baxır, 8,5 ilini yolda keçirir, 2,8 ilini xəstə olur, 1,5 ilini heç nə
etmir). Gündə 2 saat televizora baxsaq 60 ilə 5 il alınır, 3 saat
telefonla oynasaq – 7,5 il. Bu vaxtı azaltsaq, yoldakı vaxtımızı
səmərəli keçirsək (audiokitabları dinləyərək), sağlamlığımıza
fikir verərək az xəstələnsək, 7-8 saatdan çox yatmasaq biz 15
ildən çox vaxt qazanmış oluruq. Bunun üçün güclü iradə tələb
olunur.
2-ci hissəyə əsaslanan orqanayzerın 6 meyarı:
1. Uyğunluq (matrisdə qeyd edilən iş və hədəflər
dəyərlərə, əvvəl müəyyən etdiyimiz uzunmüddətli hədəflərə
uyğun olmalıdır);
2. Balans (imkan daxilində bütün sahələri əhatə etməlidir:
iş, şəxsi inkişaf, ailə, sağlamlıq). Ən vacib anlarda balansdan
kənarlaşmaq da mümkündür;
3. Böhranın qarşısını alaraq daim böhran şəraitində
işləməmək üçün 2-ci hissəyə fokuslanma;
4. Formalizmdən qaçma (nəticəyə tuşlanın, işləri sadəcə
quş qoymaq xətrinə etməyin);
5. Çeviklik (bu alət sizin qulunuz olmalıdır, ağanız yox,
ciddi ehtiyac olanda dəyişikliklər edin, amma bundan sui-
istifadə etməyin);
6. Mobillik (daim üstünüzdə olsun).
2-ci hissəni özünüz edin, 4-cü hissənin icrasını mümkün
qədər tamamilə başqalarına ötürün, 1-ci və 3-cü hissələrin
əksəriyyətini digər şəxslərə ötürün (işçilərinizə, kiçik
qardaşınıza, sizdən az bacarıqlı dostunuza və s.).
Praktiki tapşırıqlar:
1. Eyzenhauer matrisini çəkin, görülməli işlərinizi dörd
hissəyə bölün.
2. Ötürülməli işlər və belə şəxslər varsa onları qeyd edin
(işləri və şəxsləri). Ötürmə planını tərtib edin.
36
3. Bu həftə üçün plan çızın. Hədəfləri hərəkət planına
çevirin və icraya başlayın. Həftənin axırında nəticələri təhlil
edin.
4. Bundan sonra həftəlik planlamanı adətə çevirin və
bunun üçün vaxt ayırın (bazar günü axşam və ya birinci gün
səhər).
5. Daim yeni biliklərə can atın və onları tətbiq edin.
İndiki dünya sürətli inkişaf və yarış dünyasıdır. Hazırda
dəyərin əsas mənbəyi informasiya və bilikdir. Bəşəriyyətin
topladığı biliklər hər il 2 dəfə artır (oxuduğum bu məlumatdan
özüm də dəhşətə gəlirəm!). Əgər biliklərinizin artımı
çalışdığınız sahə biliklərinin artım templərindən aşağı olsa çox
güman ki, çətinliklərlə üzləşəcəksiz. Gördüyünüz işi (biznesi və
ya muzdlu işi) mükkəmməl bilməlisiz. Öz sahənizdə birinci
olmağa çalışın. Uğurlarınız sizi arxayınlaşdırmasın. İndi elə bir
dövrdü ki, yerində qalmaq üçün hərdən irəliləmək kifayət etmir,
qaçmaq lazım gəlir. Bu, sizin üçün önəmli bir stimul olmalıdır.
Yeri gəlmişkən, stimul sözünün mənşəyini bilirsizmi? Qədim
Romada heyvanları sürmək üçün istifadə olunan ucuşiş taxta
belə adlanırdı. İnsanları da çox zaman belə “bizləmək” lazım
gəlir:).
Beynimizi işlətməyə çox vaxt tənbəllik edirik. Məşhur
amerikalı ixtiraçı Tomas Edison (1093 patent sahibi, teleqrafı və
telefonu təkmilləşdirən, müasir lampanı və fonoqrafı yaradan,
“allo” sözünü telefonda ilk dəfə istifadə edən şəxs) demişdi:
“Beynini gücə salmamaqdan ötrü insan hər şeyə, hər xərcə gedə
bilər”.
Yalnız tətbiq edilən bilik xeyirlidir. İstifadə olunmaya-
caqsa o biliyin nə faydası? Rusiya milyonçularından biri kitabı
belə oxuyur: maraqlı məqam görən kimi kitabı yarımçıq qoyaraq
tətbiq edir və yalnız ondan sonra oxumağa davam edir.
37
Kitab oxuyun, audiokitablara qulaq asın, treninqlərə
gedin, peşəkarlardan məsləhət alın.
İntellektinizi daim inkişaf etdirin (öz dilinizi, xarici dili,
tez oxuma texnikasını, yaddaşınızı, kreativliyinizi, erudisiyanızı
və s.).
Av r a a m L i n k o l n d e m i ş d i : “ M ə n o x u ya c a m v ə
hazırlaşacam, şansım isə əvvəl-axır özü yaranacaq”.
Bu sözlərə qüvvət, biliklərin artımında proaktivliyin
xeyrini öz təcrübəmdən yalnız bir, özü də mükəmməl olmayan,
bacarığım nəticəsində əldə etdiyim nailiyyətlərlə təsdiqləyim.
Vaxtilə gələcək planıma uyğun olaraq ingilis dilini intensiv
öyrənirdim. Heç təsəvvür etmirdim ki, mən bu biliyimin xeyrini
tamamilə başqa sahələrdə dəfələrlə görəcəm. Planlarımın
reallaşması ölkədəki mürəkkəb ictimai-siyasi vəziyyətlə bağlı
uzanırdı. Bu məqamda bir tanışım telefonla bildirdi ki, işlədiyi
bankda vakansiya var, lakin ingilis dilini bilmək vacibdir. Təklif
mənə maraqlı gəldi, amma bildirdim ki, ingilis dilini yaxşı
səviyyədə bilmirəm. Qərarlaşdıq ki, özümü sınayım. Nəticədə
işə qəbul olundum. İşlədiyim başqa bir bankda ingilis dilini ən
yaxşı bilən mən idim. Nəticədə xarici maliyyə qurumları və
tərəfdaşlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi
mənə həvalə olundu. Başqa maraqlı nəticələri də qeyd
etməliyəm (bəziləri bir qədər gülməli səslənsə də). İşlədiyim
banka xarici şirkətlərdən müxtəlif treninqlərə dəvətlər gəlirdi.
Bir dəfə də İngiltərədə bir aylıq maliyyə ingilis dili kursuna
dəvət aldıq. Dili az-çox bildiyim üçün rəhbərlik ora məni
m ü n a s i b b i l d i . A z m ü d d ə t s o n r a A B Ş - d a k ı m ü x b i r
banklarımızdan biri Nyu-Yorka treninqə dəvət göndərdi.
Müşahidə Şurasının üzvü bu tədbirdə iştirak etmək istədi.
İngilis dilini bilmədiyindən, sizcə onunla kim yola düşdü?:) Bu
bacarığım sonralar da mənə bir çox işdə köməyimə çatıb
(məlumatların oxunuşunda, xarici tərəfdaşlarla münasibət-
38
lərdə, səfərlərdə və s.). Məsələn, xaricdə keçirilən treninqlərin
birinə, mən də daxil olmaqla, Azərbaycandan böyük bir heyət
getmişdi. Trenerlər ingilis dilində danışırdılar, tərcüməçilər isə
həmin ölkədə təhsil alan həmvətənlərimiz idilər. Mürəkkəb
mövzulara çatanda aydın oldu ki, mövzunu bilməyən insan
üçün tərcümə etmək olduqca çətindir. Mövzunu yaxşı
bildiyimdən, mən tərcüməçiyə dəstək oldum. Bir müddət sonra
məndən xahiş etdilər ki, elə birbaşa özüm tərcümə edim.
Heyətin tərkibində bir bankın idarə heyətinin sədri də vardı.
Yəqin ki, diqqəti cəlb etdim. Daha yaxından tanış olduq.
Treninqdən sonra o məni öz müavini qismində işə dəvət etdi.
Mən misallarımı yalnız bir bacarıq üzərində qurdum. Onlarla
digər bilik və bacarığım mənə həyatda kömək edib və ya
çatışmazlıq ucbatından mane olub.
Bu məsələ ilə bağlı bəzi məqamları da əlavə etməliyəm:
Ÿ
Mütləq deyil ki, bütün bilik və bacarığınızı tam şəkildə
istifadə etmək sizə nəsib olacaq. Buna görə ruhdan
düşməyin. Digər bilik və vərdişlər əldə edin. Əmin ola
bilərsiz ki, onlardan hansısa mütləq işinizə yarayacaq.
Ÿ
Mən demişdim ki, ingilis dilini mükəmməl bilmirəm.
İndi rəqabətin səviyyəsi tam fərqlidir. İxtisarları da
nəzərə almaq lazımdır. Ona görə də ən azı bir bilik və ya
bacarığınız mükəmməl olmalıdır ki, başqalarından
seçiləsiz. Məsələn, xarici dildə təhsil almış insanların
sayı artır. Onlarla müqayisədə mənim ingilis dili
biliyim orijinal malın yanında saxta Çin malı kimi
görünür. Əgər 20 il əvvəl bu səviyyədəki bilik
fərqlənmək üçün kifayət idisə, indi belə vəziyyət
qənaətbəxş sayıla bilməz. Yerinə düşmüşkən,
danışdığım mövzuda bir misal da gətirim. Bu
yaxınlarda rəhbər işçi heyətin tapılmasında
39
Dostları ilə paylaş: |