Ÿ
casus – kəşfiyyatçı;
Ÿ
hərfgüdən – diqqətli;
Ÿ
bahalı – keyfiyyətli, eksklüziv;
Ÿ
reklam edilməyən mal – deməli, malın qiymətinə
reklam xərci əlavə edilmir;
Ÿ
pul - əl çirkidir – əslində isə digərlərinə kömək etmək,
müstəqil və yaxşı həyat sürmək imkanıdır və s.;
Ÿ
Məni işdə çox yükləyirlər – iş qabiliyyətim artır,
rəhbərliyin gözündə ucalıram, sürətli işləməyi
öyrənirəm;
Ÿ
Satışda “ağır” müştəri – vərdişlərimi inkişaf etdirirəm,
özüm üçün bir çağırış kimi qəbul edirəm, sonradan fəxr
etməyə əlavə bir əsasım olacaq, hövsələliyimi məşq
etdirirəm, iş yoldaşlarımın, rəhbərliyin gözündə
nüfuzum artacaq;
Ÿ
İnsanların qabağında çıxış etmək – nitq qabiliyyətimi
inkişaf etdirirəm, öz hisslərimə sahib olmağı öyrənirəm,
özümü tanıtdırmaq imkanı qazanıram, çıxış etdiyim
mövzunu daha yaxşı öyrənmək imkanım olur;
Ÿ
Müdir, müəllim və s. tələbkardır – işimi, dərsimi tez və
daha yaxşı, keyfiyyətlə öyrənəcəm, burada nəticə
göstərsəm, deməli, biliklərim realdır və mənə daha
zaval yoxdur;
Ÿ
Biznesdə qeyri-müəyyənlik çoxdur – əvəzində çevik və
kreativ olmaq lazım gəlir, iş məni bezdirmir, daim yeni
şeylər öyrənirəm.
3. Fikirlərinizə sahib olun. Gündəlik həyatınızda, sosial
şəbəkələrdə və s. mümkün qədər pozitiv düşünün və hərəkət
edin. Neqativliyi pozitivliyə çevirin.
2. İnanmalısız ki, gələcəyinizi özünüz qurursuz.
26
Determinizm nəzəriyyəsi
Determinizm adlanan nəzəriyyə mövcuddur. Qolları
çoxdur, amma hamısını birləşdirən odur ki, bizə seçim hüququ
verilməyib və taleyimiz özümüzdən asılı deyil (bəziləri aşağıda
sadalanıb):
Ÿ
Hər şey genlərdən asılıdır;
Ÿ
Uşaqlıqda necə formalaşmışıqsa eləyik və dəyişməyə-
cəyik (valideynlərin təsiri);
Ÿ
Bizi formalaşdıran ətrafımızdır: məktəb, küçə, dövlət
və s.;
Ÿ
Taleyimiz tam şəkildə ilahi qüvvə tərəfindən müəyyən
edilib.
Çoxu öz taleyində özündən başqa hamını günahlandırır
(tanrını, insanları, şəraiti və s.). Şübhəsiz ki, qeyd edilənlərin
təsiri böyükdür, amma insanın digər canlılardan fərqi ondadır
ki, şüurlu seçim etmək və öz gələcəyinə təsir etmək
iqtidarındadır. Buna görə də bizim fəlsəfəmiz özünü müəyyən
etmə fəlsəfəsi olmalıdır (self-determinism).
Əlavə edim ki, psixologiyada belə bir anlayış var
atribusiyanın fundamental səhvi. Mənası odur ki, biz
başqalarının səhvini şəxsi keyfiyyətlərilə izah edirik, öz
davranışımızı isə xarici amillərlə. Məsələn, dostumuzu
gözləyirik, o isə gecikir. Çox güman ki, siz onun bu cür
gecikməsini onun məsuliyyətsizliyi və qeyri-ciddiliyi ilə izah
edəcəksiz. Halbuki eyni vəziyyətdə siz öz gecikmənizi yaranmış
vəziyyətlə əlaqələndirəcəkdiz (yollardaki tıxaclar və s.).
Həyatda heç nəyə nail olmayanlar nə deyir? Mənim başqa çıxış
yolum yox idi, vəziyyət belə gətirdi, alın yazısıdı və s. Uğurlara
gəldikdə isə tərsinə, başqa insanların uğurlarını şəraitlə
əlaqələndiririk, öz uğurlarımızı isə şəxsi keyfiyyətlərimizlə.
Başqası pul qazana bilibsə yəqin ki, camaatı aldadıb, özümüzdə
isə fikirləşirik ki, bacarıqlıyıq deyə belə olub.
27
Reallığı özünüz yaradırsız. Menecment sahəsində qúru
sayılan Piter Druker yazırdı ki, gələcəyi qabaqcadan görməyin
ən yaxşı yolu onu öz tərəfindən müəyyənləşdirilməsidir.
Eleonora Ruzvelt və Mahatma Qandi müxtəlif vaxtlarda
təxminən eyni fikrə gəlmişdilər (mübahisəli görünsə də, onda
həqiqət var): “Biz istəməsək heç kim bizə əzab verə bilməz”
(hamısı seçimimizin nəticəsidir). İşlədiyiniz yer xoşunuza
gəlmir, dözməyə məcbursuz? Elə peşəkar olun ki, sizi hər bir
aparıcı şirkətdə məmnuniyyətlə qəbul etsinlər.
2014-cü ildə dünyada 155 yeni milyardçı əmələ gəlib ki,
bunların da əksəriyyəti bu nəticəni özü əldə edib (tədqiqatlar
əsasında müəyyən edilib). Hər il 100 min amerikalı milyonçu
olur (orta hesabla hər 5 dəqiqədən bir). Milyonçuların artım
tempinə görə dünyada liderlərdən biri Çindir (2013-cü ildə belə
insanların sayı 62%, 2014-cü ildə isə 42% artmışdır).
Bu şüarı özünüz üçün rəhbər tutun: heç kim mənə heç nə
borclu deyil. Əgər mənə nəsə edilibsə, bu sadəcə bir mükafatdır.
Məqsədinizin niyə mümkün olmadığına yox, nələri etsək
mümkün olacağına fokuslanın.
Uğurlu gələcəyin açarı qarşıya qoyduğunuz məqsədin
reallaşması ehtimalını artıran addımları atmaqdır. Müxtəlif
istiqamətlərdə çalışqanlıq dərəcəsilə uğur qazanmaq ehtimalı
arasında birbaşa əlaqə mövcuddur. Uğur qazanacağınıza qərar
verin!
Proaktiv insanın keyfiyyətləri
Uğurlu insan proaktiv olmalıdır. Proaktivlik nədir?
Proaktivlik qabaqlayıcı addım atmaq və bu addıma görə
məsuliyyət daşımaq deməkdir. Məsələn, proaktiv insan
gələcəyini planlaşdırır və hazırlığa başlayır (tutaq ki, ingilis
dilini öyrənir).
Bunun tərsi reaktivlikdir. Məsələn, reaktiv insan ingilis
28
dilini yalnız işə qəbul üçün bu tələbin olmasını biləndən sonra
öyrənməyə başlayır. Belə adam yağış yağanda özünü pis hiss
edir. Proaktiv insan isə yaxşı havanı öz daxilində yarada bilir.
Proaktiv insanlar təşəbbüskardılar. Onlar problem
haqqında danışmır, onu həll edirlər; daha çox təsir edir, nəinki
təsir altına düşürlər.
Proaktiv insan üçün məhəbbət sadəcə hiss deyil, sevdiyin
insan üçün etdiyin hərəkətlərdir.
Proaktiv insan səhvini dərhal etiraf edir, ondan nəticə
çıxarır və çalışır ki, bir daha təkrarlamasın.
Öz danışığınıza fikir verin. Tez-tezmi məsuliyyəti
başqalarının üstünə atırsız? Siz daha çox “məcburam”, “başqa
əlacım yoxdur” deyirsiz, yoxsa “başqa yol tapacam”, “səy
göstərməsəm vəziyyət düzələn deyil”? Siz daha çox “əgər
pulum, vəzifəli qohumlarım çox olsaydı” deyirsiz, yoxsa “mən
zəngin olacam”, “mən necə uğurlu ola bilərəm”?
Qayğı və təsir dairələri
Stiven Kovi dünyanın 73 ölkəsində çapdan çıxan “Yüksək
effektiv insanların 7 vərdişi” kitabında hər şeyi iki hissəyə bölür:
qayğı və ya təsir dairəsində olanlara. Qayğı dairəsində olanlar –
ciddi təsir edə bilməyəcəklərimiz, təsir dairəsində olanlarsa -
təsir edə biləcəklərimizdir.
Belə bir deyim də var: “İlahi, bizə güc ver ki, həll edə bilə-
cəklərimizi həll edək, səbr ver ki, həll edə bilməyəcəklərimizə
tab gətirə bilək və müdriklik ver ki, birini digərindən ayıra
bilək”.
Təsir dairənizi genişləndirin. Proaktiv insanın təsir dairəsi
daha böyük, qayğı dairəsi daha kiçik olur.
Kovi istedadlı, amma avtoritar rəhbərin əhvalatını belə
nəql eləyir. Orta menecmentin hamısı rəhbərdən şikayətlənirdi,
bir nəfərdən başqa. Şikayətlənmək əvəzinə o, gözləndiyindən
29
Dostları ilə paylaş: |