Pozitiv düşüncə möcüzələr yaradır. Bəzi hallarda
plasebodan (yalançı dərmandır) istifadə edərək xəstəni müalicə
edirlər (insanların 5-10%-i vəziyyətlərinin yaxşılaşdığını
bildirirlər). Çünki xəstə onun əsl dərman olduğuna inanır.
Baş verən neqativ görünə biləcək hadisələrə də çalışın
başqa prizmadan baxasız. Bəlkə bu hadisə nəticə etbarilə sizin
xeyrinizə işləyəcək. Əsas odur ki, fəaliyyətinizi yeni şəraitə
uyğun dəyişdirəsiz. Bu barədə fəslin sonunda danışacağıq. Şah
və vəzirin əhvalatı müəyyən mənada buna misal ola bilər. Şah
ovda barmağını itirəndə, vəzir deyir: “yəqin xeyir bundadır”.
24
Neqativ fikirləri pozitiv fikirlərlə əvəzləyin. Psixologi-
yada buna refreyminq deyilir (axırda buna dair tapşırıqlar
edəcəyik). Hər bir vəziyyətdə pozitiv düşünün və hə a neqativ
məqamları da öz xeyrinizə çevirin. Bilirsiz ki, İsveçdə çox
soyuqdur, ona görə də ora turist cəlb etmək çətindir. Şəhərlərin
biri bu çatışmazlığı öz xeyrinə həll etdi və qar festivalı keçirərək
turistləri cəlb edə bildi (şəkildə həmin şəhərdəki buz otelini
görürsüz).
Şah hirslənib vəziri zindana salır. Növbəti ov zamanı vəhşi
tayfalar şahı dəstəsilə birlikdə tutur və əsirləri öz ilahilərinə
qurban verməyə başlayırlar. Şaha çatanda görürlər ki, barmağı
yoxdur, onların inanclarına əsasən isə qurban fiziki cəhətdən
mükəmməl olmalı idi. Buna görə də şahı azad edirlər. Şah
qayıdıb vəzirdən üzr istəyir və onu azadlığa buraxır. Vəzir yenə
də təkrarlayır ki, yəqin xeyir bundadır. Şahın təəccübünü görən-
də isə deyir: “Zindanda olmasaydım, məni də öldürəcəkdilər”.
Gördüyünüz kimi, fikirləriniz taleyinizin müəyyənləş-
dirilməsində mühüm rol oynayır. Fikirlərinizi idarə eləmək
həyatınızı idarə etməkdən qat-qat asandır və bunu etsəniz
görəcəksiz ki, həyatınız möcüzəli şəkildə müsbət tərəfə
dəyişməyə başlayır. Ona görə də fikirlərinizi idarə edin!
Praktiki tapşırıq:
1. Özünüz üçün affirmasiya yaradın. Nümunələri
internetdən rahat tapa bilərsiz.
Ÿ
Mən xoşbəxtəm, uğurluyam və həyatımdan həzz
alıram!
Ÿ
Mən insanlara kömək edərək öz məqsədlərimə çatıram.
İstedadları aşkar edib onları inkişaf etdirməkdən zövq
alıram. O cümlədən parlaq biznes imkanlarından
istifadə edərək, heykəltaraş kimi taleyimi özüm
yaradıram!
2. Refreyminq. Neqativ və ya neytral ifadələri bir və ya bir
neçə pozitiv sözlə əvəzləyin. Öz həyatınıza uyğun neqativ söz və
halları aşağıdakı nümunələr əsasında refreyminq edin:
Ÿ
tərs - inadkar, məqsədinə çatan;
Ÿ
xəsis – qənaətcil;
Ÿ
yalançı – diplomat;
25
Ÿ
casus – kəşfiyyatçı;
Ÿ
hərfgüdən – diqqətli;
Ÿ
bahalı – keyfiyyətli, eksklüziv;
Ÿ
reklam edilməyən mal – deməli, malın qiymətinə
reklam xərci əlavə edilmir;
Ÿ
pul - əl çirkidir – əslində isə digərlərinə kömək etmək,
müstəqil və yaxşı həyat sürmək imkanıdır və s.;
Ÿ
Məni işdə çox yükləyirlər – iş qabiliyyətim artır,
rəhbərliyin gözündə ucalıram, sürətli işləməyi
öyrənirəm;
Ÿ
Satışda “ağır” müştəri – vərdişlərimi inkişaf etdirirəm,
özüm üçün bir çağırış kimi qəbul edirəm, sonradan fəxr
etməyə əlavə bir əsasım olacaq, hövsələliyimi məşq
etdirirəm, iş yoldaşlarımın, rəhbərliyin gözündə
nüfuzum artacaq;
Ÿ
İnsanların qabağında çıxış etmək – nitq qabiliyyətimi
inkişaf etdirirəm, öz hisslərimə sahib olmağı öyrənirəm,
özümü tanıtdırmaq imkanı qazanıram, çıxış etdiyim
mövzunu daha yaxşı öyrənmək imkanım olur;
Ÿ
Müdir, müəllim və s. tələbkardır – işimi, dərsimi tez və
daha yaxşı, keyfiyyətlə öyrənəcəm, burada nəticə
göstərsəm, deməli, biliklərim realdır və mənə daha
zaval yoxdur;
Ÿ
Biznesdə qeyri-müəyyənlik çoxdur – əvəzində çevik və
kreativ olmaq lazım gəlir, iş məni bezdirmir, daim yeni
şeylər öyrənirəm.
3. Fikirlərinizə sahib olun. Gündəlik həyatınızda, sosial
şəbəkələrdə və s. mümkün qədər pozitiv düşünün və hərəkət
edin. Neqativliyi pozitivliyə çevirin.
2. İnanmalısız ki, gələcəyinizi özünüz qurursuz.
26
Determinizm nəzəriyyəsi
Determinizm adlanan nəzəriyyə mövcuddur. Qolları
çoxdur, amma hamısını birləşdirən odur ki, bizə seçim hüququ
verilməyib və taleyimiz özümüzdən asılı deyil (bəziləri aşağıda
sadalanıb):
Ÿ
Hər şey genlərdən asılıdır;
Ÿ
Uşaqlıqda necə formalaşmışıqsa eləyik və dəyişməyə-
cəyik (valideynlərin təsiri);
Ÿ
Bizi formalaşdıran ətrafımızdır: məktəb, küçə, dövlət
və s.;
Ÿ
Taleyimiz tam şəkildə ilahi qüvvə tərəfindən müəyyən
edilib.
Çoxu öz taleyində özündən başqa hamını günahlandırır
(tanrını, insanları, şəraiti və s.). Şübhəsiz ki, qeyd edilənlərin
təsiri böyükdür, amma insanın digər canlılardan fərqi ondadır
ki, şüurlu seçim etmək və öz gələcəyinə təsir etmək
iqtidarındadır. Buna görə də bizim fəlsəfəmiz özünü müəyyən
etmə fəlsəfəsi olmalıdır (self-determinism).
Əlavə edim ki, psixologiyada belə bir anlayış var
atribusiyanın fundamental səhvi. Mənası odur ki, biz
başqalarının səhvini şəxsi keyfiyyətlərilə izah edirik, öz
davranışımızı isə xarici amillərlə. Məsələn, dostumuzu
gözləyirik, o isə gecikir. Çox güman ki, siz onun bu cür
gecikməsini onun məsuliyyətsizliyi və qeyri-ciddiliyi ilə izah
edəcəksiz. Halbuki eyni vəziyyətdə siz öz gecikmənizi yaranmış
vəziyyətlə əlaqələndirəcəkdiz (yollardaki tıxaclar və s.).
Həyatda heç nəyə nail olmayanlar nə deyir? Mənim başqa çıxış
yolum yox idi, vəziyyət belə gətirdi, alın yazısıdı və s. Uğurlara
gəldikdə isə tərsinə, başqa insanların uğurlarını şəraitlə
əlaqələndiririk, öz uğurlarımızı isə şəxsi keyfiyyətlərimizlə.
Başqası pul qazana bilibsə yəqin ki, camaatı aldadıb, özümüzdə
isə fikirləşirik ki, bacarıqlıyıq deyə belə olub.
27
Dostları ilə paylaş: |