Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə24/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   20   21   22   23   24   25   26   27   ...   94

indiyədək hiss edirəm:).
Ÿ
Təşəbbüskar olun. Yeni sahələri öyrənin, təkliflər verin. 
Ola bilər ki, bu sahə sizə tapşırılsın. Bir stüardessa təklif 
etmişdi  ki,  müştərilərə  yemək  zamanı  iki  zeytun 
əvəzinə biri verilsin və aviaşirkət bundan ildə 40 000 
dollar  qənaət  etmiş  oldu.  Əminəm  ki,  bu  təşəbbüsün 
sahibi irəli gedəcək.
Aktiv olun. Tədbirlər, cəmiyyətlər təşkil edin və ya 
hazırlığında iştirak edin. Peşəkar təşkilat və qrupların 
aktiv  üzvü  olun.  İctimai  işlərdən  qaçmayın.  Şəxsi  və 
p e ş ə k a r   u ğ u r   ü z r ə   d ü n y a d a   ə n   m ə ş h u r 
məsləhətçilərdən biri olan Brayan Treysi öz həyatından 
belə bir misal gətirir. Bir gün o, Ticarət palatasının üzvü 
olur  və  biznesdə  təhsil  komitəsində  fəaliyyət 
göstərməyi üzərinə götürür. Aktivliyinə görə yarım il 
sonra onu komitə rəhbərinin müavini seçirlər. Komitə 
rəhbəri o ərazidə ən qocaman və nüfuzlu biznesmen idi 
və dövlət, həmçinin biznes dairələrində geniş əlaqələri 
vardı və Treysini onlarla tanış edirdi. Yarım ildən sonra 
Palatanın  illik  yığıncağının  aparılması  ona  həvalə 
olundu  və  hazırlıq  işlərinin  xeyli  vaxt  və  zəhmət 
a p a r a c a ğ ı n a   b a x m a y a r a q ,   B r a y a n   T r e y s i 
məmnuniyyətlə  razılaşdı.  Nəticədə  o,  bütün  nüfuzlu 
insanlarla  tanış  oldu.  İclasdan  sonra  onu  dövlət 
orqanına  işə  dəvət  etdilər.  Buradakı  fəaliyyətin  əks-
sədası  nəticəsində  şəhərin  ən  tanınmış  biznesmen-
lərindən  biri  onu  işə  dəvət  edərək  iki  dəfə  çox  maaş 
verdi  və  üstəlik  səhmlərini  də  bölüşdü.  Növbəti  2  il 
ərzində onun gəliri 2 dəfə də artdı. Nə qədər çox insanın 
xoşuna gələ bilsəz, bir o qədər sayda qapı sizin üçün 
açıq olacaq.
Ÿ
Brendinizin  üzərində  çalışın.  İnsanı  zahiri  əlamətlərə 
48
görə qarşılayırlar (geyim, bədən dili, səs əlamətləri). İlk 
təəssürat  ilk  4  saniyə  ərzində  yaranır.  İlk  təəssüratı 
yaratmaq  üçün  sizin  ikinci  şansınız  olmayacaq!  Bir 
satıcı uzun bığ və saqqal saxlayırdı. Keyfiyyətləri əla 
olsa da satışda uğur qazana bilmirdi. Demə, müştərilər 
belə zahiri görkəmli adama etibar etmirlərmiş. Üzünü 
qırxandan bir müddət sonra o, öz şirkətində ən yaxşı 
satıcı oldu. Geyim həm də özünüzə əminlik yaradır. Bir 
çox  eksperimentlər  göstərir  ki,  yaxşı  zahiri  görünüş 
insana  həyatda  köməklik  edir.  Burada  halo  effekti 
özünü  göstərir.  Nəticədə  yaxşı  zahiri  görkəmə  malik 
olan şəxslər orta hesabla daha rahat iş tapır, ünsiyyət 
qura  bilir,  seçkilərdə  qalib  gəlir,  hə a  daha  ağıllı 
sayılırlar  və  məhkəmədə  hakimlər  tərəfindən  daha 
yumşaq cəzalandırılırlar. Danışığınızı və bədən dilinizi 
məşq  etdirin.  Amma,  hər  halda,  daxili  keyfiyyətlər 
d a h a   va c i b d i r .   U ğ u r l u   n e t v o r k i n q   ü ç ü n   s i z 
digərlərindən  fərqlənməlisiz.  Özünüzü  müəyyən 
sahənin  ekspertinə  çevirin  və  bunu  hamının  beyninə 
yeridin.  Jurnalistlərin  dostu  olun.  İnternetdə  də 
imicinizi  unutmayın.  E-mail  ünvanını,  avatarınızı, 
təhlükəsizlik  seçənəklərini  gözdən  keçirin,  kənar 
şəxslərin  görə  biləcəyi  paylaşdığınız  məlumatlara 
xüsusi fikir verin. Bir çox şirkətlər namizədlərin sosial 
şəbəkələrdəki  profayllarını  öyrənir.  Əlaqələrinizin 
siyahısını tərtib edin (adı, harada çalışır, şirkətin sahəsi, 
vəzifəsi, necə (və ya harada) tanış olmusuz, telefon, e-
mail, hansı sosial şəbəkələrdə var, hansı tezliklə əlaqə 
yaradılmalı,  növbəti  addım  nə  və  nə  vaxt  olmalıdır). 
Tanışlarınıza  sizi  unutmağa  imkan  verməyin.  Yeri 
gəlmişkən,  çatışmayan  keyfiyyətlərimdən  biri  də  elə 
budur, aradan qaldırmağa çalışıram:).
49


Pul bank hesabına necə yığılırsa, münasibətlərdə də xoş 
hərəkətləri emosional bank hesabına yığmaq olar. Hesabda nə 
qədər  çox  vəsait  olsa  (davranışınızın  hesabına)  ondan  bir  o 
qədər çox istifadə edə bilərsiz (yəni sizə o qədər bağışlanacaq və 
ya ediləcək).
6 əsas emosional əmanət növü:
1. Anlamaq (bütün digər əmanətlərin açarıdı). Başqasının 
dərin  ehtiyaclarını,  maraqlarını  anlamaq  və  öz  davranışında 
mümkün qədər həmin şəxsin prioritetlərini nəzərə almaq. Belə 
bir vəziyyəti təsəvvür edin: metroda gedirsiz. Dayanacaqda bir 
kişi  öz  azyaşlı  uşaqları  ilə  vaqona  daxil  olur.  Uşaqlar  az  qala 
camaatın başına çıxırlar, ataları isə heç bir reaksiya vermir. Sizin 
kişiyə  münasibətiniz  necə  olardı  (hər  sualdan  əvvəl  vəziyyəti 
təsəvvür edərək cavab verin, sonra oxumağa davam edin)? Bəs 
bilsəydiz ki, elə təzəcə onun həyat yoldaşı dünyasını dəyişib? 
Əgər bilsəydiz ki, yoldaşını öldürən elə özüdü? Bəs bilsəydiz ki, 
heç  demə  yoldaşı  terrorçu  imiş  və  bütün  şəhəri  zəhərləmək 
istərkən əri onu öldürüb? Görürsüzmü bir anda eyni hadisəyə 
qarşı fikrimiz neçə dəfə dəyişdi?!
2.  Xırdalıqlara  diqqət:  əlamətdar  tarixləri  unutmamaq, 
ətrafdakılara diqqət göstərmək, xoş söz demək və s.
3. Öhdəlik və verdiyin sözə əməl etmək.
4. Yaxınlarından nə gözləyirsənsə açıb de. Onlar da sənə 
desinlər. Münasibətlərdə qeyri-müəyyənlik nə qədər az olsa bir 
o qədər yaxşıdır.
5. Şəxsiyyətin bütövlüyü. Sözlər, hərəkətlər və fikirlər biri-
birinə uyğun olmalıdır (xüsusi halları nəzərə almasaq, məsələn, 
xəstəni  qorumaq  üçün  ona  pis  xəbərin  deyilməməsi). 
Düzgünlük,  sadiqlik  (hə a  hazırda  yanınızda  olmayanlara 
qarşı). Onun əksi ikiüzlülük, riyakarlıqdır. 
6.  Hesabdan  çıxarış  edildikdə  səmimi  üzrxahlığın 
50
edilməsi.
Qarşılıqlı xeyir prinsipi ilə hərəkət et (win-win).
Başqalarını  istədiyimiz  kimi  hərəkət  etməyə  həvəslən-
dirmək  üçün  maraqlar  balansını  qorumalıyıq.  Yalnız  öz 
istəyimizi,  maraqlarımızı  qabartsaq  başqalarından  dəstək 
gözləməyə dəyməz. Bir şirkətdə işçilər arasında tez-tez konflikt 
olurdu,  komanda  kimi  fəaliyyət  yox  dərəcəsində  idi.  Rəhbər 
guya  ki,  şirkətindəki  işçilər  arasında  əməkdaşlığın  artması 
məqsədilə  müsabiqə  elan  etdi  ki,  ən  çox  satış  edən  xaricə 
səyahətə  gedəcək.  Nəticədə  təbii  ki,  münasibətlər  düzəlmədi, 
qeyri-sağlam rəqabət bir az da artdı. Bunun əvəzinə bütün şirkət 
üçün ümumi hədəf müəyyən edilə bilərdi və əsas mükafat kimi 
bütün kollektiv üçün xaricdə olmasa da, daxildə maraqlı tədbir 
keçirilə  bilərdi  (ən  çox  satış  edənləri  isə  ikinci  dərəcəli 
mükafatlarla təltif etmək olardı). 
İnsanlar arasındakı münasibətlərdə 5 yanaşma:
1. Win-win – hər iki tərəf udur. Bunun üçün qəbul etmək 
lazımdır ki, resurslar hamıya çatar, tam qələbə o qədər də real 
deyil, olsa da uzunmüddətli deyil.
2.  Win-lost  –  mən  uduramsa,  sən  uduzursan.  Avtorita-
rizmin əlamətidir.
3. Lost-win – mən uduzum, sən ud. Əsasən zəif, pessimist 
insanlara xasdır.
4. Lost-lost – hər iki tərəf kinli, intiqamçı olanda baş verir. 
Məsələn, bir ailə ayrılanda əri hirsindən bölünməli olan 50 000-
lik  əmlakı  50  dollara  satıb  ki,  həyat  yoldaşına  az  pul  çatsın 
(özünün də eyni qədər itirməsinə baxmayaraq).
5.  Win  –  yalnız  öz  qazancını  fikirləşir,  başqalarını 
düşünmür.
Hansı  yanaşma  daha  yaxşıdır?  Vəziyyətdən  asılıdır. 
51


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə