Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə25/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   21   22   23   24   25   26   27   28   ...   94

Pul bank hesabına necə yığılırsa, münasibətlərdə də xoş 
hərəkətləri emosional bank hesabına yığmaq olar. Hesabda nə 
qədər  çox  vəsait  olsa  (davranışınızın  hesabına)  ondan  bir  o 
qədər çox istifadə edə bilərsiz (yəni sizə o qədər bağışlanacaq və 
ya ediləcək).
6 əsas emosional əmanət növü:
1. Anlamaq (bütün digər əmanətlərin açarıdı). Başqasının 
dərin  ehtiyaclarını,  maraqlarını  anlamaq  və  öz  davranışında 
mümkün qədər həmin şəxsin prioritetlərini nəzərə almaq. Belə 
bir vəziyyəti təsəvvür edin: metroda gedirsiz. Dayanacaqda bir 
kişi  öz  azyaşlı  uşaqları  ilə  vaqona  daxil  olur.  Uşaqlar  az  qala 
camaatın başına çıxırlar, ataları isə heç bir reaksiya vermir. Sizin 
kişiyə  münasibətiniz  necə  olardı  (hər  sualdan  əvvəl  vəziyyəti 
təsəvvür edərək cavab verin, sonra oxumağa davam edin)? Bəs 
bilsəydiz ki, elə təzəcə onun həyat yoldaşı dünyasını dəyişib? 
Əgər bilsəydiz ki, yoldaşını öldürən elə özüdü? Bəs bilsəydiz ki, 
heç  demə  yoldaşı  terrorçu  imiş  və  bütün  şəhəri  zəhərləmək 
istərkən əri onu öldürüb? Görürsüzmü bir anda eyni hadisəyə 
qarşı fikrimiz neçə dəfə dəyişdi?!
2.  Xırdalıqlara  diqqət:  əlamətdar  tarixləri  unutmamaq, 
ətrafdakılara diqqət göstərmək, xoş söz demək və s.
3. Öhdəlik və verdiyin sözə əməl etmək.
4. Yaxınlarından nə gözləyirsənsə açıb de. Onlar da sənə 
desinlər. Münasibətlərdə qeyri-müəyyənlik nə qədər az olsa bir 
o qədər yaxşıdır.
5. Şəxsiyyətin bütövlüyü. Sözlər, hərəkətlər və fikirlər biri-
birinə uyğun olmalıdır (xüsusi halları nəzərə almasaq, məsələn, 
xəstəni  qorumaq  üçün  ona  pis  xəbərin  deyilməməsi). 
Düzgünlük,  sadiqlik  (hə a  hazırda  yanınızda  olmayanlara 
qarşı). Onun əksi ikiüzlülük, riyakarlıqdır. 
6.  Hesabdan  çıxarış  edildikdə  səmimi  üzrxahlığın 
50
edilməsi.
Qarşılıqlı xeyir prinsipi ilə hərəkət et (win-win).
Başqalarını  istədiyimiz  kimi  hərəkət  etməyə  həvəslən-
dirmək  üçün  maraqlar  balansını  qorumalıyıq.  Yalnız  öz 
istəyimizi,  maraqlarımızı  qabartsaq  başqalarından  dəstək 
gözləməyə dəyməz. Bir şirkətdə işçilər arasında tez-tez konflikt 
olurdu,  komanda  kimi  fəaliyyət  yox  dərəcəsində  idi.  Rəhbər 
guya  ki,  şirkətindəki  işçilər  arasında  əməkdaşlığın  artması 
məqsədilə  müsabiqə  elan  etdi  ki,  ən  çox  satış  edən  xaricə 
səyahətə  gedəcək.  Nəticədə  təbii  ki,  münasibətlər  düzəlmədi, 
qeyri-sağlam rəqabət bir az da artdı. Bunun əvəzinə bütün şirkət 
üçün ümumi hədəf müəyyən edilə bilərdi və əsas mükafat kimi 
bütün kollektiv üçün xaricdə olmasa da, daxildə maraqlı tədbir 
keçirilə  bilərdi  (ən  çox  satış  edənləri  isə  ikinci  dərəcəli 
mükafatlarla təltif etmək olardı). 
İnsanlar arasındakı münasibətlərdə 5 yanaşma:
1. Win-win – hər iki tərəf udur. Bunun üçün qəbul etmək 
lazımdır ki, resurslar hamıya çatar, tam qələbə o qədər də real 
deyil, olsa da uzunmüddətli deyil.
2.  Win-lost  –  mən  uduramsa,  sən  uduzursan.  Avtorita-
rizmin əlamətidir.
3. Lost-win – mən uduzum, sən ud. Əsasən zəif, pessimist 
insanlara xasdır.
4. Lost-lost – hər iki tərəf kinli, intiqamçı olanda baş verir. 
Məsələn, bir ailə ayrılanda əri hirsindən bölünməli olan 50 000-
lik  əmlakı  50  dollara  satıb  ki,  həyat  yoldaşına  az  pul  çatsın 
(özünün də eyni qədər itirməsinə baxmayaraq).
5.  Win  –  yalnız  öz  qazancını  fikirləşir,  başqalarını 
düşünmür.
Hansı  yanaşma  daha  yaxşıdır?  Vəziyyətdən  asılıdır. 
51


İdmanda Win-lost, digərinin etimadını qazanmaq üçün hərdən 
Lost-win,  müharibə  zamanı  Lost-lost  ola  bilər.  Amma  əksər 
hallarda mümkün qədər Win-win-ə çalışmaq lazımdır. Bunun 
üçün  danışıqlar  zamanı  maraqlara  fokuslanmaq  vacibdir, 
mövqelərə yox və növbəti 4 mərhələ tətbiq edilməlidir:
1. Problemə digər tərəfin mövqeyindən yanaşın. Məsələn, 
bir nəfər yeniliklərə etiraz edirdi və müxtəlif arqumentlərlə ona 
qarşı çıxırdı. Məsələni araşdıranda hiss etdim ki, o, dəyişikliklər 
nəticəsində  öz  işini  itirməkdən  qorxur.  Yaxşı  işçi  olduğundan 
ona  bildirdim  ki,  narahat  olmasın,  işdən  çıxarılma  təhlükəsi 
yoxdur, bütün etirazlar bitdi. 
2. Problemin əsas məqamlarını müəyyən edin.
3. Müəyyən edin ki, hansı nəticələr tamamilə qənaətbəxş 
hesab oluna bilər.
4.  Bu  nəticələrə  çatmaq  üçün  yeni  variantlar  hazırlayın. 
Məsələn,  su  şirkəti  firmaya  su  gətirir  və  gündə  2  qab 
müqabilində kuleri pulsuz yerləşdirir. Firmada böhranla bağlı 
işçilər azalır və günə yalnız 1 qab suya ehtiyac qalır. Su şirkəti isə 
deyir ki, mən kuleri pulsuz yalnız günə 2 qab su müqabilində 
verə  bilərəm.  Çıxış  yolu  nə  ola  bilər?  Məsələn,  elə  eyni 
mərtəbədə  yerləşən  şirkətlə  danışırsız  ki,  onlar  mətbəx  üçün 
günə 1 qab su götürsünlər və problem həll oluna bilər, çünki su 
şirkəti üçün əsas məsələ satılan suyun miqdarıdır.
Misal:  3-cü  alternativin  tapılması.  Ailə  məzuniyyətə 
hazırlaşır. Əvvəldən planlaşdırılıb ki, bütün ailə təbiətə yaxın 
yerdə  istirahət  edəcək,  balıq  tutacaqlar.  Bütün  hazırlıq  işləri 
görülüb.  Birdən  xanım  ərinə  bildirir  ki,  anasını  yuxusunda 
görüb, ürəyi kövrəlib, səhər də ona zəng edəndə anası birtəhər 
danışıb  (anası  doğrudan  da  xəstədir),  “ölər  özümə  bağışlaya 
bilmərəm”  (bəylər  bilirlər  ki,  xanımlarda  belə  gözlənilməz 
hallar tez-tez olur:). Burada 3-cü alternativ (hər tərəfi mümkün 
52
qədər qane edən çıxış yolu) nə ola bilər? Variantlar: anasını da 
özlərilə götürsünlər və ya istirahətə başqa vaxt getsinlər ya da 
anasıgilə  getsinlər  və  oralarda  münasib  yer  tapıb  istirahət 
etsinlər və s. 
Praktiki tapşırıqlar:
1.  Razılaşma  əldə  etmək  istədiyiniz  insanı  və  problemi 
müəyyən edin.
2. Win-win yanaşmasının tətbiqi üçün maneələr siyahısını 
tərtib edin. Onların aradan qaldırılması üçün öz təsir dairəniz 
çərçivəsində nə edə bilərsiz? Qənaətbəxş nəticəni müəyyən edin 
və danışıqlara başlayın.
3.  Münasibəti  sizin  üçün  vacib  olan  3  şəxslə  emosional 
bank hesabı balansını qiymətləndirin. Hər biri ilə hesabı necə 
doldura bilərsiz? 
4.  Tanışlarınız  arasında  Win-win  yanaşmasının  etalonu 
varmı? Əgər varsa daim ondan öyrənin.
Əvvəl başa düşməyə çalışın, sonra başa düşülməyə. 
Gəlin  belə  bir  eksperiment  keçirək.  Linkdəki  videoya 
baxın. Xahiş edirəm ki, bu videodakı insanın saat əqrəbi üzrə və 
ya tərsinə fırlanmasını müəyyənləşdirəsiz:
www.illuzi.ru/node/12
 
Bu videonu başqa şəxslərə də göstərin. Bəziləri deyəcək ki, 
saat  əqrəbi  istiqamətində  fırlanır,  digərləri  isə  tərsinə.  Çalışın 
biri-birinizə  fikrinizi  izah  edəsiz.  Gördüyünüz  kimi  insanlar 
eyni  obyektə  baxaraq  tamamilə  fərqli  şey  görürlər  və  hər  iki 
qrup  haqlıdır.  Vacib  deyil  ki,  iki  nəfərin  mübahisəsində  biri 
mütləq haqlı olsun, digəri isə əksinə (hərçənd belə də ola bilər). 
Başqalarının  fikrini  anlamaq  istəyi  və  qabiliyyəti  uğur 
qazanmaq üçün olduqca vacib keyfiyyətlərdəndir (danışıqların 
aparılmasında, satış zamanı, ailə üzvləri, dost-tanış, rəhbər və 
53


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə