Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə27/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   23   24   25   26   27   28   29   30   ...   94

işçilərlə münasibətlərdə və s.).
Bundan  başqa,  hamı  ədalətdən,  düzgünlükdən  danışır. 
Elə adam tanıyırsızmı ki, özünü ədalətli və düzgün saymasın? 
Bəs  onda  bu  qədər  problem  hardandır?  Ya  insanlar  səmimi 
deyillər, ya da müxtəlif insanların ədalət, düzgünlük haqqında 
anlayışları  müxtəlifdir.  Aşağıdakı  şəkildəki  kimi  hərəsi 
məsələyə öz prizmasından yanaşır.
Empatik dinləmə  
Empatiya özünü başqa insanın və ya canlının yerində hiss 
etmə bacarığı, başqasının dərdinə şərik olma hissidir. Empatiya, 
eyni  zamanda,  başqa  insanın  emosional  halını  onun 
mimikasından  və  hərəkətlərindən  duyma  qabiliyyətini  ehtiva 
edir. 
İnsanların əksəriyyəti başa düşmək üçün dinləmir, cavab 
vermək  üçün  dinləyirlər.  Həyatınızda  olan  mübahisələri 
yadınıza salın. Hər kəs öz problemindən danışır, qarşı tərəfi isə 
demək olar ki, eşitmir, eşidəndə də sadəcə qulp qoymağa çalışır. 
Bundan başqa, çox vaxt insanlar həmsöhbətlərinə öz baxışlarını 
sırımaq istəyirlər.
Həkim əvvəlcə diaqnoz qoyur, ondan sonra resept yazır. 
Peşəkar  satıcı  da  müştərini  anlamalı  və  ona  malı  yox, 
probleminin həllini satmalıdır.
Demək lazımdır ki, insan məlumatı başqasına 3 vasitə ilə 
ötürür: söz (dediklərinin mənası), səs (tembri, intonasiyası, səsin 
yüksəkliyi)  və  qeyri-verbal  vasitələrlə  (mimika,  jest,  zahiri 
54
görünüş, duruş, hərəkət və s.). Əgər sözlə digər məlumatötürmə 
vasitələri  arasında  ziddiyyət  yaransa  (məsələn,  kobud  səslə 
“Mən səni sevirəm” deyilsə və ya burnunu, saçlarını qaşıyaraq 
“Mən heç narahat deyiləm” deyilsə) sözün təsir qüvvəsi 10%, 
səsin təsir qüvvəsi – 30%, qeyri-verbal vasitələrin isə – 60% təşkil 
edir (İngiltərə psixoloqu Devid Lyuisin qənaətinə görə). Bu təsiri 
bəzi alimlər 7-38-55 nisbətində verirlər. Buna ciddi fikir verin.
Praktiki tapşırıqlar:
1. Emosional bank hesabı aşağı olan bir tanışınızı təsəvvür 
edin.  Bu  vəziyyətə  onun  gözlərilə  baxaraq  yazılı  təsvir  edin. 
Onunla görüş zamanı empatik dinləmə üsulunu tətbiq edərək 
təəssüratlarınızı öz yazılarınızla müqayisə edin.
2. Empatiya barəsində yaxınlarınızdan birinə danışın və 
öz empatiyanızı ona göstərin. Onun təəssüratını soruşun.
3.  İki nəfər söhbət edəndə qulaqlarınızı bağlayın və qeyri-
verbal siqnallara fikir verin.
Sinerjiyə nail olun.
Sinerji  (yunan  dilində  “əməkdaşlıq”,  “dəstək”,  “birgə 
iştirak”  deməkdir )  nəticəsində  alınan  tamlıq  hissələrin 
cəmindən çox olur. Elə bilirsiz 1+1=3 ola bilməz? Əslində çox da 
ola bilər.
Misallar: 
1.  Kitabın  qiyməti  2  manatdır.  Siz  də  iki  nəfərsiz  və 
hərənizdə 1 manat var. Kitabı almaq vacibdir, başqa yerdən pul 
tapmaq imkanı da yoxdur (mağaza 1 dəqiqədən sonra bağlanır). 
Birləşib kitabı alsaz hər ikiniz oxuya bilərsiz. 
2.  Bir  vaxtlar  Sovet  İ ifaqında  əmək  zərbəçilərinin 
Staxanov  hərəkatı  geniş  yayılmışdı.  Əvvəllər  şaxtaçılar  həm 
kömürü qırır, həm də dirəkləri quraşdırırdılar. Staxanov yeni 
qayda  icad  etdi.  Bir  nəfər  kömürü  qırırdı,  iki  nəfərsə  eyni 
55


zamanda  dirəkləri  bərkidirdilər.  Nəticədə  plan  28  dəfə  artıq 
yerinə  yetirildi  (düzdü,  adambaşına  düşən  artım  9  dəfə  idi, 
amma bu da az deyildi).
3. Layihə üzrə işçi qrupu yaradılır. Onlar ayrı-ayrılıqda işi 
bir aya bitirəcəkdilərsə, qrupda düzgün vəzifə bölgüsü, təcrübə 
bölüşməsi  nəticəsində  sinerji  yaradaraq  işi  on  günə  də 
tamamlaya  bilərlər.  Sinerji  mənbəyi  olan  fərqləri  qiymətlən-
dirmək lazımdır.
Təsəvvür  edin,  iki  nəfərsiz,  hərənizdə  də  bir  alma  var. 
Onları dəyişsəz hərənizdə neçə alma olacaq? Yenə də bir. Amma 
hərəniz bir şey bilirsizsə, onda necə? Bəli, hərənizdə artıq 2 bilgi 
olacaq. Sinerjinin bir forması da budur.
Mövzuya aid deyil, sadəcə bir məntiqi sual verim beyniniz 
açılsın.  İki  nəfərsiz.  Nəyi  bölüşsəz  heç  birinizdə  heç  nə 
qalmayacaq  (olduğunuzdan  da  məhrum  olacaqsız)?  Cavabını 
praktiki tapşırıqların sonunda deyəcəm.
Praktiki tapşırıqlar:
1. Sinerji üçün öz həyatınızda ən azı 1 variant tapın.
2. Sizə lazımlı sahələr üzrə maraqlı insanların siyahısını 
tərtib edin. Onlarla tanış olmağa çalışın.
3. Digər insanlara kömək etməyə başlayın.
4.  İndiki  və  ya  gələcək  fəaliyyətinizə  uyğun  təşkilatları, 
qrupları (canlı, sosial şəbəkələrdə, internetdə) müəyyən edin və 
onlara qoşularaq aktiv iştirakçı olun.
5.  Tanışlarınıza  qarşı  diqqətli,  pozitiv  olun  və  onlara 
yaxşılıq edin. 
6. Məntiqi sualın cavabı sirrdir.
8. Maliyyə sahəsində düzgün strategiya.
Bu mövzuda da bir çox müəllif yazıb. Bodo Şeferin “7 ilə 
ilk milyon” kitabını xüsusi qeyd etmək istəyirəm. Əsas məsələ 
56
bir  milyona  sahib  olmaq  deyil  (lotereyada  da  udub  pulları 
havaya  sovurmaq  olar),  əsas  məsələ  bir  milyonluq  insan 
olmaqdır  (yəni  qazanmaq  bacarığınız  olmalıdır  ki,  bu  pulu 
dəfələrlə qazana biləsiz).
Bələdçidə  təsvir  edilən  uğurlu  insan  keyfiyyətlərinin 
hamısı varlı olmaq üçün önəmlidir. Məsələn, əgər pulun əl çirki 
olduğunu  beyninizdən  çıxarmasaz,  pul  qazana  bilməzsiz. 
Əslində pul şəxsi rahatlıq və müstəqilliklə yanaşı imkansızlara 
yardım etmək, yeni məktəblər və xəstaxanalar tikdirmək üçün 
bir vasitədir. Siqaretdən imtina etmək qənaətdir, o pulu yığın. 
Baxaq  görək  günə  3  manatlıq  (və  ya  dollarlıq) siqaret  pulunu 
illik 12%-lə banka yerləşdirsək nə qədər olacaq (kapitalizasiya 
aylıq olsa, yəni faizə faiz aylıq hesablansa). 10 ilə 20 700, 20 ilə 89 
000, 30 ilə 315 000, 40 ilə 1 060 000, 50 ilə isə 3 515 000. Düzdü, 
depozitə  aylıq  yerləşdirməni  və  inflyasiyanı  da  nəzərə  almaq 
lazımdır (ayda bir dəfə banka gəlmək yəqin ki, problem deyil, 
ikincisinin  təsirini  azaltmaq  üçünsə  vəsaiti  nisbətən  sabit 
valyutada saxlamaq olar).
Rəngli fotolar, şəkillər, qrafiklər və s. vasitələrlə hədəfinizi 
vizuallaşdırın  və  tez-tez  onlara  baxıb  özünüzü  hədəfə  çatmış 
kimi təsəvvür edin.
Əvvəlcə özünüzə kömək edin (gəlirinizin 10%-ini, əlavə 
gəlirinizin isə 50%-ini yığın və düşünülmüş şəkildə investisiya 
edin). Deməyin ki, bu mümkün deyil. Corc Kleysonun sözlərinə 
əsasən xərc gəlirə uyğun artır. Doğrudan da maaş və ya gəlir 
artdıqda heç bilmirsən bu əlavə pul hara gedir.
Cəmiyyətimizdə  əşyalarla  özünü  göstərmə  qüsuru  var. 
İlkin tələbatını güclə ödəyən insan da bahalı telefon, dəbli geyim 
və digər əhəmiyyətsiz əşyalar alır (əksəriyyəti də kreditlə). ABŞ-
da varidatı 3-5 milyon arasında olan insanların yalnız 10%-inin 
maşını  45  000  dollardan  bahadır.  Qalanlarının  ən  bahalı 
kostyumu 400, saatı isə 235 dollardır. Bir milyonçu maşını 2 aylıq 
57


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə