Uğura İnan Dizayn cdr


Partners  şirkətindən  tanınmış



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə20/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   16   17   18   19   20   21   22   23   ...   94

ixtisaslaşan  Pedersen&Partners  şirkətindən  tanınmış 
iri holdinqlərin birinə rəhbər vakansiyası üzrə görüşə 
dəvət aldım. Tələblərdən biri ingilis dilini mükəmməl 
bilmək  idi.  Onlara  dedim  ki,  dili  səlis  bilmirəm.  Bax 
beləcə mehribancasına vidalaşdıq:).
6. Fədakar olmalısız ki, işinizin ustasına çevriləsiz.
Yaxşı  nəticə  uzunmüddətli  gərgin  iş  tələb  edir.  Məşhur 
natiqlərdən biri yazırdı ki, yarım saatlıq çıxışı üçün yüzlərlə saat 
vaxt sərf edir. Uğur təsadüf və ya bəxtin nəticəsi deyil. Heç nə 
etməmiş qazanmaq olmaz. Saata nə məqsədlə baxdığınız sizin 
həmin  işdə  uğurunuzun  göstəricisidir  (“vaxt  tez  bitsəydi 
gedərdim”  düşünürsüz,  yoxsa  qoyduğunuz  vaxt  çərçivəsində 
işi  çatdırmaq  barəsində?).  Ən  yüksəkmaaşlı  amerikalılar 
həftənin 6 günü ərzində orta hesabla gündə 10 saat işləyirlər.
Uinston  Çörçil  sanki,  ilkin  kapitalı  olmayan  sizin  kimi 
biznesmenlər  üçün  vaxtilə  belə  demişdi:  “Öz  qanım,  ağır 
zəhmətim,  göz  yaşlarım  və  tərimdən  başqa  təklif  edəcək  heç 
nəyim yoxdur”. 
Vaxt sərf etmədən, zəhmət çəkmədən qazanmaq mümkün 
deyil.  Çox  lotereya  oynayanlar,  maliyyə  piramidalarına  pul 
yerləşdirənlər  xülyalara  qapılaraq  rahatca  varlı  olmaq  istəyən 
insanların klassik nümunələridir.
Öz  sahənizin  ən  yaxşısı  olmağa  çalışın.  Bunun  üçün 
əvvəlcədən  yaxşı  şəraitdə  başlamaq  vacib  deyil.  Stiv  Cobs  və 
Stiv  Voznyak  biznesə  qarajda  başlamışdılar.  Tələsmək  olmaz. 
İsveçrə  Kulinariya  İnstitutunu  bitirmək  üçün  7  il  oxuyub 
olduqca mürəkkəb imtahanlardan keçmək tələb olunur. Amma 
bu məktəbin məzunları dünyanın istənilən məşhur restoranına 
ən yüksək maaşla işə məmnuniyyətlə qəbul olunurlar.
Sizdən  gözləniləndən  daha  çox  edin  (istər  biznesdə, 
istərsə  də  muzdlu  işdə).  Avtoritar  müdir  haqqında  hadisə 
40
yadınızdadırmı?  Gözləndiyindən  artığını  edəcəyinizi  adətən 
heç kim ağlına belə gətirmir. Buna görə də əlavə etdiyiniz qarşı 
tərəfə xoş bir sürpriz olur və onun yaddaşında həkk olunur.
Yazdığınız  hədəflərə  çatmaq  üçün  malik  olmalı 
xüsusiyyətləri  adətə  çevirin.  Əvvəl  dediyimi  bir  daha  təkrar 
edirəm. Psixoloqların qənaətinə görə bunun üçün 3 ay vaxt sərf 
etmək  lazımdır.  Neqativ  adətlərinizdən  əl  çəkin.  Beləliklə,  il 
ərzində  özünüzdə  azı  4  dəyişiklik  edin.  Buna  nail  olmağın 
üsullarından  biri  də  öhdəçilikdir.  Bir  nəfər  siqareti  atmaq 
qərarına gələndən sonra geriyə yolu olmasın deyə hörmət etdiyi 
bütün  tanışlarına  bu  barədə  məktub  göndərir.  Hər  dəfə  əli 
siqaretə uzananda həmin adamların onu necə lağa qoyacaqlarını 
və  iradəsiz  sayacaqlarını  göz  önünə  gətirməsi  onu  bu  pis 
fikirdən  daşındırırdı.  Məqsədlərə  çatmaqda  da  bu  üsulun 
köməyi var. Misal üçün, mən də bu kitabın tamamlanması üçün 
bu üsuldan istifadə etdim. Bir treninqdən sonra təklif olundu ki, 
hər iştirakçı bir öhdəlik götürsün və onu elan etsin. Bildirdim ki, 
bir  aya  kitabı  yekunlaşdıracam.  Bundan  sonra  geriyə  yol 
qalmadı:).
Həmişə  “daimi  mükəmməlləşdirmə”  prinsipilə  yaşayın.  
Bu prinsip “kaydzen” adlanır, ilk dəfə Toyotada tətbiq edilib və 
mümkün  qədər  hər  gün,  çox  xırda  da  olsa,  hər  hansı  sahədə 
mükəmməlləşdirməni nəzərdə tutur.
7. Ünsiyyət qabiliyyətinizi inkişaf etdirin. Əlaqələrinizi 
genişləndirin.
Deyl  Karneginin  “Dostları  necə  qazanmalı  və  insanlara 
necə  təsir  etməli”  kitabını  oxumusuzmu?  Ondan  sonra  bu 
mövzuda minlərlə kitab yazılsa da, müəllif bəziləri tərəfindən 
tənqid  edilsə  də,  bu  əsər  indiyədək  öz  aktuallığını  qoruyub 
saxlayır.  Ünsiyyət  qabiliyyəti  uğur  qazanmaq  üçün  ən  vacib 
keyfiyyətlərdəndir.  Milyardçı  Endrü  Karnegi  zavod  rəhbəri 
41


Çarlz Şvaba illik 1 milyon dollar maaş təyin etmişdi. İndiki pulla 
400  milyon  dollar  edir.  Özünün  dediyinə  görə  o,  bu  maaşı 
insanlarla ünsiyyət qurmaq bacarığına görə alırdı (dil tapmaq, 
inandırmaq, motivə etmək).
Ətrafınızın  sizə  təsiri,  insanlarla  münasibət  və 
netvorkinq
Sizin  əhatə  dairəniz  daxili  aləminizi  əks  etdirir.  Deyin 
dostunuz kimdir, deyim siz kimsiz. Eyni zamanda, ətrafınız da 
(insanlar, iş, istirahət yerləri) sizə ciddi təsir göstərir. Krabların 
belə bir xüsusiyyəti var. Onları bir vedrəyə atsanız, çölə çıxmaq 
istəyəni digərləri dartıb salır içəri. Cəmiyyətimizi xatırladırmı? 
Digər  eksperimentdə  meymunları  bir  otaqda  ac 
saxlayırlar.  Sonra  ağacdan  bir  banan  asırlar.  Bunu  görən  ilk 
meymun ona çatmağa can atanda bütün meymunların üstünə 
buz kimi soyuq su tökürlər. Bunu bir neçə dəfə etdikdən sonra 
yeni  cəhd  edən  meymunu  digərləri  sadəcə  döyürdü  və  bir 
müddət sonra heç kim daha cəhd etmirdi. Otağa salınan başqa 
meymun da bananı götürməyə cəhd etdikdə onun da başına bu 
əhvalatı  gətirirdilər.  Bundan  sonra  o  da  daha  təşəbbüs 
göstərmədi.  Beləliklə  bir-bir  üzərinə  su  tökülmüş  bütün 
meymunları  yeniləri  ilə  əvəzlədilər.  Sonradan  otaqda  su 
tökülmüş  bir  dənə  də  meymun  qalmayanda  da  davranış 
dəyişmədi.  Sizi  aşağıya  dartan,  inkişaf  etməyə  qoymayan 
əlaqələri mümkün qədər məhdudlaşdırın.
İnsanlara qarşı diqqətli olun, daim kömək etməyə çalışın, 
səmimi  tərifləməkdə  xəsis  olmayın,  tənqid  etməyin  və 
etdikləriniz  gözləmədiyiniz  yerdən  sizə  qayıdacaq.  İnsanlar 
əvvəlcə özlərinə qarşı yaxşılıq gözləyirlər ki, sonradan reaksiya 
versinlər.  Belə  etməyin.  Əvvəl  əkməlisiz  ki,  sonradan  biçəsiz. 
Birinci siz olun.
Xeyriyyəçiliklə  məşğul  olun  və  əvvəl-axır  xeyrini 
42
görəcəksiz. Dünyanın ilk dollar milyardçısı olan Con Rokfeller 
cavanlığında həftədə 3,75 dollar maaş alırdı. 20%-ni yığır, 50%-
ni kilsəyə verir, qalan 30%-ə yaşayırdı. 52 yaşında dünyanın ən 
zəngin insanı olanda ağır xəstəliyə tutulur. Həkimlər ona çoxu 
bir il vaxt vermişdilər. Rokfeller neft şirkətlərinindəki paylarının 
yarısını sataraq 500 milyon vəsaitlə ilk Rokfeller Fondunu təsis 
etdi və möcüzə baş verdi. Xəstəlik təslim oldu, biznes də uğurla 
davam etdi. O, 97 yaşadək ömür sürdü və varidatı ilk fondun 
yaradılmasından əvvəlki dövrlə müqayisədə xeyli çoxalmışdı.
Hacı Zeynalabdin Tağıyevin adı çəkiləndə hansı hissləri 
keçirirsiz? 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının 
süqutundan sonra onun bütün əmlakı müsadirə edilir. Nəriman 
Nərimanov  Tağıyevin  xeyriyyəçiliyinə  görə  onu  qoruyur  və 
yaşamaq  üçün  mülklərindən  birini  seçmək  imkanı  verir.  O, 
vaxtilə  xeyriyyəçilik  etməsəydi  belə,  əmlakı  müsadirə 
olunacaqdı və özünə heç nə qalmayacaqdı. Amma filantropik 
fəaliyyətinə görə Tağıyev daim xalqımızın yaddaşında qalacaq.
Bu barədə bir çox müəlliflər yazıblar. Məsələn, Co Vitale 
“Pulu  necə  qazanmalı”  kitabını  tamamilə  bu  fikir  əsasında 
qurub.  Pulunuz  az  olanda  da  digərlərinə  təmənnasız  kömək 
edin, əvəzini görəcəksiz.
Bill  Qeyts,  Uorren  Baffet  və  Mark  Sukerberq  öhdəlik 
imzalayıblar  ki,  varidatlarının  yarısını  xeyriyyəçiliyə 
xərcləyəcəklər.
Ömür  yoldaşı  və  işgüzar  partnyorun  axtarışına  ciddi 
yanaşın.  Bu  seçim  ömrünüzü  dəyişdirə  bilər.  Kağızda 
xırdalıqlarınadək  onlarda  görmək  istədiyiniz  keyfiyyətləri 
yazın  və  belə  insanı  təsəvvür  edin.  Öz  müsbət  və  çatışmayan 
keyfiyyətlərinizi də yazın, üzərində işləyin. Cazibə qanunu sizi 
qovuşduracaq.
Sizi  nə  qədər  insan  pozitiv  adam  kimi  tanıyırsa,  uğur 
qazanmaq üçün imkanlarınız bir o qədər çox olacaq. Tanışlarınız 
43


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə