ali məqsədindən biri məhz müsbət biznes mühitinin
formalaşdırılmasıdır. Biznes-inkubatorların fəaliyyəti isə yalnız
dövlət tərəfindən deyil, həm də ictimai, şəxsi biznes və digər
mənbələrdən maliyyələşdirilir. Azərbaycanda da bu sahədə
xeyli iş görülüb, amma problemlər də mövcuddur: real nəticə
göstərən biznes-inkubatorların sayı çox azdır, kütləvilik hiss
olunmur, ideyası olmayan gənclərə dəstək olan biznes-
inkubator yoxdur və qeyri-texnoloji sahəyə diqqət azdır.
Fikrimcə, müsbət biznes mühitinin formalaşdırılması üçün
mütləq mütərəqqi təfəkkürlü yeni biznesmenlər nəsli
yetişdirilməlidir.
Gənclərin biznesə həvəsini yoxlamaq, həmçinin biznes-
dən çəkindirən məqamları aydınlaşdırmaq üçün internetdə 25
yaşadək olan gənclər arasında sorğu keçirdim (bu prosesdəki
dəstəyə görə gənc biznesmen Bəhmən Hacıyevə təşəkkür
edirəm). Nəticələr bəzi hallarda gözlənilən olsa da, maraqlı
məqamlar da az olmadı.
Şərait və imkanınız olsaydı
bizneslə məşğul olmaq istərdinizmi?
Bəli
Xeyr
Bu barədə
fikirləşməmişəm
8
İnsanların məsuliyyəti kənar faktorların üstünə atmaq
kimi psixoloji xüsusiyyətini nəzərə alaraq ehtimal edirdim ki,
maliyyə vəsaiti və biznes mühiti barədə olan bəndlərin nəticəsi
təxminən 80% təşkil edəcək. Amma sevindirici haldır ki, bu
bəndlər ümumi səslərin yarıdan azını təşkil etdi. Maraqlı digər
məqam da ondan ibarətdir ki, bizneslə məşğul olmaq
istəyənlərin təxminən yarısı xanımlardır. Deməli, gənclər
bizneslə məşğul olmaq həvəsindədirlər. Sadəcə, onlara şərait
yaradılmalı, yollar göstərilməlidir.
İndiki durumda hamı yeni reallıqlardan çıxış etməlidir.
Xəyalları kənara ataraq mürəkkəb iqtisadi vəziyyətin tezliklə
düzələcəyini, dövlətin və ya kimlərinsə bizə kömək edəcəyini
gözləməməli və çıxış yollarını özümüz tapmalıyıq.
Araşdırma göstərdi ki, gənclər üçün “biznesə necə başlamalı”
mövzusunda azərbaycan dilində motivasiyalı, həmçinin
praqmatik bələdçi rolunu oynaya bilən bir kitab yoxdur (hər
9
Hal-hazırda
sizi bizneslə məşğul
olmaqdan çəkindirən nədir?
Maliyyə
vəsaiti
tapa bilmirəm.
Biznes biliyim azdır
Ölkədəki
biznes mühiti
Risk
etməyə ehtiyat
edirəm
Maraqlı
ideyam yoxdur
Muzdlu
işdə işləyirəm
Digər
səbəblər
10
halda tapa bilmədim). Bunları nəzərə alaraq qərara gəldim ki,
cəmiyyətimizə, gənclərə mən də öz töhfəmi bu bələdçi ilə verim.
Hazırkı kitabça mənim və mənə dəstək olan şəxslərin biznes
təcrübəsi olmayan gənclərə bir köməyidir.
Gəlin tanış olaq.
Özüm haqqında bir qədər geniş yazacam. Bəndin sonunda
səbəbini izah edəcəyəm. Mən Elşən Bədirxanovam. 46 yaşım
var, amma özümü sizin kimi gənc hiss edirəm:). 1986-ci ildə Bakı
Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşam. O
zamanlar yeganə universitetin tarix fakültəsinə daxil olmaq
olduqca çətin idi, çünki bu fakültəni bitirənlər üçün yüksək
perspektivlər açılırdı. Sənədvermə prosesində universitetin bir
ağsaqqalı ilə atam söhbət edəndə ona səmimi şəkildə bildirmişdi
ki, oğlunuzun bu fakültəyə daxil olmaq şansı yoxdur, uşağı
sındırma. Atam bunu mənə demədi və nəticədə apelyasiya
vasitəsilə tarix fakültəsinə daxil oldum (o
zamanlar test sistemi
mövcud deyildi). Apelyasiya, qiymətindən razı olmayan
abituriyent üçün xüsusi komissiyanın çağırılması idi. Bu
komissiya universitetin ən nüfuzlu alimlərindən təşkil
olunurdu və sorğu-sual nəticəsində son qərar verilirdi.
Sonradan özüm də bu hərəkətimə təəccübləndim. Təsəvvür
edin, çəkingən, ünsiyyət qabiliyyəti aşağı olan bir gənc
universitet “əjdahalarını” bir yerə toplayır və onların suallarına
cavab verir. Nəticədə mənim məsələm Bakı Dövlət
Universitetinin rektoru Faiq Bağırzadə (o, Azərbaycan
Respublikasının başçısı Kamran Bağırovun qardaşı idi)
səviyyəsinə qalxdı və müsbət həll olundu. 1992-ci ildə
universiteti fəqlənmə ilə bitirdim. Dövlət imtahan
komissiyasının sədri akademik Ziya Bünyadov idi. Fəxrlə qeyd
edirəm ki,
imtahandan sonra o, məni aspirantuyaya dəvət etdi.
Amma SSRİ-nin dağıldığı dövrdə mədə maraqları elmi üstələdi.
11
Özümə bəraət qazandırmaq istəmirəm, amma maddi durum
doğrudan da ürəkaçan deyildi. 1992-ci ildə mən universiteti
bitirəndə Qarabağ müharibəsinə könüllü qoşulan böyük
qardaşım ağır yaralandı. Onun müalicəsi uzun illər çəkdi. Nə
isə...
1993-cü ildən bank sistemində çalışmağa başladım
(Qüdsiyyə Əhmədovaya mənə göstərdiyi dəstəyə görə təşəkkür
edirəm). Təhsilimə uyğun olmadığına baxmayaraq, bir neçə
aydan sonra artıq şöbə müdiri vəzifəsini icra etməyə başladım.
Burada həm mənim şəxsi keyfiyyətlərim, həm yeni bank
sisteminin təzəcə formalaşması, həm də təhsil sistemimizin yeni
bank çağırışlarına tamamilə uyğun olmaması rol oynadı. Yəni
iqtisad fakültəsini bitirən və bitirməyənlər arasında bank
sahəsində işləmək cəhətdən fərq demək olar ki, yox idi. Bir ildən
sonra Rabitəbanka dəvət olundum və şöbə müdiri, sonra isə
departament rəhbəri oldum.
2003-cü ildə Bank of Baku-da İdarə Heyəti sədrinin
müavini, 6 aydan sonra isə sədr əvəzi təyin olundum. Hər iki
bankda komanda ilə birlikdə bir çox sahələr üzrə olduqca
uğurlu nəticələr əldə etdik.
Bundan sonra 2007-ci ildən Bank VTB (Azərbaycan)-da və
2012-ci ildən isə Buta Sığorta şirkətində İdarə Heyəti sədrinin
müavini kimi çalışmışam. Hazırda maliyyə qurumlarında
müşavirəm, maraqlı layihələr həyata keçirirəm. İşlədiyim bir
çox qurumlarda İnsan Resurslarının idarə edilməsi, pərakəndə
bankçılıq və bir sıra digər sahələr mənim kurasiyamda olub,
biznes təhlili ilə məşğul olan Kredit Komitəsinin üzvü olmuşam.
Çox vacib hesab etdiyim bir nailiyyətimi də nəzərinizə
çatdırmaq istərdim. İş təcrübəsi olmayan bir çox gənc istedadın
aşkarlanmasında rolum olub. Onlardan biri hal-hazırda aparıcı
bankların birində İdarə Heyətinin sədri, digəri isə sədr
müavinidir. Vaxtilə seçdiyim gənclərdən bəziləri hal-hazırda