Uğura İnan Dizayn cdr

Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə40/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   36   37   38   39   40   41   42   43   ...   94

Biznes-ideyanın seçimində köməkçi məlumatlar.
Çalışın ki, biznesə minimal investisiya ilə başlayasız və 
başlayandan sonra da qənaətcil olasız. 
Bunun üçün 5 əsas yol var:
1. Vaxt, bilik, qabiliyyətinizin istifadəsi və ya satışı.
Vaxt, bilik və qabiliyyətinizin istifadəsi sizi xərcə salmır. 
Gücünüzü verin bu istiqamətə. Məsələn, əgər balaca uşaqlarla 
valideynləri  olmadıqda  vaxt  keçirmək  xidmətinə  bazarda 
ehtiyac varsa sizə yalnız kreativliyinizi istifadə etməklə əyləncə 
düşünmək kifayət edə bilər. Ya da əgər hansısa MS və ya digər 
proqramları yaxşı bilirsizsə, bu bacarığınızın monetization (yəni 
pula çevirmək) yollarını düşünməlisiz.
2. Başqalarının bilik, bacarıq və malının istifadəsi və ya satışı.
Məsələn, tanışınızın yaxşı tərcümə qabiliyyəti var. Sadəcə 
sayt  yaradaraq  onun  üçün  müştəri  yığırsız  və  gəliri 
bölüşdürürsüz. Ya da kimsə yaxşı və qeyri-adi şirniyyat bişirə 
bilir. Müştəriləri siz tapırsız. Digər misal. Bir tanışınız sizə, misal 
üçün,  öz  maşınını  və  ya  printerini  verir,  siz  də  biznesinizdə 
onlardan istifadə edirsiz.
3.  Avansın  alınması  (istehsalda,  xidmətdə,  məsələn,  xaricdən 
maşın gətirənlər).
Sərmayədən  az  istifadə  yolunun  biri  də  işinizə  görə 
avansın  alınmasıdır.  Əgər  müştəri  sizə  etibar  edirsə  və 
məhsulunuza yüksək maraq göstərirsə, ödənişin bir hissəsini və 
ya hamısını qabaqcadan etməyə razılaşa bilər.
4. Mövcud olanların təkmilləşdirilməsi. 
Məsələn, görürsüz ki, bir mağaza işini düz qurmayıb deyə 
alveri  aşağıdır,  siz  də  komisyon  haqq  müqabilində  satışların 
artırılmasını üzərinizə götürürsüz.
5. İstədiyinizin pulsuz əldə edilməsi üçün məsləhət görmədiyim 
üsul. 
82
Bunu məsləhət görmürəm, sadəcə dodağınız qaçsın deyə 
yazıram. Bu üsulu kiçik bizneslə məşğul olan bir biznesmen öz 
kitabında  yazmışdı.  Məsələn,  iri  həcmli  mətni  kompüterdə 
yığmaq lazımdırsa yüksək maaşa katibə vakansiyası elan olunur 
və “yoxlama” məqsədilə hərəsinə mətnin müəyyən hissəsinin 
yığılması tapşırılır.
Mayk  Mikalovits  “Boranı  üsulu”  kitabında  biznesi 
boranıya bənzədir və bu analogiyanı belə təsvir edir:
Ÿ
Ən perspektivli toxumlar seçməlisən (nə qədər çalışsan 
da  digərlərindən  iri  boranı  yetişməyəcək).  Yəni,  ən 
yaxşı ideya və biznes-model seçilməlidir.
Ÿ
İmkan varsa bir neçə toxum basdır. Yəni, imkan varsa 
bir neçə biznes və ya istiqamət yarat ki, ən azı birinin 
uğurlu olma şansı artsın.
Ÿ
Yaxşı  qulluq  etməlisən.  Yəni,  biznesdə  çalışqan 
olmalısan.
Ÿ
Artıq  zoğları  çıxarmalısan.  Yəni,  Pareto  qanununa 
əsasən  gəlir  gətirməyəcək  və  problem  yaradan 
müştərilərdən imtina etməlisən.
Ÿ
Zəif  boranılara  qulluq  etmə.  Yəni,  zəif  biznes  və  ya 
istiqamətlərdən əl çəkməlisən.
Ÿ
Ən böyüyünü öz balan kimi bəslə. Yəni, ən yaxşı biznes 
istiqamətlərinin və müştərilərin qayğısına qalmalısan.
Bəzi maraqlı ideya və məhsullar.
Biznesinizə  dəstək  ola  biləcək  bir  sıra  maraqlı  ideyaları, 
həmçinin  bəzi  uğurlu  məhsul  və  xidmətlər  barədə  məlumatı 
diqqətinizə  çatdırmaq  istəyirəm.  Bu  o  demək  deyil  ki,  onları 
təkrarlayasız. Ola bilər ki, bir çoxu bizim müştərilərin tələbatına 
uyğun gəlməsin. Sadəcə göstərmək istəyirdim ki, bəzi hallarda 
ilk  baxışdan  ağlabatan  görünməyən  ideyalar  da  uğur  gətirə 
83

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   94

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə