Uğura İnan Dizayn cdr

Yüklə 37,98 Kb.

səhifə39/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
1   ...   35   36   37   38   39   40   41   42   ...   94

yanaşsanız özünüzə yer edə biləcəksiz. Yox, əgər biznes özünü 
doğrultmursa  və  bu  vəziyyəti  düzəltmək  mümkün  deyilsə, 
həmçinin əgər bazarın xeyli hissəsini bir oyunçu tutursa, deməli, 
bu sahənin seçimi uğurlu sayıla bilməz.
6. Bu sahədə təcrübəniz və ya bacarığınız varmı?
Aydın  məsələdir  ki,  bilik  və  ya  təcrübəsi  olan  sahədə 
insanın  uğur  qazanmaq  şansı  daha  yüksək  olur.  Çalışın  ilk 
biznesinizi məhz bu sahələrdən başlayasız.
7. İlkin investisiya və ya sizin qoyduğunuz pay azdırmı?
İlk  biznesdə  təcrübəsizlikdən  uğursuzluq  riski  daha 
yüksək  olduğundan  çalışın  ki,  birinci  işinizə  çox  sərmayə 
qoymayasız. Daha çox öz vaxtınızı bilik və təcrübənizi sərmayə 
əvəzinə istifadə edin ki, itirə biləcəkləriniz yalnız bundan ibarət 
olsun. Digər tərəfdən, ilk biznesə kənardan iri sərmayənin cəlb 
edilməsi də çətindir. İnvestorlar (elə tanış-bilişlər də) belə riskli 
investisiyalara meylli olmurlar.
8. Biznesi böyütmək imkanları varmı?
Ola  bilsin  ki,  birinci  biznes  üçün  bu,  o  qədər  aktual 
olmasın, amma ümumiyyətlə çalışın elə biznes yaradasız ki, onu 
böyütmək  imkanı  olsun.  Nəzərə  alın  ki,  ilk  biznesdə  məqsəd 
həm  biznes  vərdişləri,  həm  də  pul  qazanmaqdır.  Hər  ikisi 
vacibdir.  Sonradan  isə  maddi  ehtiyaclarınız  artdıqca  və 
potensialınız yüksəldikcə biznesdən maddi və mənəvi cəhətdən 
daha çox şey gözləyəcəksiz (daha çox qazanmaq və şirkətinizi 
böyütməkdən zövq almaq istəyəcəksiz).
9. İnvestisiyanın qayıtması dövrü azdırmı?
İlk  biznesinizdə  çalışın  ki,  qoyduğunuz  sərmayənin 
qayıtma müddəti mümkün qədər az olsun (maksimum 1-2 il). 
Özü də qayıdış mümkün qədər tez başlamalıdır. Yəni, biznes-
planda 1 ildən sonra gəlirinizin hamısını birdən almaq nəzərdə 
tutulubsa, ehtiyatlı olun. Yaxşı olardı ki, qayıdış elə ilk aylardan 
hissə-hissə olsun. 
80
10. Kopiyalanması çətindirmi?
Yaxşı  biznes  rəqibləriniz  tərəfindən  çətin  kopiyalanan 
biznesdir.  Sizin  digərlərindən  fərqiniz  elə  olmalıdır  ki, 
rəqibləriniz üstünlüyünüzü özlərində tətbiq edənədək siz artıq 
bazarın xeyli hissəsini tutasız.
11. Passiv gəlir mənbəyinə çevirmək mümkündürmü?
Yaranan  biznesdə  sizin  iştirakınıza  ehtiyac  nə  qədər 
azdırsa,  bir  o  qədər  yaxşıdır.  Belə  biznesdən  gələn  gəlirə 
“passiv”  gəlir  deyilir.  Nəticədə  sizin  həyatdan  həzz  almaq 
şansınız  daha  yüksək  olacaq.  Eyni  zamanda  siz  digər  biznesə 
başlamaq,  ya  da  muzdlu  işlə  məşğul  olmaq  imkanı  əldə 
edəcəksiz. 
12. Ən pis halda itirəcəyinizi məqbul hesab edəcəksizmi (maddi 
və qeyri-maddi itkiləri)?
Müəyyənləşdirin ki, biznesiniz uğursuz olsa itirəcəyiniz 
nə  ola  bilər.  Maddi  cəhətdən  bu,  ilk  növbədə  pul  olacaq.  Elə 
məbləğdə  sərmayə  qoymalısız  ki,  bu  pulun  itirilməsi  sizin 
durumunuzu kritik həddə çatdırmasın. Qeyri-maddi itkiləri də 
nəzərdən  qaçırmayın.  Məsələn,  əgər  biznesin  uğursuzluğu 
yaxın  dostunuz,  qohumunuz  və  s.  ilə  münasibətlərin 
korlanmasına gətirib çıxaracaqsa, bunu işə başlamazdan əvvəl 
yaxşı-yaxşı düşünün.
13. Biznes mövcud trendlərə uyğundurmu?
İstehlakçı  davranışları,  texnologiyanın  təkmilləşməsi 
müəyyən trendlər (yəni inkişaf istiqamətləri) yaradır. Məsələn, 
əgər  trend  rəqəmsal  və  internet  texnologiyalarının  inkişafı 
istiqamətindədirsə,  musiqi  disklərinin  satışına  bel  bağlamaq 
olmaz (çünki istənilən kontenti internetdən münasib qiymətə və 
ya pulsuz yükləmək imkanı var).
81

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   94

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə