə
etmək lazımdır ki, şagirdlər özləri dərsi öyrənməyə səy
göstərsinlər.
Problem: İşçilərə nəzarəti gücləndirmək lazımdır. İSN: Elə
etmək lazımdır ki, işçilər özləri özlərinə nəzarət etsinlər.
Praktiki tapşırıq. Aşağıdakı vəziyyətlərdə fərqli İSN-i
müəyyən edin:
1. Tədbirə KİV nümayəndələrini cəlb etmək lazımdır
(İSN: elə etmək lazımdır ki, KİV özü bu tədbirə can atsın,
məsələn, ölkədəki və ya xaricdəki məşhur insanları açılışa cəlb
etməklə).
2. Köhnə binanı sökmək lazımdır (İSN: sökmək əvəzinə
başqa məqsədlər üçün istifadə etmək olar).
Gələcəkdən müsahibə texnikası
Sakit yerdə oturun, gözlərinizi bağlayın və təsəvvür edin
ki, uzaq məqsədinizə çatmısız. Məqsədinizə çatanda
ürəyinizdən hansı hisslər keçəcəksə, onları yaşamağa çalışın.
İndi isə ciddi şəkildə aşağıdakı 7 sualı yazılı cavablandırın:
1. Məqsədinə çatmağınla (burada real məqsədin adı
göstərilir) əldə etdiyin ən vacib şey nədir?
2. Məqsədə çatmaqda səni motivə edən nə oldu?
3. Məqsədinə çatmaq üçün ilk addımın nə oldu?
4. İlk maneə nədən ibarət olmuşdu?
92
5. Məqsədə çatmaqda sənə kim kömək etdi?
6. Məqsədinə çatmaqda sənə yardımçı olan ən vacib amil
hansı idi?
7. Məqsədlərinə çatmağa yeni başlayanlara nə məsləhət
görərdin?
Vizual assosiasiya texnikası
Hərəniz 2 şəkil seçin və hər şəklin ideyanızla əlaqəsini
yazın. Beləliklə, yaradıcılıq vərdişlərinizi artıraraq ideyanıza
yeni rakursdan baxmağı öyrənəcəksiz.
Verbal assosiasiya texnikası
1. Problemi, məhsulunuzu, məsələnizi müəyyən edin.
2. 1-dən 99-dək bir ədəd deyin. İndi isə aşağıda verilmiş
siyahıdan ona uyğun sözü tapın (fərqli sözlər də ola bilər, siyahı
sadəcə sizin rahatlığınız üçün verilib).
3. Bu sözün “necədir?” sualına cavab verən xüsusiyyət-
lərini sütünda yazın.
4. Xüsusiyyətləri problem, məhsul, məsələnizə tətbiq
edin.
Məsələn, götürək “alma” sözünü. Almanın “necədir?”
sualına cavab verən xüsusiyyətlərini yazırıq: yumru, dadlı,
müxtəlif rəngli, iri, balaca, tumlu, qabıqlı, vitaminli, böyüyən və
s.
İndi isə bu xüsusiyyətləri öz problem, məhsul, məsələnizə
tətbiq etməyə çalışın. Tutaq ki, məqsədiniz yeni növ oturacaq
yaratmaqdır. Fikirlər aşağıda qeyd edildiyi kimi yazılmalıdır.
Hər bir fikrin tətbiq edilə biləcəyi haqqında düşünün və
araşdıraraq işə başlayın.
Ÿ
Oturacaq yumru ola bilər və ya öyrəşdiyimiz
formalardan fərqlənə bilər;
Ÿ
Oturacaq dadlı olmasa da xoş qoxulu ola bilər;
93
Dostları ilə paylaş: |