1-ci fəsil. Uğura aparan yol.
Əgər bu fəslə Ön sözü oxumadan başlayırsızsa, nəticənin
daha yüksək olması üçün, xahiş edirəm, geri qayıdaraq ən azı
“Kitabça barəsində ümumi məlumat”, “Bələdçinin strukturu və
onu necə oxumalı” və “Biz necə şanslı olduğumuzu dərk
edirikmi?” bəndlərilə tanış olasız.
Uğur nədir?
Biz hamımız uğur qazanmaq istəyirik. Əvvəlcə müəyyən-
ləşdirək görək “uğur”, “xoşbəxtlik” nədir? Bəzi müəlliflər
uğuru, xoşbəxtliyi bir neçə sahədə yüksək nəticənin qazanılması
kimi qəbul edirlər: işdə, maliyyə sahəsində (yüksək qazanc və
sevimli işin olması), ailədə (xoşbəxt ailə), şəxsi inkişafda
(mənəvi və peşəkar biliklərın artırılması), sağlamlıq (sağlam
həyat tərzi nəticəsində özünü sağlam və gümrah hiss etmə).
Bəziləri bu siyahıya dostları da əlavə edirlər (sadiq və maraqlı
dostların olması).
Burada maraqlı bir cəhət var. Bir sahədəki uğur digər
sahələrdəki uğura müsbət təsir edir. Buna görə də məqsədimiz
biznesin qurulması olsa da digər sahələrdə də uğur qazanmağın
yolları barədə danışacağıq.
Varlı insanlar barəsində miflər.
Əvvəlcə gəlin biznesdə uğur qazanan insanlar haqqın-
16
dakı miflərdən danışaq. Baxaq görək onlar haqqında
stereotiplər nə dərəcədə düzdür. Bir məqamı xüsusi qeyd edim,
mən “uğurlu”, “varlı” deyəndə yalnız qanuni yolla qazanan
insanları nəzərdə tuturam. Sıralama vacibliyi əks eləmir.
1-ci mif. Varlı insanların bəxti gətirib və ya taleləri belə
yazılıb.
Belə bir məsəl var, bəxt güclülərin tərəfindədir. Uğur
həmişə gərgin əməyin nəticəsidir, təsadüf olmur. Sahibkarlıq
ruhu ən vacib amildir. Buraya cəsarət, proaktivlik,
zəhmətkeşlik, ruhdan düşməmək, fürsəti görmək və ondan
istifadə etmək qabiliyyəti və digər keyfiyyətlər daxildir.
Hərəkətlərin keyfiyyəti və sayı əvvəl-axır müsbət nəticəyə
gətirib çıxaracaq. Məsələn, tutaq ki, satıcının 10 satış cəhdindən
orta hesabla 1-i uğurlu alınır. Deməli, əgər o, 3 cəhddən sonra
sata bilməyib ruhdan düşsə, nəticə əldə etməyəcək.
Ümumiyyətlə bizdə bəxt, tale anlayışlarını fatallıq kimi qəbul
edirlər (bütün hərəkətlərin insanın əvəzinə müəyyən edilərək
alın yazısında əks olunması), hərçənd ki, dinimizdə də belə
deyil. Əks halda insan öz hərəkətlərinə görə cavabdeh olmazdı.
Tərslikdən, digər dillərdən fərqli olaraq, bizdə “xoşbəxt”
sözünün etimologiyası aydın görünür. Əvvəllər xoş güzaran
keçirən, həyatından məmnun olan insan yaxşı bəxti olan adam
hesab edilib. Fikir verin, məsələn, ingilis və bir çox digər dillərdə
“xoşbəxt” sözü bu kimi iki sözdən əmələ gəlmir (hərçənd
etimologiyası oxşardır). Bizdə “happy” sözündə də “lucky”
sözündə də “bəxt” hissəsi var (xoşbəxt və bəxtəvər). Sanki,
bəxtsiz heç nə mümkün deyil. Əslindəsə insan öz addımlarını
özü atır və məsuliyyətini də özü daşıyır. Təsadüf və bəxtin rolu
var, amma həyatınızı onların üzərində qurmamalısız.
Uğurlu insanlar talelərinin əksər hissəsini özləri yazırlar
(yəni, səndən hərəkət, məndən bərəkət). Bu barədə ətraflı
17
danışacağıq.
2-ci mif. Varlılar qazanmağın konkret mexanizmini
bilirlər.
Universal sxemlər yoxdur. Bu vərdişlər öyrənmənin, şəxsi
keyfiyyətlərin və təcrübənin vəhdətidir. Biz şahmatda fiqurların
necə getdiyini bilə bilərik, amma Maqnus Karlssen demirəm,
heç idman ustası olan şahmatçını da udmaq şansımız yoxdur.
Bunun üçün sahibkarlıq keyfiyyətlərini (ilk növbədə yeni
düşüncə tərzini) özümüzdə aşılamalı, öyrənməli və təcrübə
qazanmalıyıq. Hərəkət və dəyişmənin vacibliyi barədə Robert
Kiyosakinin “Varlı ata, kasıb ata” kitabından bəzi maraqlı
fikirlərini diqqətinizə çatdırmaq istəyirəm:
Ÿ
Gələcəyiniz sabah edəcəyinizdən yox, bu gün
edəcəyinizdən asılıdır;
Ÿ
Kasıb ata deyirdi ki, “kasıb olmağımın səbəbi sizsiz,
övladlarım”, varlı ata isə deyirdi ki, “varlı olmağımın
səbəbi sizsiz, övladlarım”;
Ÿ
Əksəriyyət gözləyir ki, dünya, insanlar dəyişsin, amma
özü dəyişmir.
3-cü mif. Varlı olmaq üçün yaxşı əlaqələrin olmalıdır.
Sənin ətrafın, əlaqələrin inkişafının nəticəsidir. Əlaqələri
yaratmaq mümkündür və lazımdır. Onları genişləndirmək
üçün gərək sən digərləri üçün maraqlı olasan. Bundan başqa,
əlaqələr vacibdir, amma onsuz da keçinmək olar. Məhsulunuz,
satış sisteminiz və iradəniz güclüdürsə, əlaqələr kritik faktor
deyil. Məşhur amerikalı qaradərili aparıcı və prodüser Opra
Uinfrinin uşaqlığı və gəncliyi çox ağır keçib. O, kasıb ailədə
böyüyüb, uşaqlıqda zorakılığa məruz qalıb, amma heç bir
əlaqələri olmadan dünyanın ən zəngin insanlarından birinə
çevrilib (2013-cü ildə varidatı 2,8 mlrd dollar idi).
18
4-cü mif. Pulu yalnız pul gətirir.
İmkanlı insanların əksəriyyəti varidatını sıfırdan qazanıb.
Xüsusilə kiçik biznesə başlamaq üçün bəzən demək olar ki, heç
vəsait tələb olunmur. Bu barədə sonuncu fəsildə ətraflı
danışacağıq. Opra Uinfri (mediamaqnat), Stiv Cobs (Apple), Yan
Kum (WhatsApp), Sergey Brin (Google), Mark Tsukerberq
(Facebook), Hovard Şults (Starbucks) və bir çox digər
milyardçılar varidatını sıfırdan kiçik investiya ilə yaradıblar.
1976-cı ildə Stiv Cobs öz köhnə folksvagenini, tərəfdaşı Stiv
Voznyak isə sevimli elektron kalkulyatorunu sataraq Apple
şirkətini yaratdılar. Kiçik biznesdə isə bu çox rahatdır. Kris
Qilbo “100 dollara startap” kitabını müxtəlif ölkələrdə orta
hesabla 610 dollara biznes quran və il ərzində azı 50 000 dollar
qazanan şəxslərə həsr edib (36%-i biznesini 100 dollardan az
vəsaitlə qurmuşdu).
5-ci mif. Varlılar çox gözəl təhsil alıblar.
Təbii ki, yaxşı təhsilin rolu var, amma bu heç də həlledici
amil deyil. Bill Qeyts, Mark Sukerberq, Maykl Dell, Stiv Cobs ali
məktəb bitirməyiblər. Bir nəfər 4,5 il oxuyub və ali məktəbi
bitirməyə yarım il qalmış təhsilini atıb və sonra milyonçu olub.
Riçard Brenson məktəbdə pis oxuyub, disleksiyadan əziyyət
çəkib (danışıq və yazı vərdişlərində problemlər). Amma buna
baxmayaraq o, hal-hazırda Britaniyanın ən varlı adamlarından
biridir, yaratdığı Virgin Group-a isə təxmini 400 şirkət daxildir
(aviadaşıma, səsyazı studiyaları, mobil rabitə və s. sahələr üzrə).
Onların hamısını başqalarından fərqləndirən düşüncə
tərzidir.
6-cı mif. Varlı insanlar anadangəlmə istedada
malikdirlər.
Sözsüz ki, istedadlı insanlar üçün uğur qazanmaq daha
19
Dostları ilə paylaş: |