Uğura İnan Dizayn cdr

Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə37/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   33   34   35   36   37   38   39   40   ...   94

artıb və nəticədə bu sahədəki bir internet-portalın gəliri də artıb.
Ÿ
Qanunvericilikdə dəyişikliklər, mövcud məhdudiyyətlər. 
Hər  dəyişiklik  və  məhdudiyyətlərlə  qarşılaşdıqca 
onlardan  necə  pul  qazanmaq  üçün  istifadə  edəcəyiniz  barədə 
düşünün. İngiliscə buna “monetization” deyilir. Azərbaycanda 
bir iri holdinqin ilk uğurlu layihəsi bilirsiz nə olub? 90-cı illərin 
əvvəlində  Azərbaycan-Rusiya  sərhədləri  demək  olar  ki,  bağlı 
idi.  Buna  görə  də  minik  maşınlarına  böyük  ehtiyac  olduğuna 
baxmayaraq,  bazarda  qıtlıq  vardı.  O  zamanlar  ən  populyar 
avtomobil  “Lada”  sayılırdı.  Vəziyyət  o  hala  çatmışdı  ki, 
müştərilər maşını ikiqat qiymətinə də almağa hazır idilər. Bunu 
görən  həmin  tədbirli  biznesmenlər  Avtovaz-la  müqavilə 
bağlayaraq maşınları Azərbaycana Türkiyə vasitəsilə gətirməyə 
başladılar.  Maşınların  birinci  partiyası  heç  bura  çatmamış 
satılmışdı. Ondan sonra neçə il ərzində bu biznes uğurla davam 
etdi. Mövcud imperiya məhz o kapital əsasında yarandı. Yox, 
səhv etdim. Məhz o sahibkar təfəkkürü əsasında. Çünki əminəm 
ki, o fürsət olmasaydı da başqa bir fürsəti dəyərləndirib həyata 
keçirəcəkdilər.
Ÿ
Trendlər. 
Texnologiyalarda, müştəri ehtiyacları və digər sahələrdə 
trendləri  izləyin  və  proqnozlaşdırmağa  çalışın.  Məsələn,  əgər 
ümumi trend biznesin internetləşdirilməsi istiqamətindədirsə, 
biznesinizi bu sahədə qurun və ya satışınızı burada təşkil edin.
Ÿ
və s.
İdeyanın yaradılma üsulları.
1.  Bütün  ərkiniz  çatan  tanışlarınızın  siyahısını  tutun, 
yanında da onların əlaqələrini və qabiliyyətlərini yazın. Baxın 
görün ki, bu əlaqə və qabiliyyətlərdən hansı biznesdə və necə 
istifadə etmək olar? Tələsməyin, hər şəxs barəsində düşünməyə 
heç olmasa 3-5 dəqiqə vaxt ayırın.
76
Ÿ
Dostlarınız;
Ÿ
Dostlarınızın dostları;
Ÿ
Qohumlar;
Ÿ
Qohumların dostları;
Ÿ
Həyat yoldaşınızın dostları;
Ÿ
Hazırkı və keşmiş iş yoldaşlarınız;
Ÿ
Üzv olduğunuz peşəkar və ictimai təşkilatların üzvləri;
Ÿ
Hazırkı və keçmiş müştəriləriniz;
Ÿ
Hazırkı və keçmiş qonşularınız;
Ÿ
Məktəb, tələbə yoldaşlarınız;
Ÿ
Müəllimləriniz;
Ÿ
Hərbi xidmətdəki yoldaşlarınız;
Ÿ
Birgə idmanla məşğul olduğunuz insanlar;
Ÿ
Sizə xidmət göstərən şəxslər və s. 
2.  Özünüzün  və  ya  tanışlarınızın  qarşılaşdıqları 
problemləri  yazın.  Onları  həll  etmək  üçün  hansı  biznesi 
yaratmaq olar? Hər suala maksimal sayda yazılı cavab verin.
3.  Öz  bacarıqlarınız,  müsbət  keyfiyyətləriniz  və 
hobbilərinizin  siyahısını  yazın.  Bu  bacarıqlarla  hansı  biznesi 
başlamaq  olar?  Vərdişlərin  transformasiyasını  da  nəzərə  alın. 
Məsələn,  müəllimlər  öyrətməklə  yanaşı,  həm  də  ünsiyyət, 
qayda-qanunun  təmin  edilməsi,  planlaşdırma  və  müxtəlif 
qrupları koordinasiya etmək qabiliyyətinə də malikdirlər.
4. Bu günədək ürəyinizdə qalan reallaşdırılmamış uşaqlıq 
arzularınızı yazın. Onları biznesə necə çevirmək olar?
5.  Yenilikləri  izləyin.  Hər  dəyişiklik  zamanı  (böhran, 
inkişaf,  qanunvericilik  dəyişiklikləri  və  s.)  necə  qazanmağın 
yollarını  fikirləşin  (həm  biznesi  başlayanda,  həm  də  inkişaf 
etdirəndə).
6. Hansı sahəyə marağınız var (ola bilər ki, o sahədə hələ 
bilikləriniz azdır). Bu marağı hansı biznesə çevirmək olar? Bir 
hazırcavabın  fikrincə,  qazanmağın  ən  yaxşı  yolu  sevdiyin  işlə 
77

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   94

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə