Uğura İnan Dizayn cdr

Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə38/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   34   35   36   37   38   39   40   41   ...   94

məşğul olmaq və ona görə sənə pul verəni tapmaqdır.
7. Xoşunuza gələn, diqqətinizi cəlb edən mövcud biznesi 
təhlil  edin.  Bu  biznesi  necə  təkmilləşdirmək  olar  (əlavə  dəyər 
yaratmaq,  xərcləri  azaltmaq,  müştərilərin  sayını  artırmaq,  işçi 
hazırlığına fikir vermək və s.)?
8.  Bütün  bu  siyahı  və  biznes  ideyalarını  tərtib  edəndən 
sonra (əvvəldən də etmək olar) internetdən “kiçik biznes üçün 
ideyalar” adında axtarış verərək bir neçə gününüzü buna sərf 
edin. Yaxşı olardı ki, sorğular azərbaycan dilində deyil, ingilis və 
ya  rus  dillərində  verilsin.  Hə a  deyərdim  ki,  bazarlarımızın 
müəyyən  səbəblərdən  oxşarlığını  nəzərə  alsaq  postsovet 
ölkələrin təcrübəsini öyrənmək üçün axtarış rus dilində edilsə 
daha  yaxşıdır.  Tapdığınız  minlərlə  ideyanın  əksəriyyəti  sizə 
uyğun gəlməyə bilər, amma əminəm ki, ən azı 5-10 uyğun ideya 
tapa  biləcəksiz.  Sual  oluna  bilər  ki,  bu  üsuldan  istifadə  edilsə 
əvvəlkilər  nəyə  lazımdır.  Əslində  isə  əvvəlki  mərhələlər 
vacibdir, çünki imkanlarınızın genişliyini və axtarış istiqamətini 
aydın şəkildə sizə göstərəcək. Hər bir bəndin öz rolu var. Belə 
məqamlarda daha düzgün seçim etmək məqsədilə əlavə bir neçə 
gün də çalışmağa dəyər.
İdeyaların qiymətləndirilmə meyarları.
Yuxarıdakı mərhələdə ideyaları müəyyən etdik. Sonrakı 
mərhələdə  bu  biznes-ideyalarını  aşağıdakı  meyarlarla 
qiymətləndirməliyik.  Amma  bunu  növbəti  fəslin  bütün 
tapşırıqlarını bitirəndən sonra edin (orada doldurulmaq üçün 
cədvəl və şərtlər göstərilib). Bir fikri də əlavə edim. 3-cü və 4-cü 
fəsillərdə ideyaların yoxlanması və sınaqdan keçirilməsi barədə 
ətraflı  yazılacaq.  Amma  bütün  bu  mərhələləri  düzgün,  eyni 
zamanda  mümkün  qədər  sürətlə  keçməlisiz.  “Ağıllı 
fikirləşənədək dəli vurdu çayı keçdi” alınmasın:).
1. Tələbat olacaqmı, müştəri bazası genişdirmi? 
78
Tələbat olmayan bizneslə məşğul olmağa dəyməz. Düzdü, 
ola bilər araşdırma nəticəsində məlum olsun ki, məhsulda və ya 
satış üsullarında müəyyən dəyişikliklər edilsə tələbat yaranardı.
2. Mənfəət gətirəcəkmi? 
Burada söhbət həm sərmayəyə nisbətdə, həm də mütləq 
rəqəmlərlə  ifadə  olunan  mənfəətdən  gedir.  Hər  bir  biznesin 
məqsədi mənfəət əldə etməkdir (əgər sonradan şirkəti tam və ya 
qismən  satmaq  istəyirsizsə  məqsəd  şirkətin  dəyərinin 
artırılması  da  ola  bilər).  Əgər  biznes  kifayət  qədər  mənfəət 
gətirmirsə, deməli, biznes deyil, hobbidir.
3. Bu işlə məşğul olmaq sizin üçün maraqlıdırmı? 
İnsan özünə maraqlı işlə məşğul olsa işindən həzz alacaq 
və daha yaxşı nəticə əldə etməyə şansı artacaq. Çətinlikləri də o 
qədər  vecinə  almayacaq.  Əksinə,  heç  xoşunuz  gəlməyən  bir 
sahədə  biznes  qursanız  ola  bilər  ki,  həyatınızı  əzaba  çevirə-
cəksiz.
4. Maneələr, risklər azdırmı (hüquqi, yeganə təchizatçı və s.)?
Burada  rəsmi  və  qeyri-rəsmi  məhdudiyyətlər  (məsələn, 
dəyişilməsi  çətin  olan  mentalitet  məhdudiyyətləri,  inzibati 
məneələr  və  s.),  həmçinin  ciddi  risklər  nəzərdə  tutulur. 
Müəyyən  sahədə  qanunvericiliyin  dəyişilməsi  nəzərdə 
tutulursa,  o  sahədə  biznesə  başlamağa  tələsməyin.  Əgər 
biznesinizin  təchizatçısı  təkdirsə  və  etibarlı  deyilsə,  o  sahədə 
biznes  qurmaq  çox  təhlükəlidir.  Əgər  bu  və  ya  digər  şəkildə 
monopoliya  mövcuddursa  və  onu  dəf  etmək  olmursa,  digər 
ideyaya  əl  atın.  Belə  maneə  və  risklər  müxtəlif  ola  bilər. 
Araşdırma zamanı onlara ciddi diqqət yetirin.
5.  Belə  bizneslər  mövcuddurmu?  Uğurludurmu?  İri  rəqib 
yoxdurmu?
Əvvəl  yazdığım  kimi,  əgər  belə  biznes  mövcuddursa, 
deməli, bazar var. Biznes mənfəətlidirsə və bazar bir çox xırda və 
orta  bizneslər  arasında  bölünübsə,  deməli,  siz  də  düzgün 
79

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   94

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə