psixoloqla söhbət etdim, amma nəticəsi olmadı. O
zamanlar o qədər də tanınmayan bir peşəkarla
layihəmiz alındı. Əvvəlcədən ona bildirmişdim ki, bu
layihə üçün büdcəmiz məhduddur və simvolik bir
məbləğə razılaşdıq. Sonradan hə a mən bu bankdan
çıxandan sonra yeni analoji layihəyə sizcə kimi dəvət
etdilər? Elədir, həmin mütəxəssisi. Mən başqa şirkətdə
Treninq Mərkəzinin təşkili üçün də artıq normal
məbləğlə yenə bu adamı cəlb etdim və nəticəsi çox yaxşı
oldu. Məncə hər iki tərəf belə münasibətdən qazanmış
oldu. Burada Robert Çaldininin “Təsir psixologiyası”
bestsellerində yazdığı kimi “qarşılıqlı mübadilə”
effektinin təsiri də özünü göstərir. Bir nəfər kiməsə
yaxşılıq edibsə qarşı tərəf adətən eynilə cavab verməyə
çalışır. Deyiləni təsdiq edən çoxsaylı eksperi-
mentlərdən biri haqqında danışım. Dəvət edən şəxs (bu
rolu eksperimenti keçirənlərin nümayəndəsi oynayır)
cəlb olunan sənətşünasların bir qismini (ayrılıqda)
fasilə zamanı öz hesabına aldığı kolaya qonaq edir,
digərlərini isə etmir. Ekspert işini bitirdikdən sonra
cəlb edən şəxs ona bildirir ki, eyni zamanda lotereya
satışı ilə də məşğuldur və bir neçəsini almağı xahiş edir.
Nəticədə kolaya qonaq edilən ekspertlər digərlərindən
2 dəfə çox lotereya alırlar. Hə a kolanın qiymətindən
artıq ödəyərək. İndi isə imkanınız varsa 2-3 nəfərlik
qruplara bölünün. Biri digərlərinə öz problemini
danışsın. digərləri real köməkliklərini təklif etsin.
Bundan sonra verdiyiniz sözə əməl edin!
Ÿ
Uğurlu netvorkinq üçün siz gərək qarşı tərəf üçün
maraqlı olasız: onlarda maraq doğuran təkliflər edin,
onları səmimicəsinə tərifləyin, öz intellektual
səviyyənizi daim artırın, maraqlı bacarığınız və ya
46
hobbiniz olsun.
Ÿ
Əlaqələrin yaradılması vaxt tələb edir. Netvorkinq, bir
şey lazım olanda təcili surətdə kimisə tapıb problemləri
həll etmək yolu deyil, insanlarla münasibətlərin
qurulması istiqamətində sistemli işdir. Bir dəfə -də
bir nəfərdən dostluq təklifi aldım. Onun iş yerinə
baxdıqda yazdım ki, əgər söhbət reklamdan gedirsə
bunun üçün dostluqda olmağa ehtiyac yoxdur. Cavab
verdi ki, səbəbi bu deyil. Bir neçə gündən sonra isə,
mənim ad günümdə, o, mənə konfransa dəvət
göndərdi. Təbriksiz, filansız. Sizcə mən nə etdim? Onu
dostluqdan çıxardım. Düzmü etdim? Bilmirəm.
İnsanların əksəriyyəti kimi mən də sevmirəm ki,
məndən istifadə etsinlər.
Ÿ
Münasibətlərdə səmimiliyi də unutmaq olmaz. Mən
rəhbər vəzifələrdə işləyəndə çoxlu təbrik və hədiyyələr
alıram. Bir dəfə işsiz qaldığım dövrdə hədiyyə və
təbriklərin sayı xeyli azaldı, nəhayət hədiyyə göndərən
bir nəfər qaldı. Aydındır ki, söhbət hədiyyənin
özündən yox, müxtəlif vəziyyətlərdə göstərilən
diqqətin fərqindən gedir. İnsanın yaddaşında bunlar
qalır.
Ÿ
Mümkün qədər körpüləri yandırmayın. Necə deyərlər,
insanlar həyatda iki dəfə görüşür. Tale belə gətirib ki,
çalışdığım 2 quruma yenidən qayıtmışam. Əvvəl iri bir
holdinqin bankında çalışdıqdan bir neçə il sonra həmin
holdinqdə digər şirkətin rəhbərlərindən olmuşam,
bundan başqa əvvəl işlədiyim bankların birində
sonralar maraqlı bir layihəyə dəvət olundum.
Ayrılarkən insanlarla yaxşı münasibəti qoruyun. Mənfi
nümunəm də təəssüf ki, var. Bir nəfərlə mənasız yerdə
münasibətim elə korlandı ki, bunun mənfi təsirini
47
indiyədək hiss edirəm:).
Ÿ
Təşəbbüskar olun. Yeni sahələri öyrənin, təkliflər verin.
Ola bilər ki, bu sahə sizə tapşırılsın. Bir stüardessa təklif
etmişdi ki, müştərilərə yemək zamanı iki zeytun
əvəzinə biri verilsin və aviaşirkət bundan ildə 40 000
dollar qənaət etmiş oldu. Əminəm ki, bu təşəbbüsün
sahibi irəli gedəcək.
Aktiv olun. Tədbirlər, cəmiyyətlər təşkil edin və ya
hazırlığında iştirak edin. Peşəkar təşkilat və qrupların
aktiv üzvü olun. İctimai işlərdən qaçmayın. Şəxsi və
p e ş ə k a r u ğ u r ü z r ə d ü n y a d a ə n m ə ş h u r
məsləhətçilərdən biri olan Brayan Treysi öz həyatından
belə bir misal gətirir. Bir gün o, Ticarət palatasının üzvü
olur və biznesdə təhsil komitəsində fəaliyyət
göstərməyi üzərinə götürür. Aktivliyinə görə yarım il
sonra onu komitə rəhbərinin müavini seçirlər. Komitə
rəhbəri o ərazidə ən qocaman və nüfuzlu biznesmen idi
və dövlət, həmçinin biznes dairələrində geniş əlaqələri
vardı və Treysini onlarla tanış edirdi. Yarım ildən sonra
Palatanın illik yığıncağının aparılması ona həvalə
olundu və hazırlıq işlərinin xeyli vaxt və zəhmət
a p a r a c a ğ ı n a b a x m a y a r a q , B r a y a n T r e y s i
məmnuniyyətlə razılaşdı. Nəticədə o, bütün nüfuzlu
insanlarla tanış oldu. İclasdan sonra onu dövlət
orqanına işə dəvət etdilər. Buradakı fəaliyyətin əks-
sədası nəticəsində şəhərin ən tanınmış biznesmen-
lərindən biri onu işə dəvət edərək iki dəfə çox maaş
verdi və üstəlik səhmlərini də bölüşdü. Növbəti 2 il
ərzində onun gəliri 2 dəfə də artdı. Nə qədər çox insanın
xoşuna gələ bilsəz, bir o qədər sayda qapı sizin üçün
açıq olacaq.
Ÿ
Brendinizin üzərində çalışın. İnsanı zahiri əlamətlərə
48
görə qarşılayırlar (geyim, bədən dili, səs əlamətləri). İlk
təəssürat ilk 4 saniyə ərzində yaranır. İlk təəssüratı
yaratmaq üçün sizin ikinci şansınız olmayacaq! Bir
satıcı uzun bığ və saqqal saxlayırdı. Keyfiyyətləri əla
olsa da satışda uğur qazana bilmirdi. Demə, müştərilər
belə zahiri görkəmli adama etibar etmirlərmiş. Üzünü
qırxandan bir müddət sonra o, öz şirkətində ən yaxşı
satıcı oldu. Geyim həm də özünüzə əminlik yaradır. Bir
çox eksperimentlər göstərir ki, yaxşı zahiri görünüş
insana həyatda köməklik edir. Burada halo effekti
özünü göstərir. Nəticədə yaxşı zahiri görkəmə malik
olan şəxslər orta hesabla daha rahat iş tapır, ünsiyyət
qura bilir, seçkilərdə qalib gəlir, hə a daha ağıllı
sayılırlar və məhkəmədə hakimlər tərəfindən daha
yumşaq cəzalandırılırlar. Danışığınızı və bədən dilinizi
məşq etdirin. Amma, hər halda, daxili keyfiyyətlər
d a h a va c i b d i r . U ğ u r l u n e t v o r k i n q ü ç ü n s i z
digərlərindən fərqlənməlisiz. Özünüzü müəyyən
sahənin ekspertinə çevirin və bunu hamının beyninə
yeridin. Jurnalistlərin dostu olun. İnternetdə də
imicinizi unutmayın. E-mail ünvanını, avatarınızı,
təhlükəsizlik seçənəklərini gözdən keçirin, kənar
şəxslərin görə biləcəyi paylaşdığınız məlumatlara
xüsusi fikir verin. Bir çox şirkətlər namizədlərin sosial
şəbəkələrdəki profayllarını öyrənir. Əlaqələrinizin
siyahısını tərtib edin (adı, harada çalışır, şirkətin sahəsi,
vəzifəsi, necə (və ya harada) tanış olmusuz, telefon, e-
mail, hansı sosial şəbəkələrdə var, hansı tezliklə əlaqə
yaradılmalı, növbəti addım nə və nə vaxt olmalıdır).
Tanışlarınıza sizi unutmağa imkan verməyin. Yeri
gəlmişkən, çatışmayan keyfiyyətlərimdən biri də elə
budur, aradan qaldırmağa çalışıram:).
49
Dostları ilə paylaş: |