Uğura İnan Dizayn cdr

Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə42/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   38   39   40   41   42   43   44   45   ...   94

86
və ailənizin sevdiyi məhsullar əsasında alış siyahısını yaratmağa 
imkan  verir.  Müştəri  əvvəlcə  sevdiyi  ərzaqları  və  alış-veriş 
etdiyi dükanları saytda qeyd edir. Sonra isə proqram yaxındakı 
ərzaq  mağazalarının  qiymətlərini  təhlil  edərək  ən  sərfəlilərini 
seçir. Müştəridən soruşulur ki, neçə dəfə yeməyi planlaşdırır və 
hansı  xüsusi  istəkləri  var.  Bundan  sonra  sayt  istəklərə  uyğun 
reseptlər  seçir,  yeməyin  qiymətini  hesablayır  və  bunun  üçün 
tələb olunan ərzağın siyahısını çıxarır.
3-cü fəsil. Kreativ ideyaların generasiyası 
və biznes-ideyanın tam formalaşdırılması.
Giriş
Kreativlik, işə yaradıcı yanaşma sizə həm biznesdə, həm 
də adi həyatda çox kömək edəcək. Demək olar ki, hər bir insan 
kreativliyini aşkar edə və inkişaf etdirə bilər. İndi bunun üçün 
bir sıra ən effektiv texnikalarla tanış olacaq, birlikdə sınaqdan 
keçirəcəyik.  Bu  fəsil  Faiq  Bağırovun  treninqi  əsasında 
hazırlanıb, buna görə də ona təşəkkürümü bildirirəm!
Bəzi vacib məqamlar. Mürəkkəb məntiqi məsələləri niyə 
sona  kimi  həll  etməyə  çalışırıq  və  əksər  hallarda  həll  edirik? 
Çünki  bilirik  ki,  həlli  mövcuddur.  Həyatda  da  hər  hansı  bir 
məsələni həll etməyə başlayanda inanmalıyıq ki, onun həlli var. 
Özü  də  adətən  bir  yox,  bir  neçə  üsulla.  Bununla  yanaşı,  biz 
87

inanmalıyıq ki, çıxış yolunu mütləq tapacağıq.
İnsan yaradıcılığa tuşlandıqda yeni ideyalar hər yerdə və 
hər zaman ağlına gələ bilər: yolda, yataqda, işdə və s. Buna görə 
də  çalışın,  qeydlər  aparmaq  üçün  vasitəniz  həmişə  yanınızda 
olsun və ideyaları mütləq aydın şəkildə qeyd edin. Araşdırmalar 
göstərir  ki,  yeni  fikirlər  əksər  hallarda  çox  qısa  zamanda 
unudulur.  Qeydlərinizi  vaxtaşırı  oxuyun  və  uyğun  olanları 
tətbiq edin.
Mümkün  qədər  bütün  texnikalaları  yoldaşlarınızla 
birlikdə sınaqdan keçirin. Həm daha məhsuldar alınar, həm də 
daha maraqlı olar.
Təsvir edilən hər bir texnikanı imkan daxilində öz biznes-
ideyalarınız  əsasında  işləyin.  Əminəm  ki,  nəticəsini  hiss 
edəcəksiz!
Əvvəlcə gəlin beynimizi açmaq üçün bir oyun oynayaq.
Oyun
Əşyalardan müxtəlif məqsədlə istifadə olunması
Bir  əşya  seçin  (məsələn,  kağız  vərəqi,  iynə,  oturacaq, 
pambıq,  boşqab  və  s.).  İndi  isə  yazın  görək  bu  əşyadan  (o 
cümlədən onun hissələri və materialından) necə istifadə etmək 
olar.  Ən  ağlagəlməz  variantları  da  yazın.  Hərəniz  azı  20-30 
variant tapın. İndi isə yoldaşlarınızla variantları müqayisə edin. 
Məsələn, götürək kağız vərəqinin istifadə imkanlarını:
1.  Üzərində yazmaq olar;
2.  Müxtəlif növ oyuncaq düzəltmək olar (təyyarə, qurbağa, 
gəmi və s.);
3.  Xətkeş kimi istifadə etmək olar;
4.  Trafaret kəsmək olar;
5.  Ocağı yandırmaq üçün istifadə etmək olar;
6.  Nəyisə bükmək üçün istifadə etmək olar;
88
7.  Üzərində şəkil çəkmək olar;
8.  Zərf düzəltmək olar;
9.  Tum tökmək üçün qab düzəltmək olar;
10.  Panama düzəltmək olar;
11.  Sirli məktub üçün istifadə etmək olar (məsələn, üzərində 
südlə  görünməyən  mətn  yazılır,  sonra  isə  alovun  üstünə 
tutduqda mətn görünür);
12.  Çərpələng düzəltmək olar;
13.  Yelpik düzəltmək olar;
14.  Yumrulayaraq müxtəlif oyunlarda istifadə etmək olar;
15.  Əlfəcin  (kitabın  arasına  qoyulan  kağız)  kimi  istifadə 
etmək olar;
16.  Tirdə nişangah kimi istifadə etmək olar;
17.  Üzərində printerdən nəyisə çap etmək olar;
18.  Qatlayaraq  nəyisə  tarazlaşdırmaq  üçün  istifadə  etmək 
olar (məsələn, masanın ayağının altına qoymaqla);
19.  Üzərində müxtəlif oyunlar oynamaq olar;
20.  Çirkli  əşyaları  əlin  batmasın  deyə  onun  vasitəsilə 
götürmək olar;
21.  Sürüşməməkdən  ötrü  sürüşkən  səthin  üstünə  çıxmaq 
üçün onun üzərinə sərmək olar;
22.  Boruçuq  düzəldib  xırda  əşyaları  üfürərək  atmaq  üçün 
alət kimi istifadə etmək olar;
23.  Uzun borucuq düzəldərək göstərici kimi istifadə etmək 
olar;
24.  Müxtəlif fokuslar göstərmək olar;
25.  Qatlayıb bəzən diş çöpü əvəzi kimi istifadə etmək olar;
26.  Müxtəlif bəzək əşyaları düzəltmək olar (məsələn, yolka 
üçün bəzək və hörük şəkilli naxışlar);
27.  Nəyisə silmək olar;
28.  Nəyinsə üstü çirklənməsin və ya cızılmasın deyə üzərinə 
sərmək olar;
89

Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   94

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə