Çətinliklərə hazır olun. Tomas Edison deyirdi ki, mən 10 min dəfə
uğursuzluğa düçar olmamışam, sadəcə 10 min özünü
doğrultmayan üsul tapmışam.
Mənimlə universitetdə təhsil alan bir tələbə yoldaşım
haqqında danışmaq istəyirəm. Çox imkansız ailədən idi. Atası və
bir neçə qardaşı ali təhsil almamışdılar, sürücü və fəhlə idilər. O
isə başqa yol seçdi. O vaxtlar fəhlələrə imkan verilirdi ki, bir il
hazırlıq kursu keçdikdən sonra ali məktəbə qəbul olunsunlar. O
da bu yolla tarix fakültəsinə daxil olmuşdu. Orta məktəbdə
azərbaycan dilində təhsil almasına baxmayaraq universitetdə rus
dilində oxumağı qərara almışdı (sovet məkanında rus bölməsinin
imkanları daha geniş idi, ədəbiyyatın əksəriyyəti məhz rus dilində
idi və s.), rus dilini zəif bilsə də. Danışığı gülüş doğursa da o,
nəinki ruhdan düşürdü, hə a bütün tədbirlərin aktiv iştirakçısı
olurdu. Biz idmanın bir növü ilə vaxtaşırı məşğul olanda, o,
müntəzəm olaraq 3 növlə məşğul olurdu. İnadkar, ünsiyyətcil,
dərslərdə aktiv, daim pozitiv əhval-ruhiyyədə olan bu tələbə
ictimai sahədə də fəal idi. Əvvəl fakültənin, sonra isə universitetin
komsomol katibi oldu. Sonralar elmlər namizədi və elmlər
doktoru, müxtəlif universitetlərdə müəllim və dekan işlədi.
Ailədə xoşbəxtdir. Bir övladı İsveçrədə təhsil alır, digəri isə
Almaniyada. Necə düşünürsüz, bu insanın sadəcə bəxtimi
gətirdi? Xeyr! Böyüdüyü mühitdən kənara çıxaraq əsl mənada
özü-özünü yaratmış insan nümunəsidir.
Harland Sanders 1955-ci ildə 65 yaşında sahib olduğu
restoranda müştərilərinə xüsusi sousla hazırlanmış toyuq təklif
edirdi. Restoranın vəziyyəti ağır idi. Sanders özünü itirmədi və bu
vəziyyətdən çıxış yolunu öz reseptilə digər restoranları
maraqlandıraraq françayz yaratmaqda gördü. İlk 1008 (!) restoran
onun təklifini rədd etdi və yalnız 1009-cu dəfə cəhdi nəticə verdi.
1963-cü ildə artıq 600 restoran bu reseptlə hazırlanmış toyuq
satırdı. Beləliklə, sizcə hansı şirkətin sürətli inkişafı başladı? Gəlin
şəkilə baxaq. Bəli, söhbət KFC-dən gedir.
64
Uğursuzluqdan nəticə.
Uğursuzluğun səbəblərini 3 qrupa ayırmaq olar:
1. Bizim səhlənkarlığımız ucbatından baş verən (məsələn,
biznesi başlamazdan əvvəl təhlil aparmamısan, vergiyə hesabatı
vaxtında verməmisən və s.).
2. Bizim hərəkətlərimizdən qaynaqlanan, lakin
səhlənkarlıq nəticəsində olmayan və qabaqcadan görülməsi
çətin olan (məsələn, strategiya, ilkin hipoteza özünü
doğrultmayıb).
3. Bizimlə əlaqəli olmayan səbəblər (qəflətən baş verən
devalvasiya və ya qanunvericilikdə dəyişikliklər).
Birincisi olmamalıdır, ikinci və üçüncüsü üzrə riskləri
azaltmağa çalışmalıyıq. Amma səhvlərdən tamam yaxa
qurtarmaq mümkün deyil. Həyat dalğavarı inkişaf edir. Yapon
atalar sözündə deyildiyi kimi, çarpayıda uzanan heç vaxt
büdrəməz. Ən çox uğursuzluğa düçar olanlar bəlkə də elə ən
uğurlu insanlardır. NBA statistikasına əsasən atışda ən çox səhv
edən oyunçu basketbol tarixində ən uğurlu idmançı sayılan
Maykl Cordan olub. Uğurlu insanlar çalışırlar ki, səhvlərdən
nəticə çıxarsınlar, həm də mümkün qədər başqalarının
səhvlərindən. Uinston Çörçilə görə hamı səhv edir, amma
65
səhvlərdən yalnız müdriklər nəticə çıxarırlar.
Uolt Disney 7 dəfə bankrot olub, axırda uğur qazanıb və
37 Oskara sahib olub (bu rekordu hələ də üstələyən yoxdur).
Səhv etməkdən qorxmayın. 1990-cı ildə Donald Trampın
(məşhur biznesmendir, 2015-ci ildə ABŞ prezidentliyinə
namizədliyini irəli sürmüşdü) tikinti şirkəti bankrot oldu. Onun
şəxsi borcu 900 milyon, şirkətin ümumi borcu isə 9,8 milyard
dollar idi. Buna baxmayaraq bir müddətdən sonra o, nəinki
problemi həll etdi, üstəlik milyardçı oldu. Robert Kiyosaki
“Varlı ata, kasıb ata” kitabında yazır: “Varlı insanın kasıb
insandan fərqi qorxuya yanaşma tərzindədir. Ömrüm boyu bir
dənə də varlı insan görməmişəm ki, pul itirməsin. Amma o
qədər kasıb tanıyıram ki, bir cent belə itirməyib”.
2014-cü ildə ABŞ-da 10 milyon milyonçu (böyük
əksəriyyəti 0-dan başlayıb) və 571 milyardçı vardı. Dünyada
milyardçıların sayı 2355 nəfərə çatıb ki, bunların yalnız 19%-i
varidatını varisliklə alıb, bir hissəsi başqalarından qalan var-
dövlətdən istifadə edərək milyardçı olub, 55%-i isə bütün
varidatını özü qazanıb. Orta hesabla onlar həyatlarında 3 dəfə
bankrot olublar. Riskə yanaşma tərzi işgüzar insanları
digərilərdən fərqləndirən ən vacib keyfiyyətlərdəndir.
22 il uğurlu insanların həyatını öyrənməklə məşğul olan
Napoleon Hill aşkar edib ki, hər bir maneə və ya uğursuzluq
özündə ən azı bir o qədər uğur hüceyrəsi daşıyır. Məşhur
insanların çoxu məhz uğursuzluqlardan sonra sıçrayış ediblər.
Hər bir problemi fürsət kimi dəyərləndirin. Deyl Karnegi
deyirdi ki, həyat sənə limon bəxş edibsə ondan limonad düzəlt.
Çin dilində “böhran” sözü iki ieroqlifdən ibarətdir – birinin
mənası “təhlükə”, digərinin isə “fürsət”-dir, qədim yunan
dilində isə “krizis” sözünun tərcüməsi “qərar”, “dönüş
nöqtəsi”-dir.
Orlandoda Disney World açılanda yağışlar açıq havadakı
66
a raksionlara mane olurdu. Problemi necəsə həll etmək lazım
idi. Nəticədə problemin həlli əlavə gəlir gətirdi. 10 dollara Miki
Maus şəkilli sarı ponçolar satılmağa başlandı.
Başqa misal. Rusiyada zavodlara məhsul satan bir kimya
şirkətindən kimyəvi preparatlar kütləvi şəkildə oğurlanırdı.
Heç bir vasitə kömək etmirdi. Bir məsləhətçi bildirdi ki, əgər
oğurlanırsa, deməli, bu maddəyə əhali arasında tələbat var. Onu
əhaliyə ayrıca satın. Beləliklə, şirkət satışlarını 10 dəfədən çox
qaldırdı.
Praktiki tapşırıqlar:
Bir sütünda hədəflərinizi, yanındakı sütünda isə o
hədəflərə çatma yolunda baş verə biləcək ən pis halı qeyd edin.
Görəcəksiz ki, əksər hallarda itirəcəyiniz o qədər də böyük bir
şey deyil.
5. Yekun.
Daxildən xaricə.
İnsanları xilas etmək üçün dövlətlər ətraf mühiti
dəyişirlər, peyğəmbərlər isə insanların özlərini dəyişərək onları
xilas etməyə çalışırdılar. İnsan uğur qazanmaq üçün gərək
daxildən dəyişsin.
Dəyişikliyin ötürücüsü olun.
Əgər valideynləriniz, müdiriniz və ya başqaları sizi daim
danlayıblarsa, əziblərsə, bu o demək deyil ki, siz də bunu
təkrarlamalısız. Neqativ ənənəni sındırın. Siz başqalarının
taleyini bu yolla müsbət tərəfə yönəldə bilərsiz. Başqalarına
inanaraq, onları öz gözlərində qaldıraraq, onlar üçün yeni
ssenari yazmış olursuz və onlar da yaxşılığa doğru dəyişirlər.
Belə bir eksperiment keçirilmişdi. Alimlər adi tələbələri seçərək
67
Dostları ilə paylaş: |