şüaları insanı yandırmır, amma lupa ilə şüalar cəmlənsə
yandırar. Sadəcə etmək kifayət deyil, nəticə əldə etmək lazımdır.
Çalışın nəticələriniz digərlərindən yüksək olsun.
Nəticə etibarilə zamanı düzgün idarə etmək 3 hissədən
ibarətdir:
1. Lazım olan işləri görmək.
2. İşləri vaxtında və effektiv görmək.
3. Lazımsız işlərdən imtina etmək və ya ötürmək.
Hədəfləri prioritetə görə bölün və icra planlarını
hazırlayın. Stiven Kovi buna dair maraqlı bir müqayisə gətirir.
Bir vedrə götürün. İçinə mümkün qədər çox iri daş doldurun.
Hesab edirsiz ki, yer qalmayıb? İndi boş yerləri daha kiçik
daşlarla doldurun. Yer qaldımı? Sonra boşluqları qumla
doldurun. Yenə boşluq qalıbmı? Sonda vedrə dolanadək su
tökün. İndi vedrə doğrudan da doludur. Bu əşyalar
gördüyümüz işlərdir. Əşya nə qədər böyükdürsə vacibliyi bir o
qədər artıqdır. Əgər biz vedrəni əvvəl lazımsız şeylərlə
doldursaydıq, vacib şeylərə yer çatmayacaqdı. Əvvəlcə vacib
işlərdən başlayın.
Eyzenhauer matrisi:
ABŞ prezidenti Eyzenhauerin matrisini işinizdə rəhbər
tutun. İşləri 4 hissədən ibarət dördbucaq üzrə bölün.
1-ci hissəyə aid iş nümunəsi (SMART üzrə yazılmayıb):
xəstələnmişəm və həkimə getməliyəm. 2-ci hissəyə aid iş
nümunəsi: xəstələnməmək üçün idmanla məşğul olmalıyam. 3-
cü hissəyə aid iş nümunəsi: telefon zəng çalır (dəstəyi qaldırmaq
1-təcili (uzağı 24 saat ərzində edilməli) və
vacib işlər
2-təcili olmayan vacib işlər
3-təcili, amma vacib olmayan işlər
4-təcili olmayan və vacib olmayan işlər
34
təcilidir, amma əksər hallarda qaldırmasan da problem
yaranmaz). 4-cü hissəyə aid iş nümunəsi: daxil olan e-mail-a
baxmalıyam.
1-ci hissəyə tuşlanmaq olmaz. 2-ci hissəyə işləyərək
çalışmalıyıq ki, 1-ci hissəyə iş az keçsin, əks halda ömrü boyu
necə deyərlər yalnız “yanğını söndürməklə” məşğul olacaqsız.
Misaldan da görünür ki, 2-ci hissənin icrası məhz elə bir vəziyyət
yaradır ki, oradan 1-ci hissəyə işlər ya heç daxil olmur, ya da az
daxil olur. 2-ci və 4-cü hissələrin həlli üçün proaktivlik lazımdır.
Çox güman ki, sizin gələcəyinizə ən çox təsir edən işlər məhz 2-ci
hissədəkilərdir.
İşə dərhal başlayın, sonraya saxlamayın. Brayan Treysi
sonraya saxlanan işləri qurbağaya bənzədir. Nə qədər nifrət
etsək də onları yeməliyik. Əvvəl onlar balaca olur, vaxt getdikcə
isə böyüyür. Bu işləri əvvəl-axır etməliyik deyə yaxşı olar ki,
qurbağalar balaca olanda onları udaq, əks halda böyümüş
qurbağaları tikələrə bölərək yeməyə məcbur olacağıq.
Vaxtınızı böləndə mövcud vaxtın 50-60%-ini nəzərə alın.
Gözlənilməz hadisələr ola bilər. Amma bundan sonra gərək
nəzərdə tutduğunuz işləri vaxtında bitirəsiz.
İtalyan iqtisadçısı Pareto 20/80 qaydasını yaratmışdı. Bu
qayda demək olar ki, hər yerdə özünü doğruldur. Bizim hala
tətbiq etsək bu o deməkdir ki, işlərimizin ancaq 20%-i
əhəmiyyətli dərəcədə həyatımıza təsir göstərə bilir. Belə ki,
uğurlarımızın 80%-i məhz həmin 20%-lik işlərin icrası
nəticəsində əldə olunur. Bu 20% demək olar ki, tamamilə 2-ci
hissədəki işlərdən ibarətdir.
“Yox” deməyi bacarın. Planlarınızı icra etməyə mane olan
dostlarınıza (planlarınızda onlara da müəyyən qədər vaxt
ayırmalısız), müdirinizə, vaxtyeyənlərə (mobil telefon,
kompüter, televizor, sosial şəbəkələr və s.) “yox” deməyi
bacarmalısız. Orta hesabla insan ömrünün 7,6 ilini televizora
35
baxır, 8,5 ilini yolda keçirir, 2,8 ilini xəstə olur, 1,5 ilini heç nə
etmir). Gündə 2 saat televizora baxsaq 60 ilə 5 il alınır, 3 saat
telefonla oynasaq – 7,5 il. Bu vaxtı azaltsaq, yoldakı vaxtımızı
səmərəli keçirsək (audiokitabları dinləyərək), sağlamlığımıza
fikir verərək az xəstələnsək, 7-8 saatdan çox yatmasaq biz 15
ildən çox vaxt qazanmış oluruq. Bunun üçün güclü iradə tələb
olunur.
2-ci hissəyə əsaslanan orqanayzerın 6 meyarı:
1. Uyğunluq (matrisdə qeyd edilən iş və hədəflər
dəyərlərə, əvvəl müəyyən etdiyimiz uzunmüddətli hədəflərə
uyğun olmalıdır);
2. Balans (imkan daxilində bütün sahələri əhatə etməlidir:
iş, şəxsi inkişaf, ailə, sağlamlıq). Ən vacib anlarda balansdan
kənarlaşmaq da mümkündür;
3. Böhranın qarşısını alaraq daim böhran şəraitində
işləməmək üçün 2-ci hissəyə fokuslanma;
4. Formalizmdən qaçma (nəticəyə tuşlanın, işləri sadəcə
quş qoymaq xətrinə etməyin);
5. Çeviklik (bu alət sizin qulunuz olmalıdır, ağanız yox,
ciddi ehtiyac olanda dəyişikliklər edin, amma bundan sui-
istifadə etməyin);
6. Mobillik (daim üstünüzdə olsun).
2-ci hissəni özünüz edin, 4-cü hissənin icrasını mümkün
qədər tamamilə başqalarına ötürün, 1-ci və 3-cü hissələrin
əksəriyyətini digər şəxslərə ötürün (işçilərinizə, kiçik
qardaşınıza, sizdən az bacarıqlı dostunuza və s.).
Praktiki tapşırıqlar:
1. Eyzenhauer matrisini çəkin, görülməli işlərinizi dörd
hissəyə bölün.
2. Ötürülməli işlər və belə şəxslər varsa onları qeyd edin
(işləri və şəxsləri). Ötürmə planını tərtib edin.
36
3. Bu həftə üçün plan çızın. Hədəfləri hərəkət planına
çevirin və icraya başlayın. Həftənin axırında nəticələri təhlil
edin.
4. Bundan sonra həftəlik planlamanı adətə çevirin və
bunun üçün vaxt ayırın (bazar günü axşam və ya birinci gün
səhər).
5. Daim yeni biliklərə can atın və onları tətbiq edin.
İndiki dünya sürətli inkişaf və yarış dünyasıdır. Hazırda
dəyərin əsas mənbəyi informasiya və bilikdir. Bəşəriyyətin
topladığı biliklər hər il 2 dəfə artır (oxuduğum bu məlumatdan
özüm də dəhşətə gəlirəm!). Əgər biliklərinizin artımı
çalışdığınız sahə biliklərinin artım templərindən aşağı olsa çox
güman ki, çətinliklərlə üzləşəcəksiz. Gördüyünüz işi (biznesi və
ya muzdlu işi) mükkəmməl bilməlisiz. Öz sahənizdə birinci
olmağa çalışın. Uğurlarınız sizi arxayınlaşdırmasın. İndi elə bir
dövrdü ki, yerində qalmaq üçün hərdən irəliləmək kifayət etmir,
qaçmaq lazım gəlir. Bu, sizin üçün önəmli bir stimul olmalıdır.
Yeri gəlmişkən, stimul sözünün mənşəyini bilirsizmi? Qədim
Romada heyvanları sürmək üçün istifadə olunan ucuşiş taxta
belə adlanırdı. İnsanları da çox zaman belə “bizləmək” lazım
gəlir:).
Beynimizi işlətməyə çox vaxt tənbəllik edirik. Məşhur
amerikalı ixtiraçı Tomas Edison (1093 patent sahibi, teleqrafı və
telefonu təkmilləşdirən, müasir lampanı və fonoqrafı yaradan,
“allo” sözünü telefonda ilk dəfə istifadə edən şəxs) demişdi:
“Beynini gücə salmamaqdan ötrü insan hər şeyə, hər xərcə gedə
bilər”.
Yalnız tətbiq edilən bilik xeyirlidir. İstifadə olunmaya-
caqsa o biliyin nə faydası? Rusiya milyonçularından biri kitabı
belə oxuyur: maraqlı məqam görən kimi kitabı yarımçıq qoyaraq
tətbiq edir və yalnız ondan sonra oxumağa davam edir.
37
Dostları ilə paylaş: |