inanmalıyıq ki, çıxış yolunu mütləq tapacağıq.
İnsan yaradıcılığa tuşlandıqda yeni ideyalar hər yerdə və
hər zaman ağlına gələ bilər: yolda, yataqda, işdə və s. Buna görə
də çalışın, qeydlər aparmaq üçün vasitəniz həmişə yanınızda
olsun və ideyaları mütləq aydın şəkildə qeyd edin. Araşdırmalar
göstərir ki, yeni fikirlər əksər hallarda çox qısa zamanda
unudulur. Qeydlərinizi vaxtaşırı oxuyun və uyğun olanları
tətbiq edin.
Mümkün qədər bütün texnikalaları yoldaşlarınızla
birlikdə sınaqdan keçirin. Həm daha məhsuldar alınar, həm də
daha maraqlı olar.
Təsvir edilən hər bir texnikanı imkan daxilində öz biznes-
ideyalarınız əsasında işləyin. Əminəm ki, nəticəsini hiss
edəcəksiz!
Əvvəlcə gəlin beynimizi açmaq üçün bir oyun oynayaq.
Oyun
Əşyalardan müxtəlif məqsədlə istifadə olunması
Bir əşya seçin (məsələn, kağız vərəqi, iynə, oturacaq,
pambıq, boşqab və s.). İndi isə yazın görək bu əşyadan (o
cümlədən onun hissələri və materialından) necə istifadə etmək
olar. Ən ağlagəlməz variantları da yazın. Hərəniz azı 20-30
variant tapın. İndi isə yoldaşlarınızla variantları müqayisə edin.
Məsələn, götürək kağız vərəqinin istifadə imkanlarını:
1. Üzərində yazmaq olar;
2. Müxtəlif növ oyuncaq düzəltmək olar (təyyarə, qurbağa,
gəmi və s.);
3. Xətkeş kimi istifadə etmək olar;
4. Trafaret kəsmək olar;
5. Ocağı yandırmaq üçün istifadə etmək olar;
6. Nəyisə bükmək üçün istifadə etmək olar;
88
7. Üzərində şəkil çəkmək olar;
8. Zərf düzəltmək olar;
9. Tum tökmək üçün qab düzəltmək olar;
10. Panama düzəltmək olar;
11. Sirli məktub üçün istifadə etmək olar (məsələn, üzərində
südlə görünməyən mətn yazılır, sonra isə alovun üstünə
tutduqda mətn görünür);
12. Çərpələng düzəltmək olar;
13. Yelpik düzəltmək olar;
14. Yumrulayaraq müxtəlif oyunlarda istifadə etmək olar;
15. Əlfəcin (kitabın arasına qoyulan kağız) kimi istifadə
etmək olar;
16. Tirdə nişangah kimi istifadə etmək olar;
17. Üzərində printerdən nəyisə çap etmək olar;
18. Qatlayaraq nəyisə tarazlaşdırmaq üçün istifadə etmək
olar (məsələn, masanın ayağının altına qoymaqla);
19. Üzərində müxtəlif oyunlar oynamaq olar;
20. Çirkli əşyaları əlin batmasın deyə onun vasitəsilə
götürmək olar;
21. Sürüşməməkdən ötrü sürüşkən səthin üstünə çıxmaq
üçün onun üzərinə sərmək olar;
22. Boruçuq düzəldib xırda əşyaları üfürərək atmaq üçün
alət kimi istifadə etmək olar;
23. Uzun borucuq düzəldərək göstərici kimi istifadə etmək
olar;
24. Müxtəlif fokuslar göstərmək olar;
25. Qatlayıb bəzən diş çöpü əvəzi kimi istifadə etmək olar;
26. Müxtəlif bəzək əşyaları düzəltmək olar (məsələn, yolka
üçün bəzək və hörük şəkilli naxışlar);
27. Nəyisə silmək olar;
28. Nəyinsə üstü çirklənməsin və ya cızılmasın deyə üzərinə
sərmək olar;
89
29. Tez sınan əşyaları (məsələn, şüşəni) daşıyarkən qatlayıb
arasına qoymaq olar;
30. Qışda ayaq donmasın deyə ayaqqabı içliyinin altına
yerləşdirmək olar (bir neçə qat);
31. Qıf düzəltmək olar və s.
Məqsədlərin qoyulması, ideya axtarışı
Sözlərin əvəz edilməsi texnikası
Məqsədlərinizi sual şəklində bir neçə variantda başqa
sözlərlə ifadə edin. Görəcəksiz ki, məqsədinizin yeni tərəfləri
üzə çıxır. Məsələn, məqsəd satışların artırılmasıdır. Bu məqsədi
başqa sözlərlə necə ifadə etmək olar?
Ÿ
Müştərilərin sayını necə artıra bilərik?
Ÿ
Hər müştəriyə daha çox məbləğdə məhsulu necə sata
bilərik?
Ÿ
Hər müştəriyə daha çox sayda malı necə sata bilərik?
Ÿ
Satıcıların sayını necə artıra bilərik?
Ÿ
Məhsulun qiymətini necə qaldıra bilərik?
Ÿ
Satış nöqtələrinin sayını necə artıra bilərik?
Ÿ
Məhsulumuzun, şirkətimizin cəlbediciliyini necə artıra
bilərik?
Praktiki tapşırıq. Hərəniz bir məqsəd yazın və onu başqa
sözlərlə müxtəlif varianlarda ifadə edin.
Alternativin tapılması texnikası
Məsələn, tıxaclar sizi bezdirib. Bu baş verməsin deyə
alternativlər:
1. Maşından imtina və ictimai nəqliyyata, velosipedə,
motosikletə keçmək və ya ayaqla getmək;
2. Maşında hərəkətin vaxtını dəyişmək;
3. Ümumiyyətlə hərəkətdən imtina edərək evdə işləmək;
90
4. Evə yaxın iş yeri tapmaq və ya işə yaxın ünvana köçmək;
5. Tıxacda audiokitablara qulaq asmaqla vaxt itkisinə yol
verməmək və s.
Praktiki tapşırıq. Probleminizi yazın və onun sizə mane
olmaması üçün fikirləşib alternativlər tapın.
Məsələn, iş axtarmaq prosesində müxtəlif yanaşmalar ola
bilər:
1. Harda axtarmalı:
Ÿ
İnternetdə;
Ÿ
Qəzetlərdə;
Ÿ
Tanışlardan;
Ÿ
Əmək birjasında;
Ÿ
Şirkətlərlə əlaqə vasitəsilə və s.
2. Münasib iş tapmaq üçün nə etməli:
Ÿ
Yeni bilik və vərdişlər əldə etməli;
Ÿ
Yaxşı CV tərtib etməli;
Ÿ
Müsahibəyə yaxşı hazırlaşmalı;
Ÿ
Şirkət haqqında məlumat toplamalı və s.
3. Mənə uyğun işi necə tapmalı:
Ÿ
Bacarıq və keyfiyyətlərimin hansı şirkətlərdə tələb
olunduğunu müəyyən etmək;
Ÿ
Rəhbərlərlə görüş təyin etmək və onları inandırmaq;
Ÿ
Bacarıq və keyfiyyətlərimə uyğun özəl biznes açmaq
və s.
İdeal son nəticə (İSN) texnikası
İdeal son nəticə məqsədlərimizə böyük səy göstərmədən,
resurs xərcləmədən çatmaqdır. Çox vaxt bu mümkün olmur,
amma bu barədə düşünmək yeni imkanlara yol açır. İSN 2
variantda ola bilər:
Ÿ
Tələb olunan iş özbaşına görülür;
Ÿ
Əslində iş heç lazım deyilmiş.
91
Dostları ilə paylaş: |