Uğura İnan Dizayn cdr

Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə35/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   31   32   33   34   35   36   37   38   ...   94

“Mətbəx  Couture”  kitabının  müəllifi,  “Buffetique”  kafesinin 
həmsahibidir.
Rafael  Əzizov.  Ziyalı,  kifayət  qədər  imkanlı  ailədəndir, 
amma bu amilin onun karyerasına o  qədər də təsiri olmayıb. Bir 
sıra dövlət qurumlarında çalışdıqdan sonra sığorta şirkətlərində 
satış  üzrə  sədr  müavini,  iri  holdinqlərdən  birinin  Moskva 
nümayəndəliyinin  rəhbəri  işləyib.  Elə  bu  zamanlar  internet 
biznesində  fürsətləri  görüb,  bu  sahəyə  marağı  yaranıb  və  bir 
neçə  uğurlu  layihələrə  başlayıb:  auto.az,  friday.az,  amigo.az, 
COOL  Agency,  Admatika  və  s.  Hal-hazırda  bütün  layihələr 
Raphael Group adı altında fəaliyyət göstərir.
70
2-ci fəsil. Biznes-ideyanın tapılması.
Əgər  birbaşa  bu  fəsildən  başlayırsızsa,  nəticənin  daha 
yüksək olması üçün geriyə qayıdıb Ön söz və “Uğura aparan 
yol” fəsli ilə tanış olduqdan sonra bura qayıdın.
Əgər bizneslə məşğul olmaq qərarına gəlmisizsə və yaxşı 
nəticə əldə etmək istəyirsizsə, növbəti mərhələlərin icrasına bir 
iş  kimi  baxın.  Əgər  işləmirsizsə  bu  prosesə  səhər  9:00-da 
başlayıb ən tezi 18:00-dək gərgin işləməlisiz. Əgər təhsil alırsızsa 
hər gün növbəti mərhələlərin icrasına özünüz üçün konkret vaxt 
ayırın və bu vaxtda yalnız bu işlə məşğul olun. Bu məsələlərdə 
şəxsi intizam olduqca vacibdir.
Bu  hissədə  biz  biznes  ideyasının  tapılması  alqoritmləri 
barədə  danışacağıq.  Hər  bir  alqoritmi  tələsmədən  diqqətlə 
işləyin. Əgər gözləyirsizsə ki, bu kitabçada sizə hazır ideyalar 
veriləcək, yanılırsız. İdeya bankım var, amma onların bir çoxu 
hələ araşdırılmayıb. Bundan başqa, bu gün aktual olan ideya bir 
ildən  sonra  artıq  aktual  olmaya  da  bilər.  Əsas  odur  ki,  siz 
yanaşma tərzini, tapılma mənbə və yollarını biləsiz. Belə olan 
halda siz istənilən zaman yeni ideya yarada biləcəksiz.
Mənəviyyata  və  qanuna  zidd  olmayan  bütün  sahələrdə 
71

biznes  qurmaq  olar.  Lap  elə  peyinin  yığılması  və  ya  satışı, 
zibilliyin  yığışdırılması,  xəstələrə  qulluq  və  s.  sahələri  misal 
gətirmək olar. Başqalarına fikir verməyin. Bu sizin seçiminizdir. 
Gələcəkdə görəcəksiz ki, sizə lağ edənlərin əksəriyyəti sizdən 
xeyli  aşağıdadırlar.  Ümumiyyətlə  bizim  mənəviyyatımızda 
qəribə  dəyişikliklər  baş  verib:  kimsə  küçəni  zibilləyəndə, 
insanlara  kobudluq  edəndə,  qayda-qanunu  pozanda,  zəifləri 
incidəndə buna müdaxilə etmədiyimizə görə utanmırıq, amma 
kimsə  qanun  və  mənəviyyata  zidd  olmayan,  lakin  digərilə-
rindən fərqlənən hərəkət edəndə və ya düşüncəyə malik olanda 
o, gözümüzdə “ağ qarğaya” çevrilir. Ona görə də qoy qanun və 
mənəviyyat prinsiplərini pozanlar utansınlar. Siz özünüz üçün 
yaşayırsız,  başqaları  üçün  yox.  Taksi  sürücüləri  tez-tez 
gileylənirlər: “Eh qardaş, taksovatlıq ən axırıncı işdi”. Səbəbini 
soruşanda deyirlər ki, min cür insanla rastlaşırsan, çətin işdir. 
İzah etməyə çalışıram ki, çətin işdir, razıyam, amma pulu halal 
zəhmətinizlə qazanırsız, oğurluq etmirsiz. Bundan başqa da bu 
sizin öz seçiminizdir. Əgər qane etmirsə başınızı işlədin və başqa 
yol tapın.
Yaxşı mənada pulun qoxusu olmur. Bu sözləri bilirsiz kim 
deyib? Eramızın 1-ci əsrində Roma imperatoru Vespasian boş 
büdcəni doldurmaq üçün müxtəlif yollara əl atırdı. O, bu sözləri 
camaat  ictimai  ayaqyollarının  vergiyə  cəlb  edilməsini 
məsxərəyə qoyanda demişdi və doğrudan da nəticədə büdcəni 
doldura  bilmişdi.  Mənim  bir  tanışım  şirkətlərdən  makulatura 
yığıb  satır.  Əvvəllər  maşınla  şirkətləri  gəzərək  tullantı  kağız 
qutularını  özü  yığırdı.  İndi  isə  bir  neçə  işçisi  var  və  biznesini 
genişləndirmək istəyir. Halal olsun!
Ümumi  götürsək  biznes-ideyanın  yaranması  yolları 
aşağıdakılardan ibarətdir:
1. Hazır biznesin alınması;
2. Françayzinqin alınması;
72
3.  Tamamilə  yeni  ideyanın  tapılması,  mövcud  ideyanın 
kopiyalanması və ya yaxşılaşdırılması;
4.  Mövcud  biznesin  kopiyalanması  və  ya  təkmilləşdi-
rilməsi.
Birincisi və əksər hallarda ikincisi çox vəsait tələb edir. İlk 
biznesdə məsləhət görülür ki, 3-cü varianta ehtiyyatla yanaşasız 
və mümkün qədər 4-cü varianta əl atasız. Sınaqdan çıxmamış 
ideyaya  əsaslanan  biznesin  (3-cü  variant)  müsbət  və  mənfi 
tərəflərini qiymətləndirin.
Mənfi tərəfləri: 
Ÿ
Uğurlu olub-olmayacağını proqnozlaşdırmaq çətindir, 
çünki müqayisə üçün nümunə yoxdur; 
Ÿ
Bəlkə özünü doğrultmur deyə heç kim başlamayıb və 
ya başlayıb yarımçıq atıb?
Ÿ
Bazar  yeni  məhsulu  tanımır  deyə  müştəri  ehtiyacını 
yaratmaq üçün çox vaxt və vəsait tələb oluna bilər;
Ÿ
Yeni sahəyə vəsait cəlb etmək daha çətindir, çünki bank 
və investorlar yeni sahələrin risklərini yüksək sayırlar 
və ora nadir hallarda vəsait ayırırlar.
Müsbət tərəfləri:
Ÿ
Yeni məhsul uğurlu olsa onun üçün bazar demək olar 
ki,  boş  olacaq,  rəqiblər  isə  ən  azı  ilkin  dövrdə 
olmayacaq; 
Ÿ
Müştəriləri  inandırmaq  mümkün  olsa  rəqabətsizlik 
şəraitində yeni məhsulu maya dəyərindən xeyli baha 
qiymətə satmaq mümkündür.
Təcrübəli biznesmenlər məsləhət görürlər ki, ilk təcrübəni 
tamamilə  yeni  ideyanın  reallaşdırılmasında  deyil,  mövcud 
biznesin  kopiyalanması  və  ya  yaxşılaşdırılmasında  qazanasız. 
Amma inadkarlıq göstərib 3-cü yolu seçsəniz, sizə uğurlar!
4-cü yolun da mənfi və müsbət tərəflərinə baxaq
Mənfi tərəfləri:
73

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   94

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə