12
müxtəlif aparıcı banklarda İdarə Heyətinin üzvü, departament,
şöbə və ya filial rəhbəridirlər.
İnkişaf etməyə çalışıram. Həm peşəkar, həm də şəxsi
inkişaf sahəsində. 44 yaşında hiss etdim ki, bir maliyyəçi kimi
biliklərim məni qane etmir və buna görə Performance
Management üzrə CİMA Diplomuna sahib oldum. Son
zamanlar çox kitab oxuyuram. İdmanı sevirəm. Böyük tennis
üzrə bank çempionu olmuşam, şahmatda isə ikinci yerə
çıxmışam. Futbol oynamağı xoşlayırdım. Həftədə 3 dəfə açıq
havada idmanla məşğul oluram. Ağır olsa da, heç bir hazırlıq
keçmədən 4000 metrlik zirvəyə qalxmışam. İntellektual
oyunları və məntiqi məsələləri həll etməyi xoşlayıram. Çətin
vəziyyətə düşəndə yumor hissim köməyimə çatır, insanlarda da
bu hissi qiymələndirirəm.
Ailəliyəm, 2 övladım var. Ailəmdən razıyam (güman
edirəm ki, onlar da məndən gileyli deyillər:)).
Çatışmazlıqlarım da az deyil. Hərdən tənbəllik məni
üstələyir, münasibətlərdə diplomatikliyim azdır və s. Gərək
onları da aradan qaldırım.
Əminəm ki, uğur qazanmaq yollarına həsr olunmuş
kitabların oxunuşuna 20-25 il əvvəl başlasaydım nəticələrim
indikindən xeyli yüksək olardı. Bax belə.
Bütün bunları deməkdə məqsədim heç də özümü
tərifləmək deyil. Sadəcə, göstərmək istədiyim odur ki, birincisi,
hər bir insan özünün müsbət tərəflərini görməli və özünü səlis
təqdim etməyi bacarmalıdır. Əminəm ki, hər birinizdə fəxr
etməli keyfiyyət və nailiyyətlər var. Qoy xırda olsun, fərqi
yoxdur, amma mütləq var. Mən özüm haqqında ətraflı
danışdım, indi növbə sizindir. Siz də özünüz haqqında yazılı
şəkildə aşağıdakı formatda təqdimat hazırlayın və məşq edərək
onu yadda saxlayın:
Ÿ
Adınız, soyadınız;
13
Ÿ
Yaşınız, təhsiliniz, işiniz (əgər işləyirsizsə);
Ÿ
Nailiyyətləriniz (təhsildə, idmanda, şəxsi həyatda və s.);
Ÿ
Şəxsi keyfiyyətləriniz, sizi müsbət cəhətdən fərqləndirən
xüsusiyyətlər;
Ÿ
Sizin üçün uğur nədir?;
Ÿ
Siz uğurlusuzmu, və ya uğura, xoşbəxtliyə çatmaq üçün
h a n s ı i m k a n l a r ı n ı z v a r ( s a h i b o l d u q l a r ı n ı z ı
qiymətləndirin)?
Geniş təqdimatla yanaşı özünüz haqqında 30 saniyəlik
“lift təqdimatı” da hazırlayın. Adı ona görə belə qoyulub ki, liftə
sizə maraqlı olan insanla bir yerdə daxil olsanız özünüzü
tanıtmaq üçün ixtiyarınızda təxminən 30 saniyə vaxtınız olacaq.
Biznesinizi başlayanda eyni formatda şirkətiniz və məhsul-
larınız haqqında da təqdimat hazırlamalı olacaqsız.
İkincisi, məndə qeyri-adi istedad yoxdur, zəif tərəflərim
də az deyil. Vaxtilə inkişaf üçün indiki imkanlar da yox idi. Mən
bunlara nail olmuşamsa siz bundan qat-qat yüksək nailiyyətlər
əldə edə bilərsiz. Özünüzə güvənin. Bu kitabçanı oxuyarkən
bütün praktiki məşğələləri etsəniz uğur qazanacaqsız. Belə bir
qədim şərq məsəli var: İnsana balıq versən bir gün tox olacaq,
balıq tutmağı öyrətsən isə ömürlük. Siz də beləcə biznes bilik və
vərdişlərinə sahib olaraq yeni peşə qazanacaqsız, yəni biznesə
başlayıb həyatda özünüzü tapacaqsız.
Biz necə şanslı olduğumuzu dərk edirikmi?
Gəlin əvvəlcə bir videoya baxaq. Nik Vuyçiç.
h ps://www.youtube.com/watch?v=jkZr5nmYLNE
h ps://www.youtube.com/watch?v=wxEeb26e-bs
Həyatın çətinliklərinə qalib gələn iradəli və nikbin
insanlar Azərbaycanda da var.
14
İlham Zəkiyev 1998-ci ildə həqiqi hərbi xidmətə çağırılıb.
Kəşfiyyatçı olub. 1999-cu ildə döyüş tapşırığını yerinə
yetirərkən düşmən snayperi onu ağır yaralayıb. Güllə sol
gicgahından daxil olub sağ gicgahından çıxıb. Sağ qalmasını bir
möcüzə hesab etmək olar. O, özünə qapanmadı və hə a idmana
qayıtdı. 2 dəfə paralimpiya oyunları çempionu, 2 dəfə dünya
çempionu, 5 dəfə Avropa çempionu oldu və s. 2008-ci ildə
"Şöhrət" ordeni ilə təltif edildi.
Ön sözün lap əvvəlində mən sizi təbrik etmişdim. Bunun
səbəbini indi izah etməyə çalışacam:
1. Uğur qazanmağınız üçün bütün imkanlarınız var. Fiziki
cəhətdən sağlamsız, sabit şəraitdə yaşayırsız, ilkin tələbatınız
ödənilir (aclıq çəkmirsiz, içməli suyunuz var və s.). Dünyada hər
gün 22 000 uşaq aclıq və baxımsızlıqdan ölür, 1 milyarddan çox
insan içməli suyun çatışmazlığından və ya aclıqdan əziyyət
çəkir. Dünya əhalisinin 25%-i elektrik enejisinə möhtacdır, 1,2
mlrd insan günə cəmi 1,25 ABŞ dollaradək vəsaitlə dolanır.
2. Siz düzgün yoldasız, çünki bu kitabı oxumağa qərar
vermisiz. Deməli, həyatınızı yaxşılaşdırmaq istəyirsiz və bunun
üçün ən azı ilkin addımı atmısız. Oxuduğunuz fikirləri qəbul
edərək tətbiq etsəniz həyatda biznesə başlamaq və ya digər
şəkildə uğur qazanmaq üçün tələb olunan ən effektiv hazırlıq
yolunu keçmiş olacaqsız. Nəticədə siz 1-2 aya öz biznesinizə
başlaya bilərsiz. Bəli, bu xülya deyil. Cəhd edin və nəticəsini
15
görəcəksiz. Bu sizin üçün növbəti bir şansdır. Hər bir insana
ömründə bir neçə şans verilir. Sadəcə, onu görüb istifadə etmək
lazımdır. Əlişir Nəvai deyib ki, Allah hər bir canlıya ruzisini
verir, amma onu gətirib yuvasına qoymur.
3. Neft gəlirlərinin azalması səbəbindən indi ölkəmiz
müəyyən çətinliklərlə üzləşib və bu dövrdə məhz sahibkarlıq
ölkənin inkişafına dayaq olmalıdır. Siz biznesinizə sahibkarlığın
inkişafı üçün dövlətimizin yeni addımlar a ığı bir dövrdə
başlayacaqsız ki, bu da sizin şanslarınızı artırır. Problemlər az
deyil, amma qanunvericilik və yanaşmada müəyyən
liberallaşma özünü göstərir və bu prosesin davam etməsi
qaçılmazdır. Ölkəmizin başqa yolu yoxdur.
4. Bundan başqa, əgər əvvəllər pul qazanmaq üçün torpaq,
avadanlıq, pullu reklam və maliyyə vəsaiti daha çox lazım idisə,
indi innovasiyalar əsasında bu resurslar olmadan da qazanmaq
mümkündür.
5. Siz əslində çox bacarıqlısız, olduqca böyük reallaşdırıl-
mamış potensialınız var. Bəlkə də bundan xəbəriniz yoxdur. Bu
barədə növbəti fəsillərdə daha ətraflı danışacağıq.
Səbəbləri artıra bilərəm, amma güman edirəm ki, bunlar
da kifayətdir.
Qeyd etməliyəm ki, uğur qazanmaq ağır zəhmət bahasına
başa gəlir. Məsələn, sahibkarlıq həyatınızı tamamilə dəyişəcək:
gecə-gündüzünüz olmayacaq, bir sıra vərdişlərinizdən əl
çəkməli, yenilərini əldə etməli olacaqsız, qarışqa kimi
zəhmətkeş və intizamlı olmalısız, dostlarınıza, digər sevimli
işlərinizə (telefon, televizor və s.) vaxtınız çox az qalacaq, daim
yeni problemlərlə qarşılaşacaqsız, xoşunuz gəlməyən insanlarla
ünsiyyətdə olacaqsız. Amma bu çətinliklərə üstün gəlib uğur
qazansanız əldə edəcəkləriniz bunları üstələyəcək. Çətinliklərə
baxmayaraq davam etmək istəyirsizsə, onda başladıq!
Dostları ilə paylaş: |