yanaşsanız özünüzə yer edə biləcəksiz. Yox, əgər biznes özünü
doğrultmursa və bu vəziyyəti düzəltmək mümkün deyilsə,
həmçinin əgər bazarın xeyli hissəsini bir oyunçu tutursa, deməli,
bu sahənin seçimi uğurlu sayıla bilməz.
6. Bu sahədə təcrübəniz və ya bacarığınız varmı?
Aydın məsələdir ki, bilik və ya təcrübəsi olan sahədə
insanın uğur qazanmaq şansı daha yüksək olur. Çalışın ilk
biznesinizi məhz bu sahələrdən başlayasız.
7. İlkin investisiya və ya sizin qoyduğunuz pay azdırmı?
İlk biznesdə təcrübəsizlikdən uğursuzluq riski daha
yüksək olduğundan çalışın ki, birinci işinizə çox sərmayə
qoymayasız. Daha çox öz vaxtınızı bilik və təcrübənizi sərmayə
əvəzinə istifadə edin ki, itirə biləcəkləriniz yalnız bundan ibarət
olsun. Digər tərəfdən, ilk biznesə kənardan iri sərmayənin cəlb
edilməsi də çətindir. İnvestorlar (elə tanış-bilişlər də) belə riskli
investisiyalara meylli olmurlar.
8. Biznesi böyütmək imkanları varmı?
Ola bilsin ki, birinci biznes üçün bu, o qədər aktual
olmasın, amma ümumiyyətlə çalışın elə biznes yaradasız ki, onu
böyütmək imkanı olsun. Nəzərə alın ki, ilk biznesdə məqsəd
həm biznes vərdişləri, həm də pul qazanmaqdır. Hər ikisi
vacibdir. Sonradan isə maddi ehtiyaclarınız artdıqca və
potensialınız yüksəldikcə biznesdən maddi və mənəvi cəhətdən
daha çox şey gözləyəcəksiz (daha çox qazanmaq və şirkətinizi
böyütməkdən zövq almaq istəyəcəksiz).
9. İnvestisiyanın qayıtması dövrü azdırmı?
İlk biznesinizdə çalışın ki, qoyduğunuz sərmayənin
qayıtma müddəti mümkün qədər az olsun (maksimum 1-2 il).
Özü də qayıdış mümkün qədər tez başlamalıdır. Yəni, biznes-
planda 1 ildən sonra gəlirinizin hamısını birdən almaq nəzərdə
tutulubsa, ehtiyatlı olun. Yaxşı olardı ki, qayıdış elə ilk aylardan
hissə-hissə olsun.
80
10. Kopiyalanması çətindirmi?
Yaxşı biznes rəqibləriniz tərəfindən çətin kopiyalanan
biznesdir. Sizin digərlərindən fərqiniz elə olmalıdır ki,
rəqibləriniz üstünlüyünüzü özlərində tətbiq edənədək siz artıq
bazarın xeyli hissəsini tutasız.
11. Passiv gəlir mənbəyinə çevirmək mümkündürmü?
Yaranan biznesdə sizin iştirakınıza ehtiyac nə qədər
azdırsa, bir o qədər yaxşıdır. Belə biznesdən gələn gəlirə
“passiv” gəlir deyilir. Nəticədə sizin həyatdan həzz almaq
şansınız daha yüksək olacaq. Eyni zamanda siz digər biznesə
başlamaq, ya da muzdlu işlə məşğul olmaq imkanı əldə
edəcəksiz.
12. Ən pis halda itirəcəyinizi məqbul hesab edəcəksizmi (maddi
və qeyri-maddi itkiləri)?
Müəyyənləşdirin ki, biznesiniz uğursuz olsa itirəcəyiniz
nə ola bilər. Maddi cəhətdən bu, ilk növbədə pul olacaq. Elə
məbləğdə sərmayə qoymalısız ki, bu pulun itirilməsi sizin
durumunuzu kritik həddə çatdırmasın. Qeyri-maddi itkiləri də
nəzərdən qaçırmayın. Məsələn, əgər biznesin uğursuzluğu
yaxın dostunuz, qohumunuz və s. ilə münasibətlərin
korlanmasına gətirib çıxaracaqsa, bunu işə başlamazdan əvvəl
yaxşı-yaxşı düşünün.
13. Biznes mövcud trendlərə uyğundurmu?
İstehlakçı davranışları, texnologiyanın təkmilləşməsi
müəyyən trendlər (yəni inkişaf istiqamətləri) yaradır. Məsələn,
əgər trend rəqəmsal və internet texnologiyalarının inkişafı
istiqamətindədirsə, musiqi disklərinin satışına bel bağlamaq
olmaz (çünki istənilən kontenti internetdən münasib qiymətə və
ya pulsuz yükləmək imkanı var).
81

Dostları ilə paylaş: |