ixtisaslaşan Pedersen&Partners şirkətindən tanınmış
iri holdinqlərin birinə rəhbər vakansiyası üzrə görüşə
dəvət aldım. Tələblərdən biri ingilis dilini mükəmməl
bilmək idi. Onlara dedim ki, dili səlis bilmirəm. Bax
beləcə mehribancasına vidalaşdıq:).
6. Fədakar olmalısız ki, işinizin ustasına çevriləsiz.
Yaxşı nəticə uzunmüddətli gərgin iş tələb edir. Məşhur
natiqlərdən biri yazırdı ki, yarım saatlıq çıxışı üçün yüzlərlə saat
vaxt sərf edir. Uğur təsadüf və ya bəxtin nəticəsi deyil. Heç nə
etməmiş qazanmaq olmaz. Saata nə məqsədlə baxdığınız sizin
həmin işdə uğurunuzun göstəricisidir (“vaxt tez bitsəydi
gedərdim” düşünürsüz, yoxsa qoyduğunuz vaxt çərçivəsində
işi çatdırmaq barəsində?). Ən yüksəkmaaşlı amerikalılar
həftənin 6 günü ərzində orta hesabla gündə 10 saat işləyirlər.
Uinston Çörçil sanki, ilkin kapitalı olmayan sizin kimi
biznesmenlər üçün vaxtilə belə demişdi: “Öz qanım, ağır
zəhmətim, göz yaşlarım və tərimdən başqa təklif edəcək heç
nəyim yoxdur”.
Vaxt sərf etmədən, zəhmət çəkmədən qazanmaq mümkün
deyil. Çox lotereya oynayanlar, maliyyə piramidalarına pul
yerləşdirənlər xülyalara qapılaraq rahatca varlı olmaq istəyən
insanların klassik nümunələridir.
Öz sahənizin ən yaxşısı olmağa çalışın. Bunun üçün
əvvəlcədən yaxşı şəraitdə başlamaq vacib deyil. Stiv Cobs və
Stiv Voznyak biznesə qarajda başlamışdılar. Tələsmək olmaz.
İsveçrə Kulinariya İnstitutunu bitirmək üçün 7 il oxuyub
olduqca mürəkkəb imtahanlardan keçmək tələb olunur. Amma
bu məktəbin məzunları dünyanın istənilən məşhur restoranına
ən yüksək maaşla işə məmnuniyyətlə qəbul olunurlar.
Sizdən gözləniləndən daha çox edin (istər biznesdə,
istərsə də muzdlu işdə). Avtoritar müdir haqqında hadisə
40
yadınızdadırmı? Gözləndiyindən artığını edəcəyinizi adətən
heç kim ağlına belə gətirmir. Buna görə də əlavə etdiyiniz qarşı
tərəfə xoş bir sürpriz olur və onun yaddaşında həkk olunur.
Yazdığınız hədəflərə çatmaq üçün malik olmalı
xüsusiyyətləri adətə çevirin. Əvvəl dediyimi bir daha təkrar
edirəm. Psixoloqların qənaətinə görə bunun üçün 3 ay vaxt sərf
etmək lazımdır. Neqativ adətlərinizdən əl çəkin. Beləliklə, il
ərzində özünüzdə azı 4 dəyişiklik edin. Buna nail olmağın
üsullarından biri də öhdəçilikdir. Bir nəfər siqareti atmaq
qərarına gələndən sonra geriyə yolu olmasın deyə hörmət etdiyi
bütün tanışlarına bu barədə məktub göndərir. Hər dəfə əli
siqaretə uzananda həmin adamların onu necə lağa qoyacaqlarını
və iradəsiz sayacaqlarını göz önünə gətirməsi onu bu pis
fikirdən daşındırırdı. Məqsədlərə çatmaqda da bu üsulun
köməyi var. Misal üçün, mən də bu kitabın tamamlanması üçün
bu üsuldan istifadə etdim. Bir treninqdən sonra təklif olundu ki,
hər iştirakçı bir öhdəlik götürsün və onu elan etsin. Bildirdim ki,
bir aya kitabı yekunlaşdıracam. Bundan sonra geriyə yol
qalmadı:).
Həmişə “daimi mükəmməlləşdirmə” prinsipilə yaşayın.
Bu prinsip “kaydzen” adlanır, ilk dəfə Toyotada tətbiq edilib və
mümkün qədər hər gün, çox xırda da olsa, hər hansı sahədə
mükəmməlləşdirməni nəzərdə tutur.
7. Ünsiyyət qabiliyyətinizi inkişaf etdirin. Əlaqələrinizi
genişləndirin.
Deyl Karneginin “Dostları necə qazanmalı və insanlara
necə təsir etməli” kitabını oxumusuzmu? Ondan sonra bu
mövzuda minlərlə kitab yazılsa da, müəllif bəziləri tərəfindən
tənqid edilsə də, bu əsər indiyədək öz aktuallığını qoruyub
saxlayır. Ünsiyyət qabiliyyəti uğur qazanmaq üçün ən vacib
keyfiyyətlərdəndir. Milyardçı Endrü Karnegi zavod rəhbəri
41
Çarlz Şvaba illik 1 milyon dollar maaş təyin etmişdi. İndiki pulla
400 milyon dollar edir. Özünün dediyinə görə o, bu maaşı
insanlarla ünsiyyət qurmaq bacarığına görə alırdı (dil tapmaq,
inandırmaq, motivə etmək).
Ətrafınızın sizə təsiri, insanlarla münasibət və
netvorkinq
Sizin əhatə dairəniz daxili aləminizi əks etdirir. Deyin
dostunuz kimdir, deyim siz kimsiz. Eyni zamanda, ətrafınız da
(insanlar, iş, istirahət yerləri) sizə ciddi təsir göstərir. Krabların
belə bir xüsusiyyəti var. Onları bir vedrəyə atsanız, çölə çıxmaq
istəyəni digərləri dartıb salır içəri. Cəmiyyətimizi xatırladırmı?
Digər eksperimentdə meymunları bir otaqda ac
saxlayırlar. Sonra ağacdan bir banan asırlar. Bunu görən ilk
meymun ona çatmağa can atanda bütün meymunların üstünə
buz kimi soyuq su tökürlər. Bunu bir neçə dəfə etdikdən sonra
yeni cəhd edən meymunu digərləri sadəcə döyürdü və bir
müddət sonra heç kim daha cəhd etmirdi. Otağa salınan başqa
meymun da bananı götürməyə cəhd etdikdə onun da başına bu
əhvalatı gətirirdilər. Bundan sonra o da daha təşəbbüs
göstərmədi. Beləliklə bir-bir üzərinə su tökülmüş bütün
meymunları yeniləri ilə əvəzlədilər. Sonradan otaqda su
tökülmüş bir dənə də meymun qalmayanda da davranış
dəyişmədi. Sizi aşağıya dartan, inkişaf etməyə qoymayan
əlaqələri mümkün qədər məhdudlaşdırın.
İnsanlara qarşı diqqətli olun, daim kömək etməyə çalışın,
səmimi tərifləməkdə xəsis olmayın, tənqid etməyin və
etdikləriniz gözləmədiyiniz yerdən sizə qayıdacaq. İnsanlar
əvvəlcə özlərinə qarşı yaxşılıq gözləyirlər ki, sonradan reaksiya
versinlər. Belə etməyin. Əvvəl əkməlisiz ki, sonradan biçəsiz.
Birinci siz olun.
Xeyriyyəçiliklə məşğul olun və əvvəl-axır xeyrini
42
görəcəksiz. Dünyanın ilk dollar milyardçısı olan Con Rokfeller
cavanlığında həftədə 3,75 dollar maaş alırdı. 20%-ni yığır, 50%-
ni kilsəyə verir, qalan 30%-ə yaşayırdı. 52 yaşında dünyanın ən
zəngin insanı olanda ağır xəstəliyə tutulur. Həkimlər ona çoxu
bir il vaxt vermişdilər. Rokfeller neft şirkətlərinindəki paylarının
yarısını sataraq 500 milyon vəsaitlə ilk Rokfeller Fondunu təsis
etdi və möcüzə baş verdi. Xəstəlik təslim oldu, biznes də uğurla
davam etdi. O, 97 yaşadək ömür sürdü və varidatı ilk fondun
yaradılmasından əvvəlki dövrlə müqayisədə xeyli çoxalmışdı.
Hacı Zeynalabdin Tağıyevin adı çəkiləndə hansı hissləri
keçirirsiz? 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının
süqutundan sonra onun bütün əmlakı müsadirə edilir. Nəriman
Nərimanov Tağıyevin xeyriyyəçiliyinə görə onu qoruyur və
yaşamaq üçün mülklərindən birini seçmək imkanı verir. O,
vaxtilə xeyriyyəçilik etməsəydi belə, əmlakı müsadirə
olunacaqdı və özünə heç nə qalmayacaqdı. Amma filantropik
fəaliyyətinə görə Tağıyev daim xalqımızın yaddaşında qalacaq.
Bu barədə bir çox müəlliflər yazıblar. Məsələn, Co Vitale
“Pulu necə qazanmalı” kitabını tamamilə bu fikir əsasında
qurub. Pulunuz az olanda da digərlərinə təmənnasız kömək
edin, əvəzini görəcəksiz.
Bill Qeyts, Uorren Baffet və Mark Sukerberq öhdəlik
imzalayıblar ki, varidatlarının yarısını xeyriyyəçiliyə
xərcləyəcəklər.
Ömür yoldaşı və işgüzar partnyorun axtarışına ciddi
yanaşın. Bu seçim ömrünüzü dəyişdirə bilər. Kağızda
xırdalıqlarınadək onlarda görmək istədiyiniz keyfiyyətləri
yazın və belə insanı təsəvvür edin. Öz müsbət və çatışmayan
keyfiyyətlərinizi də yazın, üzərində işləyin. Cazibə qanunu sizi
qovuşduracaq.
Sizi nə qədər insan pozitiv adam kimi tanıyırsa, uğur
qazanmaq üçün imkanlarınız bir o qədər çox olacaq. Tanışlarınız
43
Dostları ilə paylaş: |